manera.az
manera.az

Görüş - Səadət Qafarlının hekayəsi

Görüş - Səadət Qafarlının hekayəsi
Səadət Qafarlı 2000-ci ildə Mingəçevir şəhərində doğulub. Gəncə Dövlət Universitetinin III kurs tələbəsidir. Azərbaycan və türk dillərində qələmə aldığı ilk yazıları “Bənövşə” jurnalında, “Bir ocağın şöləsiyik və “Bir elin söz pərvanələri” almanaxlarında dərc olunub.
İsmayıl İmanzadə,
AYB-nin Mingəçevir bölməsinin sədri


***
Bu dünyada ən böyük sərvət nədir: Pul, Güc, Savad, yoxsa Sevgi? Bəlkə varlı olduğundan dövrəndə pərvanə kimi dolaşan və sənin ən müşkül istəyini də can-başla yerinə yetirmək üçün sıraya düzülən dost-tanışların çoxluğu? Yox, bunların heç biri məni düşündürən sulların cavabı deyil!

Çayın kənarında çox da böyük olmayan həyət evinin qarşısındakı iri tut ağacının altında . üstünə qırmızı güllü ağ süfrə salınmış yemək stolunun arxasında oturanlar xeyli vaxtdan bəri səbrsizliklə kimlərinsə gəlişini gözləyirdi. Arabir eşidilən suların həzin nəğməsi sanki adama cənnəti xatırladırdı. Ətrafdan arabir kimlərinsə şən qəh-qəhələri eşidilirdi. Yazın əvvəlləri olduğundan hava çox mülayim idi. Günəşin ilıq şüaları hamıya xoş təsir bağışlayırdı. Armudu stəkanlara süzülən pürrəngi çay belə yola dikilən baxışları özgə səmtə yönəldə bilmirdi. “Allahım, bircə sağ-salamat gəlsəydilər”- yaşlı olmasına rəğmən, hələ də üzünün təravətini qoruyub saxlayan nənənin söylədiklərinə kimisi ucadan, kimisi də astadan “Amin”-dedi. Elə bu məqamdaca yaxınlaşmaqda olan maşını hamıdan qabaq görön nənə yenidən- özü də sevincək dilləndi:

- Axır ki, gəlib çıxdılar, Allahım, sənə şükürlər olsun!

Yaxınlaşmaqda olan ağ rəngli “Proda” markalı maşın sürətini azaldaraq açıq darvazadan içəri girdi. Sükanın arxasında əyləşən ucaboy, enlikürək oğlan maşından düşüb arxa qapını açdı. Əvvəlcə iki azyaşlı uşaq, sonra da yaraşıqlı bir gəlin maşından düşən kimi bayaqdan bəri onların yolunu intizarla gözləyən adamlara tərəf gəldilər. Qızının uşaqlarını nöbəylə öpüb oxşayan baba ilə nənə elə bil əsrarəngiz bir aləmin sehrinə düşdülər. Artıq saçlarında ağ ilmələr iz salan ana isə balacalarla görüşüb öpüşəndən sonra qollarını geniş açaraq oğlu ilə gəlinini qucaqladı. Oğlunun sual dolu baxışlarından nə deyəcəyini anlayan kimi astadan dilləndi:

-Atan dünəndən Gəncədədir, kəlbəcərli dayısı oğlunun qızının toyuna gedib. Axşama yaxın qayıdacaq. Yəqin ki, sizə də zəng eləyərək deyib.

Sonra isə bir azca geri çəkilib oğlunun təbəssüm yağan qarabuğdayı sifətinə ani bir nəzər salaraq gəlinə xitabən ərkyanalıqla dedi:

- Oğlum elə bil bir az arıqlayıb. Gəlin, yoxsa sən ona yaxşı baxmamısan?

