manera.az
manera.az

Herman Hesse - "Şair" - tərcümə

Herman  Hesse - "Şair" - tərcümə

HERMEN HESSE
"

ŞAİR"
(esse)

Deyilənlərə görə Çin şairi Xan Fuk cavanlıqda hər şeyi öyrənmək yanğısına mübtəla olmuş, poeziyanın ən yüksək zirvələrini fəth etmək arzusunda olmuşdur. O zamanlar şair hələ öz vətənində - Sarı çayın sahilində yaşayırdı. Özünün sevib seçdiyi, çox yaxşı ailədən olan bir qızla nişanlı idi. Bircə gün təyin etmək qalmışdı ki, toy hazırlaqlırına başlasınlar. İyirmi yaşlı Xan Fuk yaraşıqlı, nitqində təvazökar, xoş rəftarlı, elmlərdən xəbərdar bir gənc idi. Yaşının az olmağına baxmayaraq, yazdığı bir neçə gözəl, xeyli məşhur olmuş şeirinə görə artıq ölkənin tanınmış şairlərindən biri idi. Çox zəngin olmasa da, bir az var-dövlət yığmışdı. Və bu var-dövlət nişanlısının gətirəcəyi cehizlərlə bir az da artacaqdı. Bu qız həm gözəl, həm də xeyirxah, xoşxasiyyət olduğuna görə, şairə yalnız həsəd aparmaq olardı. Bütün bunlara baxmayaraq, o, özünü tam xoşbəxt hiss edə bilmirdi. Çünki onun şöhrətpərəstliklə dolu ürəyini misilsiz, tayı-bərabəri olmayan şair olmaq arzusu əhatə etmişdi.
Və bir axşam Fənərlər bayramında Xan Fuk çayın o biri sahilində gəzişirdi. Suyun lap kənarında boy atmış ağaca söykəndi. Çayın əksində çoxlu hərəkətdə olan, titrəyən, harasa üzən işıqların olduğunu gördü. Qadınları, kişiləri, bir birini salamlayan, geyimləri ilə gözəl güllərə bənzəyən cavan qızları gördü. O, çayın sanki işıqlara qərq olmuş anlaşılmayan səsini eşitdi, sitranın vızıltısını, fleytanın şirin səsini eşitdi. Və bütün bunların üzərində səmada sanki məbədin qübbəsi kimi solğun rəngli gecə vardı. Bütün bu gözəllikləri tək başına, yalqız bir tamaşaçı kimi izləyib ürəyi dondu. İnsanların yanına gedib onlarla şənlənmək, sevinclərini bölüşmək, dostlarının, nişanlısının əhatəsində olub bayramdan zövq almaq istəyi nə qədər güclü olsa da, hər şeylə maraqlanan bir müşahidəçi gözü ilə bütün bunlara nəzər salmaq, daxildə cəmləmək, ən cüzi bir şeyi də nəzərdən qaçırmamaq, gecənin rəngini və işıqların suda rəqsini, insanların şənlənməsini və sahildə boy atmış ağacın altında dayanmış susqun tamaşaçının çəkdiyi xiffəti, qüssəni öz şeirlərində vəsf etmək arzusu daha güclü idi. O, hiss etdi ki, dünyadakı heç bir bayram, heç bir şənlik onu qəlbindəki həsrətdən, kədərdən xilas etməyəcək. Hətta həyatın qaynayan girdabında belə o, özünü yad, yabançı kimi, tənha tamaşaçı kimi qalacağını hiss etdi. Hiss etdi ki, onun ruhu, qəlbi başqaları arasında yeganədir ki, yalnız dünya gözəlliklərini görməklə şad olmağa və eyni zamanda isə qəribliyin acısını udmağa təhkim olunmuşdur. Və buna görə də onun qanı çox qaraldı. O, öz taleyi barəsində düşünməyə başladı. Və onun fikirləri tezliklə öz məqsədinə çatdı. Anladı ki, əsl xoşbəxtlik ona o zaman əlçatan olacaq ki, o dünyanı öz şeirlərində misilsiz bir ustalıqla tərənnüm edəcək ki, bu tərənnümdə o, dünya başqa cür - işıqlı, zamana tabe olmayan olacaq.
