manera.az
manera.az

“Üç üz”ün Bakıda premyerası olacaq

“Üç üz”ün Bakıda premyerası olacaq
Noyabrın 16-da “CinemaPlus” kinoteatrlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən zalında dünya şöhrətli iranlı kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin premyerası olacaq.

Manera.az xəbər verir ki, ekran əsəri IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində kinosevərlərə təqdim olunacaq. Ekran əsəri patriarxal mühitdə aktrisaların üzləşdiyi çətinliklərdən bəhs edir.

Filmdə həyatının müxtəlif etapını yaşayan üç iranlı aktrisanın portreti yaradılıb. Onlardan biri karyerasını yarımçıq başa vurub, digəri şöhrətin zirvəsindədir, üçüncü qəhrəman isə tanınmış aktrisa olmaq arzusundadır. Amma mühafizəkar ailəsi onun istəyinə qarşı çıxır. Ekran əsərində əsas rolları İranın tanınmış aktrisası Bəhnas Cəfəri və kinorejissor Cəfər Pənahinin özü ifa edir.

Filmdə Azərbaycan dilinə geniş yer verilir. Film, Kann, Berlin, Venesiya, Lokarno kimi nüfuzlu film festivallarında iştirak edərək müxtəlif mükafatlar qazanıb.

Noyabrın 14-dən 17-dək davam edəcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı

Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsi də təşkilati dəstək qismində festivalda iştirak edəcəklər.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031