Həmişə olduğu kimi indi də qaynanasının zarafat etdiyini anlayan gəlin pıçıltıyla dilləndi:

-Ana, mənim hünərim nədi oğluna yaxşı qulluq etməyəm. Belə olsa, sənin bu general oğlun İsmayıl gözümün odunu alar! Narahat olma, İsmayıla da, sənin bu bir cüt övladına da ürəyin istədiyi kimi muğayat oluram. Sadəcə olaraq oğlun çox işləyir. Tapşırılan işdən ötrü bəzən təkcə bizi yox, az qala özünü də yaddan çıxarır...

Övladları ilə görüşəndən sonra yenidən süfrənin başında əyləçən baba bir az ötgəm səslə dedi:

-Ay qız, bəsdir uşaqları sorğu-suala tutdun, yol gəliblər, qoy bir az dincəlsinlər. Sonra da üzünü general nəticəsinə tutub, ona uşaq vaxtlarında olduğu tərzdə müraciət etdi:

-Hə, erkək, bir az yaxına gəl! Bax belə, indi de, görüm nə var, nə yox!

Bunu deyəndən sonra o, çinar boylu nəvəsini təzədən qucaqladı. Babanın sözlərinə hamının gülüşdüyünü görəndə bir az sıxıla-sıxıla dilləndi:

-Baba, daha mən o vaxtkı uşaq deyiləm! Axı, ta böyümüşəm...

- Yox, mənim sevimli balam, yadında saxla ki, artıq böyüyüb ailə, oğul-uşaq sahibi olsan da, mənim nəzərimdə elə əvvəlki dəcəl və sevimli uşaqsan! Sonra isə nənənin dizləri üstə oturan balacalara tərəf çevrilərək dedi:

-İnşallah Aysu ilə Nihat böyüyəndə də sizin nəzərinizdə həmişə uşaq olaraq qalacaqlar...

Uşaqları dilə tutub yemək stolunun arxasında oturdan gəlin yalnız ərinin eşidəcəyi tərzdə təbəssümlə pıçıdadı:

-Gördünmü, baban da sənin hələ uşaq olduğunu dedi, ay mənim dəcəl İsmayılım!

Hiss olunurdu ki, hamı intizarla bir nəfərin də gəlişini gözləməkdədir. Beş-on dəqiqədən sonra qırmızı rəngli balaca bir “Cip” görünəndə hamıdan qabaq İsmayıl ayağa qalxıb, yeyin addımlarla həyət qapısından içəri girən maşına yaxınlaşdı. Sərv boylu gənc bir qız maşından düşən kimi general qardaşının boynuna sarıldı. Qızın gün eynəyinin altından boylanan baxışlarından elə bil nur damcılayırdı. O, hamı ilə görüşəndən sonra, nənəsinin böyrünəki stulda oturub üzrxaqlıqla dilləndi:

-Qapıdan çıxhaçıxda xəstəxanaya xəstə bir uşaq gətirdilər deyə ləngiməli oldum. Şükürlər olsun ki, xeyli vaxtdan sonra onun halı yaxşılaşdı.

Məni üzürlü sayın, yoxsa, sizinlə ğörüşə gecikməkmi olar?

Hamıdan qabaq nənə dilləndi: “Balama qurban olum, Allah! Onun gözlərindən təbəssüm, əynindəki xalatından şəfqət yağır”...

Aralığa çökən ani sükutu bu dəfə babanın gur səsi pozdu:

-Balalarım, yadınızdadırmı siz uşaq olanda həmişə Tanrıya dualar edir: “Allah, hamının balalarını xoşbəxt elə, bizimkiləri də onların içərisinə qat!”-deyərdik. Şükürlər olsun ki, ulu Tanrı diləyimizi eşitdi. İndi biriniz general, biriniz isə tanınmış həkimsiniz. Hər yerdə qulağımıza xoş sorağınız gəlir! Məncə bundan artıq xoşbəxtlik, könül rahatlığı ola bilməz! Həə, indi də gəlin babanın xeyir-dualarına süfrə şirinliyi qataq...

Baba “bismillah” deyib çörəyə əl uzadan kimi, hamı süfrəyə düzülən çeşidli xörəklərin dadına baxmağa başladı. Uzun müddətdən sonra ailənin bir yerə toplaşması hamının ürəyincə oldu.
mart, 2018 Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31