Xan Fuk bu xəyalların yuxu və ya gerçək olduğunu hələ tam anlamağa imkan tapmamış qəflətən bir səs eşitdi. Və o an yanında bənövşəyi rəngli geyimdə, hörmətli bir qoca peyda oldu. Qamətini düzəldərək ağaları, kübar adamları və yaşlı adamları salamlayan tərzdə şairi salamladı. Həmin naməlum şəxs gülümsəyərək indi bu dəqiqə gəncin fikrindən keçirtdiklərini, düşündüklərini cəmlənmiş şəkildə bir neçə misra şeir kimi söylədi. Və bu şeirin sətirləri dahi ustadlar tərəfindən elə düzülmüşdü ki, çox gözəl və mükəmməl idi. Gənc təəccübündən az qala ağlını itirirdi.
- Sən axı kimsən, ey mənə tanış olmayan, mənim qəlbimdən keçənləri sanki bir kitab kimi, şeirə çevi
rən şəxs? Mən hələ bu cür gözəl şeirləri hətta öz müəllimlərimdən belə eşitməmişdim! - söyləyərək, onda tənzim etdi.
Naməlum şəxs yenidən gülümsəyərək sakit səslə dedi:
- Əgər sən şair olmaq itəyirsənsə, mənim yanıma gəl. Sən mənim daxmamı şimal-qərb tərəfdəki dağlarda böyük çayın mənbəyində tapa bilərsən. Məni İlahı Söz Ustadı adlandırırlar. Qoca bunu söyləyib ağacın kölgəsində sanki qeybə çəkildi. Xan Fuk onu axtarmaqla özünü boş yerə yordu. O, sanki yer ayrılıb yerin dibinə girmişdi. Və gənc yorğunluğun onunla oyun oynadığını və belə bir adamın əslində olmadığını düşündü. O, camaatla bir yerdə bayramı qeyd etmək üçün tələsdi. Lakin duyduğu söhbətlərdə və fleytanın səsində sanki həmin naməlum şəxsin sirrli səsini eşidirdi. Və şairin ruhu onun arxasınca getdi, çünki o, bu qədər şənlənən insan izdihamından kənarda öz arzularına dalıb qalmışdı. Ətrafdakı insanlar sanki öz həyata olan eşqləri ilə onu lağa qoyurdular.
Bir neçə gün ötəndən sonra Xan Fukun atası bütün dostları, qohumları yığaraq, nəhayət ki, toy gününü təyin etmək qərarına gəldi. Lakin Xan Fuk buna etiraz edərək söylədi:
- Bağışla məni, ata! Əgər söylədiklərimi sözündən çıxmaq, məndən tələb etdiyinin əksinə çıxmaq kimi qəbul edirsənsə, bağışla! Sən mənim poeziyada mükəməlliyə nail olmaq arzumun necə böyük olduğunu bilirsən axı. Dostlarım mənim yazdığım şeirləri tərifləsələr də, nə qədər çox bəyənsələr də, mən bu nailiyyətlərimin çox cüzi olduğunu bilirəm. Bunlar mənim kamilliyə doğru olan ilk addımlarımdır. Və buna görə də mən səndən bir müddətlik ədəbiyyatla məşğul olub, yeni şeirlər yaratmaq üçün tənhalığa çəkilməyimə icazə verməni xahiş edirəm. Çünki öz evimin və xanımımın ağası olandan sonra, başqa qayğılarla yüklənmiş olduğumdan mən indiki kimi bu cür işlərlə rahat və sərbəst məşğul ola bilməyəcəm. İcazə ver ki, mən bir müddət də poeziya ilə yaşayım. Bu mənə sevinc və şöhrət gətirməlidir.
Onun sözləri atanı çox təəcübləndirdi və o öz oğluna bu cür cavab verdi:
- Ədəbiyyatın səninçün hər şeydən önəmli olduğunu görürəm. Sən ona görə, hətta öz toyunun da vaxtını da təxirə salmağa hazırsan. Bəlkə aranızdakı xırda söz-söhbətlər nişanlına olan sevgini azaldıb? Əgər belədirsə, de mənə. Mən sizi barışdırmağa və ya lap istəsən başqa bir qız tapıb evlənməyinə köməklik edərəm.
Gənc isə nişanlısını əvvəlki kimi çox sevdiyinə və aralarında heç bir narazılığın, incikliyin olmadığına and içirdi. Nəhayət ki, o, fənərlər bayramında gözünə görünən dahi ustad haqqında və onun tələbəsi olmaq arzusunu atasına söylədi.
