manera.az
manera.az

Abayın külliyyatı Azərbaycan dilində - İlk dəfə

Abayın külliyyatı Azərbaycan dilində - İlk dəfə
Mahmud Kaşqari adına Beynəlxalq Fondun "İRS” seriyasında böyük qazax şairi Abayın bütün şeirlərinin, poemalarının və "Qara sözləri”nin Azərbaycan dilinə tərcüməsindən ibarət kitabı nəşr olunub.

Manera.az xəbər verir ki, kitab Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi və Mahmud Kaşqari adına Beynəlxalq Fondun birgə layihəsi əsasında işıq üzü görüb. Kitabdakı tərcümələr ilk dəfə olaraq qazax dilindən Azərbaycan dilinə uyğunlaşdırılıb. Tərcümələr Elxan Zal Qaraxanlıİbrahim İlyaslıya məxsusdur.

"Qazax xalqının dan ulduzu” adlı ön sözün müəllifi Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevadır. Rəyçi və "Abayın əsərlərinin Azərbaycan nəşri barədə” yazının müəllifi filologiya elmləri doktoru, professor Knyaz Mirzəyevdir. Külliyatın məsləhətçiləri professorlar Sabit Dosanov və İmdat Avşar, redaktorları Əkbər Qoşalı və Əfqan Nəsirlidir.

"CBS-PP” nəşriyyatında çap olunan kitabın ilk səhifələrində professor Akılbek Şayaxmetin "Tərcümələrdə Abayın taleyi” araşdırması da yer alıb. 448 səhifəlik nəşrin "Birinci kitab” bölməsinə "Şeirlər və poemalar”, "Son illərdə tapılan şeirləri”, "Mənzum dastanlar” və "İninci kitab” bölməsinə 45 dənə "Qara sözlər” cəm olunub.

Rəhbəri Elxan Zal Qaraxan olan "İRS” seriyasından Nursultan Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları da işıq üzü görüb. Kitabda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu ilə Regional və İqtisadi Maarifləndirmə İctimai Birliyinin loqosu da yer alıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031