manera.az
manera.az

Abşeronda İbrahim İlyaslının 55 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib

Noyabrın 28-də Abşeron Mədəniyyət Mərkəzində tanınmış şair İbrahim İlyaslının 55 illik yubileyi və yeni nəşr olunmuş "Şair olmaq zülümdür" adlı şeirlər kitabının təqdimatı münasibətilə ədəbi-bədii gecə keçirilib.

Manera.az xəbər verir ki,Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə baş tutan tədbiri giriş sözü ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron nümayəndəliyinin rəhbəri İlham Manafov açaraq yubilyarı təbrik edib və ona xatirə hədiyyələri təqdim edib.

Sonra sözü tədbiri aparmaq üçün sözü DGTYB Məsləhət Şurasının başkanı, Atatürk Mərkəzinin şöbə müdiri şair-publisist Əkbər Qoşalıya verdi. Əkbər Qoşalı öz giriş nitqində yubilyarın həyat və yaradıcılığından ətraflı bəhs edib və eyni zamanda dost ölkələrin ədəbi qurumlardan İbrahim İlyaslıya ünvanlanmış təbrik teleqramlarını oxuyub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov, Təhsil Problemləri İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər şairin yaradıcılığı haqda məruzə ilə çıxış edib.

AYB Abşeron bölməsinin sədri Şəhla Ağbulud, AYB Qubadlı regional bölməsinin sədri Namiq Məna, Təbrizli şair Çalğın Məhəmməd, yazıçı Varis, Qafqaz Media İb-nin sədri Azadə Taleh Abasqızı, şair Rəafail İncəyurd, şair Elməddin Nicat, gənc şair Elvin Əlizadə çıxış edərək yubilyar haqqında öz ürək sözlərini söylədilər, onu 55 illik yubileyi münasibəti ilə təbrik ediblər.

Sənətçi Şəmistan Əlizamanlı, Təbrizli müğənni İbrahim Əlizadə, müğənni Zəka Vilayətoğlu, gitaraçı Orxan Məmmədli, şair-bədii qiraətçi Xəzər Süleymanlı, aşıqlar – İlham Aslanbəyli və şagirdləri, Aşıq Elməddin Məmmədli, Aşıq Şaiq İncəli, Aşıq Səyyad Aydınoğlu öz çıxışları ilə tədbirə xüsusi rəng qatıblar.

Tədbirin sonunda İbrahim İlyaslı çıxış edərək, ona göstərdikləri sayğıya görə Abşeron rayon İcra hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət idarəsinin, Abşeron Mədəniyyət Mərkəzinin rəhbərliyinə, tədbirdə əməyi keçən hər kəsə, bütün iştirakçılara öz səmimi minnətdarlığını bildirib və yeni şeirlərindən nümunələr oxuyub.

MANERA.AZ tədbirdən fotoları təqdim edir.
(Fotolar Şakir Rəhmanındır)

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031