manera.az
manera.az

Ümid verib yarıda qoymaq - Könül Nuriyeva yazır

📅 05.09.2020 20:34

Ümid verib yarıda qoymaq - Könül Nuriyeva yazır
Balaca kərəvizi böyük nimçədə vermək - Könül Nuriyeva yazır...

Lonq -Aylendin qumsal sahillərindəki Qarden sitidəki bir xanımın yazdığı elə hər birimizin başına gələnlərə oxşayır. Təbii ki, əyər- əksiklərini düzəltməklə.

" Bu yaxınlarda mən qrup dostumla nahar ziyafəti verirdim. Bu, mənim üçün çox vacib idi. Mən,naharın lazımı səviyyədə olmasını istəyirdim.

Bu cür işlərdə ən yaxşı köməkçim Emili idi. Lakin, həmin gün o məni pis vəziyyətdə qoydu. Nahar uğursuz alındı. Emili gözə görünmürdü. O qulluq etmək üçün yalnız bir ofisiant göndərmişdi və o da qulluğun nə demək olduğu haqqında təsəvvürə malik deyildi.

Məsələn , o mənim fəxri qonaq qadınıma ən sonda qulluq edirdi. Çox balaca kərəvizi olduqça böyük nimçədə verirdi. Ət bərk idi, kartov həddindən artıq yağlı. Bu dəhşət idi. Məni hiddət boğurdu. Bu sınaqdan çıxmaq üçün böyük səy göstərdim. Amma deyirdim:

-Bircə Emili ilə görüşüm , ağzımdan nə çıxsa deyəcəyəm, həm də üzünə deyəcəyəm.

Burda dayanıram, ardını danışacağam . İlahi , biz ömrümüzdə nə çox adama ağzımızdan çıxanı deməklə ürəyimizin soyuyacağını hesab etmişik?

Dəfələrlə kimlərəsə dişimizin dibindən çıxanı deməklə onu məhv etdiyimizi düşünmüşük?

Bununla onun içindəki o " mən " i əzərək, bunu uğurumuz hesab etmişik.

Zamanla özüm də belə etmişəm, hətta çox.

Bəzən susaraq keçmək lazımdır, nə olduğunu bilərək , susmaq. Səni aldatdığını , səfeh yerinə qoyduğunu, səndən məqsədi üçün istifadə etdiyini bilərək susmaq.

Dunyanın ən səmimi " əzizim" ini deyərək , gülümsəmək.

Əslində bizdə münasibət mövzusu inkişaf etməyib. Mədəni şəkildə əyləşmək, danışmaq , araşdırmaq , gözəl nəticəyə gəlmək, qucaqlaşaraq ayrılmaq. Saçına gül düzərək ayrılmaq.

Yaxud bu qadının düşdüyü vəziyyətə bizi dəfələrlə kimlər salmayıb ki....

Ümid verib, yarıda qoymaq, əlacsızlıqla çabalağımız azmı olmuş həyatımızda?

İndi görək o nə etdi, Emiliyə acıliği daddırdımı?

" Bu çərşənbə günü olmuşdu.Növbəti günün axşamı isə insanlar arasında qarşılıqlı münasibətlər haqqında məruzə dinlədim, konfransda idim.

Mühazirəni dinlədikcə mən Emilini danlamağın nə qədər faydasız olduğunu başa düşdüm. O bundan daha çox qaşqabaq tökəcək və daha çox inciyəcək. Danlaq onun gələcəkdə mənə komək etmək istəyini tamamilə öldürəcək. Mən hər şeyə Emilin nöqteyi - nəzərindən baxmağa çalışdım.

Hə, Emilini danlamamaq qərarına gəldim. Ərzaqı alan o deyildi, yeməyi o hazırlamamışdı. O günahkar deyildi ki, bəzi ofisiantlar kütbeyindilər. Bəlkə mən öz qəzəbimdə həddindən artıq sərt, həddindən artıq tələskən olmuşam. Buna görə qərara gəldim ki , onunla dostyana söhbətə başlayım. Əvvəlcə onu nə qədər qiymətləndirdiyimi göstərməyi qət etdim.

Bu cür yanaşma gözəl imiş. Növbəti gün onunla rastlaşanda dost kimi gülümsədim. O qaşqabaqlı müdafiə mövqeyi tutmuşdu və döyüşə can atırdı. Aramızda uzun söhbət oldu"

Əslində qadın onları yazir. Amma mən daha yazmıram. Münasibətinizi tənzimləməyi sizin öhdənizə buraxıram.

Hər kəs dilinin altındadır. Və o söhbəti hər kəs istədiyi kimi davam etməyi bacarar. Qadin onu ovsunlamışdı. Dostluğunu, səmimiyətini, ona rəğbətini göstərmişdi.

Amma biz nə edirik?

Güllə kimi bir dəfəyə yağdırırıq, nə var bir nəfəsə deyirik. Sonra peşimançılıq, sonra incimiş qəlb, sonra ovutmağa çalışan cəhdlərin boşa çıxması.

Nəhayətdə , bu qısa ömürdə incitdiklərimizin sayı bilinməz, peşimançılıq ürəyi kədərə bürüyər. Nəticədə isə insanları itirərik. Nəyə görə?

Axı o sözlərin yerinə daha yumşaq ifadələr işlətmək olardı. Bu münasibətlərə fərqli prizmadan baxışdı. Birdə var , səni dinləmək istəməyənlər. Bir var , nə desən anlamayanlar.

Bir var , sənə qətiyyən inanmayanlar

Bu üç mövzu ayrıca danışılası söhbərlərdir.

Xanım Emilin ürəyini qırsaydı, nə olacaqdı sizcə? Yerində boşluq, münasibətsizlik qalacaqdi. Amma ağılla ürəklər alınır. Səmimilik lap uzaqdan , okeanın o tayından görünür.

Birdə , doğrudan da elə adamlar var ki, onlar gedən kimi adam gözəlləşir. Sima cəhətdən, mənəviyyatca , düşüncəyə qədər.

Bu da ayrı mövzudur.

Könül Nuriyeva


Baxış sayı - 896 | Yüklənmə tarixi: 05.09.2020 20:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031