manera.az
manera.az

Daniyil Xarmsdan 4 qısa hekayə

Daniyil Xarmsdan 4 qısa hekayə
Manera.az Daniyil Xarmsın 4 qısa hekayəsini təqdim edir:

Sual

- Dünyada nəsə mənası olan və nəinki dünyada, həmçinin, başqa aləmlərdə də hadisələrin gedişatını dəyişdirmək gücünə malik nəsə var? - deyə müəllimimdən soruşdum.

- Var, - müəllimim cavab verdi.

- O nədir? - deyə soruşdum.

- O... - Müəllimim dedi və birdən susdu.

Dayanıb həsrətlə onun cavabını gözləməyə başladım. O isə susurdu.

Və mən susub dayanmışdım.

Və o susurdu.

Və mən susub dayanmışdım.

Və o susurdu.

İkimiz də susub dayanmışdıq.

O-lya-lya!

İkimiz də susub dayanmışdıq.

He-le-le!

Hə, hə, ikimiz də susub dayanmışdıq.
16-17 iyul 1936



***
Gözündə daş olan balacaboylu cənab tütün dükanının qapısına çatıb dayandı. Onun qara, laklı tufliləri tütün dükanının daş pilləkənlərində parıldayırdı. Tuflilərinin burnu düz tütün dükanına istiqamətlənmişdi. Cənab iki addım da atsaydı, dükana girəcəkdi. Amma o, nə üçünsə dayandı, elə bil, bilə-bilə damdan düşən kərpicin başına düşməsini gözlədi. Cənab, hətta şlyapasını da çıxartdı, onun keçəl başı açıqda qaldı və kərpic düz kəlləsinin ortasına düşdü, kəllə sümüyünü sındırıb beyninə girdi. Cənab yıxılmadı. Yox, sadəcə, güclü zərbədən səntirlədi, cibindən dəsmal çıxarıb üzünə sıçrayan qanlı beyin parçalarını sildi və bir an içində ətrafına yığılan adamlara tərəf dönüb dedi:

- Narahat olmayın, cənablar: mən peyvənd olunmuşam. Görürsünüz, sağ gözümə daş girib. Bu yaxınlarda olub bu. Belə şeylərə öyrəşmişəm. İndi heç nə vecimə də deyil!

Cənab şlyapasını başına qoyub heyrətlə onu süzən adamların yanından uzaqlaşdı.
1939-1940



***
Adam görəndə ənginə birini ilişdirmək istəyirəm. Adamın ənginə ilişdirmək elə həzzverici şeydir ki!

Otağımda oturmuşam və heç nə eləmirəm.

Kimsə qonaq gəlib qapımı döyür.

Deyirəm: "Gəlin!". O, içəri girib deyir: "Salam! Yaxşı ki, sizi evdə tapa bildim!". Mənsə ənginə birini ilişdirirəm, sonra qarnına da bir təpik çəkirəm. Qonağım ağrıdan ikiqat olur. Mənsə çəkməmin dabanıyla gözlərinə vururam! Qoy ağlı başına gəlsin, bir də çağırılmadığı yerə özünü soxmasın!

Ya da belə. Qonağa çay təklif edirəm. O razılaşır, stolun arxasında oturur, çay içə-içə nəsə danışır. Özümü elə aparıram ki, guya maraqla ona qulaq asıram, başımı tərpədirəm, pıqqıldayıram, təəccüblənirəm, gülürəm. Qonağım daha da həvəsə gəlir, bir ucdan üyüdüb-tökür.

Sakitcə fincanı qaynar suyla doldurub qonağın üzünə çırpıram. Qonaq ayağa sıçrayıb üzünü tutur. Mənsə ona deyirəm: "Məndən bundan artıq mehribanlıq gözləməyin! Basın bayıra!". Və qonağı bayıra itələyirəm.
1939

Təmsil

Balacaboy adam dedi: "Hər şeyə razıyam, təki boyum bir damcı uzansın". Bunu deyən kimi qabağında sehrbaz peyda oldu. Balacaboy adam isə qorxudan heç nə deyə bilmədi.

"De görək," - sehrbaz dedi. Balacaboy adam isə dayanıb susurdu. Sehrbaz yoxa çıxdı. Balacaboy adam ağlaya-ağlaya dırnaqlarını yeməyə başladı. Əvvəlcə əl barmaqlarının dırnaqlarını yedi, sonra ayaq barmaqlarının dırnaqlarını.

Oxucu, bu təmsil haqda fikirləşsən, ağlın başından çıxacaq./edebiyyatqazeti.az/

Tərcümə edəni: Həmid PiriyevБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031