manera.az
manera.az

Ana, bu səhər arxamca su atmadın ha... - MANERA.AZ

Ana, bu səhər arxamca su atmadın ha... - MANERA.AZ
manera.az
Şəhla ASLAN yazır...

Ən uzun roman


Ən rəhmli yaranış olan Əzrayıla ithaf edirəm.


I fəsil

Anası onu oyadıb televizorun səsini artırdı. Diktorun yeknəsəq səsi beyninə işlədi: «Yollarda yüksək sürət can almaqda davam edir...». Ana diksinib ”İraq olsun!” dedi. Gənc yenə də ”nəsihət dağarcığı”nın açılacağından qorxduğu üçün rəngini turşutdu, amma qəfildən yuxusu yadına düşdüyündən onu gülmək tutdu:
-Yuxuda görürəm ki, maşını 160-la sürürəm, ağ saqqallı, əldən düşmüş bir qoca körpünün üstündə məni “obqon” eləyir.
- Arsız qoca! - ananın fikri dağınıq olduğundan yuxu ilə reallığı qarışdırırdı.

II fəsil

Maşını işə salıb ürəyində ”Daha səninlə üzülüşməyimə az qaldı. İki günə Tiflisdən təzə maşınla qayıdaram!” - dedi. Anası adəti üzrə əlində bir qab su durmuşdu. Cır-cındır içində bir qoca kişi onun yanından qaçıb maşına yaxınlaşdı. Ana sanki qocanı ğörmürdü, oğlu isə onu harda gördüyünü xatırlaya bilməyərək cibini qurdalayıb 20 qəpik tapdı, pulu vermək istəyəndə qocanın heybətli baxışlarından canına üşütmə düşdü. Bu yuxuda gördüyü qoca idi! Maşın güllə kimi həyətdən çıxdı, o nədənsə istəmirdi ki, qanının qara vaxtında anası dalınca su atıb dua eləsin, qaçmaq, bu bədheybətdən uzaqlaşmaq istəyirdi...

III fəsil

Yanacaq çənini ağzınacan dolduran yeniyetmə pulu alanda dəli kimi maşını qovan bu yaraşıqlı gəncə aşkar həsədlə baxırdı. Maşın burulub yola düzələndə gənc fikirləşdi: ”Bu halda uzaq yola çıxa bilmərəm, gedib dostlarımı da götürürəm, bir-iki gün şəhərdə firlanıb fikrimi dağıdaram!”. Sükanı hərləyib geri döndü, maqnitofonun səsini artırdı:

...Kader-beyaz alında südle yazılmış yazı,
Hünərin var, gəl ayır sən bəyazdan bəyazı...

IV fəsil

Qövsvari körpüyə çatanda zəng gəldi, baxdı, anası idi hirslənib sürəti artırdı. Kiçik, qırmızı rəngli bir maşın sürətlə onu ötdü, sükanın arxasında qızılı saçlı bir gözəl qız oturmuşdu. Bura adamına oxşamırdı, dönüb ona dilini də çıxartdı. Gənc sürəti nə qədər artırsa da, aradakı məsafə azalmırdı. Birdən hiss etdi ki, maşın göylə uçur. Pəncərədən baxanda aşağıda - qırmızı maşının yanında tanış qocanı gördü, əllərini ona doğru uzatmışdı. “Həə, gəl bura, bax indi ağıllanmısan.Yoxsa səhər Tiflisə yollananda məni də təəccübləndirdin. Sən yaranandan mən burada durmuşam ki, Tanrının hökmüylə, indi səni odda yandırım”.
Hələ maşın yerə çatmasa da, qocanın qucağından çıxan alovun istisi onun üz-gözünü qarsayırdı...

V fəsil

Gənc bu bir anda bütün yaşadığı ömrünü gördü. Lakin, onun üçün əhəmiyyətli olan o idi ki, anası arxasınca hər dəfə su atanda alov bir az səngiyir, hər dəfə dua etdikdə qoca bir addım geriləyirdi. Yerə toxunmağa az qalmışdı, artıq alov bir qığılcıma, qoca isə kiçicik nöqtəyə çevrilmişdi. Təhlükə hələ də qalırdı, tək bircə günün duası və suyu olsaydı!

Birdən bütün Kainatı dolduran bir səs ucaldı: ”İlahi, balamı qoru!”. Və buludlar öz yükünü yerə tökürmüş kimi hər yanı su bürüdü. Qığılcım və nöqtə yox oldu, maşın təkərləri üstə yerə düşdü. Gəncin huşu bir anlıq başından çıxdı.

...Gördü ki, məktəbdədir, tənəffüsdə çox uzağa getdiyindən, dərsə çatsın deyə qaçır. Dəhşət!!! Zəng çalındı!..
Ayıldı, telefon ayağının altında hələ də zəng çalırdı. Çaş-baş qaldı- maşını körpünün altında niyə saxladığını başa düşmədi. Maşını bir az sürüb telefonu götürdü:
-Bala, bayaqdan zəng vururam, niyə cavab vermirsən?

- Ana, bu səhər arxamca su atmadın ha, demə bilmədi! Sonra işim düz gəlməz, istəyirəm qayıdım, təzədən yola düsüm!
- Bala, yola düşəndən sonra evə qayıtmazlar, düşər-düşməzi olar! Su barədə isə narahat olma! Səhər elə tərs-tərs baxdın ki, ürək eləmədim, amma sən döngəni burulan kimi arxanca su da atdım, dua da elədim ki, ”İlahi, balamı qoru! “Yolundan olma, bala, sağ-salamat qayıdasan!...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031