- Yaxşı, qoy sən deyən olsun, - atası söylədi, - mən sənə daha bir il də möhlət verirəm. Qoy bu yuxu sənin hələlik ki, bəxt uluduzun olsun. Bəlkə də bu sənə Allah tərəfindən göndərilib.
- Kim bilir, bəlkə də bir il əvəzinə mənə iki il lazım oldu, - Xan Fuk söylədi.
Baş verənlərdən kədərlənmiş ata oğluna xeyir-dua verdi. Gənc isə nişanlısına məktub yazıb, hamıyla sağollaşıb yola düşdü. Çox dolaşandan sonra o, axır ki, böyük çayın mənbəyinə çatdı və tənha bambuk daxmanı gördü. Həmin o çay kənarında gördüyü qoca daxmanın önündəki saman həsirin üstündə oturmuşdu. O, lyutnada (udda) ifa edirdi. Ona ehtiramla yaxınlaşan qonağını görsə də, musiqini yarımçıq kəsmədi, onu qarşılamaq üçün ayağa qalxmadı, sadəcə salamlaşmaq əvəzinə gülümsündü. Onun barmaqları musiqi alətinin simləri üzərində incə-incə hərəkət edirdi. Çox gözəl və ecazkar musiqinin səsi bütün vadini bürümüşdü. Qoca balaca lyutnyanı əlindən qırağa qoyub daxmasına girənə qədər, Xan Fuk dünyadakı hər şeyi unudaraq onu dinləyirdi. Gənc ustadın arxasınca gedərək, bundan sonra onun şagirdi və qulluqçusu kimi orada qaldı.
Bir ay ötdü və o, indiyə qədər yaratdığı nəğmələrə niftət etməyi öyrəndi. Və birazdan onları tamailə yaddaşından çıxartdı, sildi. Günlər həftələrə, həftələr aylara əvəz olundu. Hətta müəllimlərinin ona öyrətdiklərini belə unutdu. Ustad demək olar ki, heç dodaqlarını da tərpətmirdi. O, susaraq gənci lyutnada ifa etməyi öyrədirdi və məqsədinə çatdı. Şagirdinin ürəyi, ruhu sanki musiqiylə toxunmuşdu. Bir gün Xan Fuk iki tənha quşun payız səmasında uçuşunu özündə tərənnüm edən qısa bir mahnı bəstələdi. Özü özlüyündə onu çox bəyənmiş olsa da, ustadına təqdim etməyə cəsarət edə bilmədi. Çox keçməmiş bir axşamçağı daxmanın yaxınlığında bir yerdə oturub həmin bu mahnını oxumağa başladı. Ustadı bu səsi eşitməyə bilməzd i. O, sakitcə öz lyutnasında ifa etməyə başladı və o an sanki havaya birdən birə sərinlik gəldi. Göydən yerə alatoranlıq çökdü. Yayın ortası olmağına baxmayaraq güclü külək əsməyə başladı. Qəflətən rəngi qaçmış göy üzündə yorucu səyahət yanğısı olan iki vağ quşu uçuşdu. Və bütün bunlar şagirdin şeirində söylədiklərində o qədər gözəl və mükəməl idi ki, o özünü aciz və boş hesab edərək sadəcə susmalı oldu. Qoca hər dəfə bu cür edirdi. Bir il ötəndən sonra Xan Fuk lyutnada mükəmməl ifa etməyi öyrənsə də, poeziyanın zirvələri hələ də onunçün əlçatmaz olaraq qalırdı.
Daha bir il də ötəndə sonra gənc öz vətəni, əzizləri, nişanlısı üçüb möhkəm darıxdı. Və o, ustadından evə getmək üçün icazə istədi.
Ustad susaraq başını yellətdi və gülümsündü. Sonra dedi:
- Sən azadsan və nə vaxt istəsən gedə bilərsən. Sən qayıda da bilərsən bura, buranın yolunu həmişəlik unuda da bilərsən. Bu sənin öz əlindədir.
