manera.az
manera.az

Pakistan şairinin “Seçilmiş əsərləri" dilimizdə - İlk dəfə

📅 15.10.2021 19:20

Pakistan şairinin “Seçilmiş əsərləri" dilimizdə - İlk dəfə
Pakistan şairi Məhəmməd İqbalın “Seçilmiş əsərləri” nəşr olunub.

Ədəbiyyat İnstitutundan Manera.az-a bildirilib ki, kitabda şairin urdu və fars dillərində şeirlərinin tərcüməsi yer alıb.

Həmin şeirlər əsasən müəllifin “Karvan zınqırovunun səsi” və “Şərqin ismarıcı” kitablarından seçmələrdir. Həmçinin şairin “Kurtuba camesi”, “Bəndəginmanə” – qulluq kitabı, “Yeni Gülşəni-raz” nəsr əsəri tərcümə edilərək nəşrə daxil edilib.

Kitabda “Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı” adlı “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylidir.

Nəşrin məsləhətçisi Xalq yazıçısı Anar, redaktoru filologiya elmləri doktoru Bəsirə Əzizəliyevadır.

Redaksiya Heyətinə Anar, akademik İsa Həbibbəyli, Qənirə Paşayeva, Elxan Zal, Səlim Babullaoğlu, Vaqif Əlixanlı, Bəsirə Əzizəliyeva, Xəyal Rza, İbrahim İlyaslı, Əkbər Qoşalı, Əfqan Nəsirli daxildir.

Kitab Mahmud Kaşğari adına Beynəlxalq Fondun “İRS” seriyası çərçivəsində çap olunub.

Seriyanın rəhbəri, tərcümə edəni və şərhlərin müəllifi Elxan Zal Qaraxanlıdır.

Qeyd edək ki, kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyi tərəfindən nəşr olunub.

Pakistan şairinin “Seçilmiş əsərləri" dilimizdə - İlk dəfə


Baxış sayı - 654 | Yüklənmə tarixi: 15.10.2021 19:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031