manera.az
manera.az

Məktəblilərə yeni qadağa: dikdaban, makiyaj, saqqal..

📅 20.10.2022 13:01

Məktəblilərə yeni qadağa: dikdaban, makiyaj, saqqal..
Uzun saçları olan şagirdlərə saçı açıq şəkildə məktəbə gəlməyə icazə verilməyə bilər.

MANERA.AZ xəbər verir ki, bu barədə "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" ilə bağlı layihədə qeyd olunub.

Həmçinin bildirilib ki, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli; dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı; ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.); geyim səliqəli və təmiz olmalı; uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı; fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.

Qaydalarda eyni zamanda, şagirdlərə qadağan olunan məsələlər də əksini tapıb. Qeyd edilib ki, şagirdlərə çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal qadağandır.

Ümumi təhsil müəssisələrindən yuxarıda qeyd olunanlara bağlı daxili qaydalar tərtib etmələri tələb olunur.


Baxış sayı - 563 | Yüklənmə tarixi: 20.10.2022 13:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031