Və gənc dayanmadan, dincəlmədən, yatmadan bir səhər doğma çayın sahilinə çatana qədər yol getdi. Ona tanış olan əyri körpünü, onun arxasında doğulub, böyüyüb, boya-başa çatdığı şəhəri gördü. Oğrun-oğrun ata evinin həyətindəki bağçaya girdi. Açıq pəncərədən hələ yuxudan tam ayılmamış atasının nəfəsini duydu. Sonra nişanlısının həyətlərindəki armud ağacına çıxaraq onun balaca bir otaqda dayanıb saçlarını daradığını gördü. Və o, indi öz gözləri ilə ⅦⅦgördüyünü vətəniyçün duyduğu həsrətlə müqayisə etdi. Anladı ki o, poeziya üçün doğulub və şairin arzularında, xəyallarında elə gözəllik, elə bir səadət, məmnunluq var ki, onu gerçək həyatda heç vaxt tapma bilməzsən. Ağacdan tullanaraq bu bağçadan, bu doğma şəhərdən qaçmağa başladı. Çayı keçərək dağların arasında itib batan vadiyə gəldi. Və yenə də o dəfə gəlib gördüyü kimi qoca ustadını daxmasının qabağında saman həsirin üs oturub lyutna çalan gördü. Yenə də o, salamlaşmaq yerinə insana xoşbəxtlik bəxş edən incəsənət haqqında iki şeir söylədi. Onların məna dərinliyindən gəncin gözləri doldu.
Xan Fuk yenidən ilaho söz ustadının yanında qaldı. Lyuntnanın sirrlərinə tam yiyələnən gəncə o, indi də sitrada ifa etməyi öyrətməyə başladı. Və zaman sanki qərb küləyinin nəfəsi altındakı kimi əriyib gedirdi. O zamandan gənc hələ iki dəfə vətəniyçün olan həsrətinin əsiri olmuşdu.
Birinci dəfəsində o, gizlincə gecənin zülmətində qaçmışdı. Lakin vadinin heç sonuncu döngəsinə çatmamış yaz küləyi kandarda asılmış sitranın simlərini tərpətdi. Və bu toxunuşdan yaranan musiqi sədasındakı çağırışa tab gətirə bilməyərək, geri qayıtmışdı. Bir dəfə də yuxusunda görmüşdü ki, guya o, öz həyətində ağac əkib. Arvadı isə yanında dayanıb uşaqlarının ağacı necə süd və çaxır ilə suladıqlaına tamaşa edirdi. Yuxudan oyandı. Daxmaya ayın işığı düşmüşdü. Ürəyində möhkəm ağrıyla yatağından ayağa qalxdı. Dərin yuxuda olan ustadını yanında gördü. Onun ağ saqqatı nəfəsi gedib gəldikcə tərpənirdi. Bu an gənci həmin insana qarşı nifrət bürüdü. Ona gəlirdi ki, ustadıonu aldadaraq həyatını məhv etmiş, gələcəyindən məhrum etmişdir. Artıq qocanı boğub öldürmək dərəcəsənə çatmışdı ki, o, gözlərini açdı və dodağında incə, kədərli bir təbəssüm oynatdı. Bu təbəssüm gəncin qəzəbini bir andaca soyutdu.
Qoca sakitcə gəncə söylədi:
- Xan Fuk, yadına sal, sən istədiyin addımı ata bilərsən. Sən öz vətəninə qayıdıb ağac da əkə bilərsən, mənə nifrət də edə bilərsən, hətta məni öldürə də bilərsən. İnan ki, bu heç nəyi dəyişməyəcək.
- Mən sənə necə nifrət edə bilərəm axı? Sənə nifrət etmək, özümə nifrət etmək deməkdi!
O, burda qalaraq musiqi məşğələlərinə davam etdi. Sitrada, sonra fleytada mükəmməl ifa etməyi öyrəndi. Addım-addım sənətə yiyələndi. Çox sadə və adi fikirləri ilə dinləyicilərin ruhuna, sanki külək evlərin içinə daxil olan kimi daxil olmağı öyrəndi. O, günəşin doğuşunu, tərənnüm edirdi, dağların döngələrində necə ləngiməsini, dərin sularda kölgə kimi üzən balıqların səssiz çapalamasını, yaz küləyindən yellənən söyüd ağacının xışıltısını tərənnüm edirdi. Ona diqqət yetirənlər, fikir verənlər üçün bu adi bir günəş deyildi, balıqların oynaması və ya ağacların adi pıçıltısı deyildi. Hər dəfə onlara elə gəlirdi ki, sanki yerlə göy bir anlıq ilahi musiqi sədası altında bir-birinə qovuşurdu. Və onlardan hər biri fərəh və ağrı hissi ilə, uşaqlar əyləncə, gənclər sevgililəri, qocalar isə ölümləri haqqında düşüncələrə dalırdılar.
Xan Fuk artıq çoxdandı ki vaxtı, zamanı buraxmış və böyük çayın mənbəyində artıq neçə il yaşadığını belə unutmuşdu. Hərdən ona gəlirdi ki, elə bil elə dünən axşamçağı bu vadiyə gəlib. Qoca ifa etdiyi musiqi sədaları altında onu elə dünən qarşılayıb. Hərdənsə geridə qoyduğu zamanın və nəsillərin onun üçün öz məna-məğzini itirdiyini anlayırdı.
Və səhərlərin birində gənc yuxudan oyanada köhnə daxmada tək olduğunu gördü. O, öz müəllimini - ilahi söz ustadını nə qədər arayıb axtarsa da, bu heç bir nəticə vermədi. Qoca izini də buraxmadan itmişdi. Birdən birə gecə çökdü, sanki payız gəldi, daxmanın divarlarını soyuq külək sarsıtdı, hələ onların vaxtı vədəsi olmasa da, səmada da qəmli quşlar dəstələnib dağ sisiləsinin arxasına doğru yön alıb uçurdular. Və Xan Fuk balaca lyutnyanı götürüb dağları aşaraq öz doğma elinə, yurd-yuvasına qayıtdı. Buralarda onu bir kübar adam, bir ağa kimi salamlayırdılar. O öz doğma şəhərinə qayıdan zaman nə atası, nə nişanlısı, nə də başqa qohumları artıq sağ deyildilər. Onların evlərinə isə özgə adamlar köçüb yuva qurmuşdular. Axşam hamı çayın kənarına fənərlər bayramını qeyd etməyə toplaşmışdı. Şair Xan Fuk çayın o biri sahilində alatoranlıqda yaşlı ağaca söykənib, balaca lyutnyasında ifa edən zaman, qadınların gecəyə dikilmiş baxışları şirin kədərə büründü, çaysa gözə görünməyən musiqiçini səsləməkdə olan kişilərin çığırtılarına boyanmışdı. Onlardan heç biri inidiyə qədər lyutyadan bu cür ecazkar musiqi səsləndiyini eşitməmişdi. O, sakitcə saysız-hesabsız fənərlərin qızılı əksinin sularda necə ləpələndiyini seyr edirdi. Gerçək fənərlər onların əksindən heç nəylə fərqlənmirdi. Onları bir- birlərindən ayırmaq mümkünsüz idi. Və o, özü özlüyündə indiki bayramla uzaq gəncliyində burada həminki yerdə dayanıb qeyd etdiyi və naməlum ustadın söylədikləri dinlədiyi bayramdan heç nə ilə fərqləndirə bilmirdi.
Qeyd:
1. Birinci dəfə "Sənətə gedən yol" adı altında 1941-ci ildə çap olunmuşdur.
2. Xan Fuk - cənubi Çin dialektindən tərcümədə "həyat xoşbəxtliyi" deməkdir. Aşağı təbəqəyə mənsub olan adamlar uşaqlarına bu adı qoymaqla, adın ona xoşbəxtlik gətirəcəyinə ümid edirdilər.
3. ...toy üçün münasib bir gün.. yəni ki, qədim çinlilərin nöqteyi-nəzərincə astroloji cəhətdən tam uyğun və əlverişli sayılan bir gün.
4. Fənərlər bayramı - çox güman ki, "Payız bayramı" və ya Çin qəməri təqviminə əsasən səkkinici ayın on beşinci günündə qeyd olunan "Ay bayramı"dır. Bayram axşamında uşaqlar kağızdan hazırlanmış fənərlərin içində şam yandırırdılar.
5. ...yaddaşından çıxartdı... - bu qədim Çin ədəbiyyatının ən sadə süjeti, mövzusudur. Özünü əhatə edən aləmdən təmizlənmə, ayrılma və daxili dünyanın yenilənməsi ilə bağlıdır.
6. Ustad demək olar ki, heç dodaqlarını da tərpətmirdi...- susmaq mövzusu qədim Çin ədəbiyyatına tipikdir. Yerlə göyün bir-birinə səssiz təsirini heç bir sözlə ifadə etmək mümkün deyil. Buna yalnız poetik susqunluq uyğundur.

Herman  Hesse - "Şair" - tərcüməRus dilindən tərcümə edən: XANIM AYDIN

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930