manera.az
manera.az

Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olacaq

📅 13.04.2026 10:10

Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olacaq
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə “Uşaq ədəbiyyatı – mədəni dialoqun təməli” şüarı altında “Azərbaycan nağılları” və “Özbək nağılları” kitablarının təqdimatı keçiriləcək.

Bu barədə Manera.az-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat veürilib.

Nəşrlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə layihəsi əsasında hazırlanıb. Azərbaycan nağılları özbək dilinə, özbək nağılları isə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.

Kitablarda Azərbaycan və özbək xalqlarının xalq və müəllif nağılları yer alır. Nağıllarda xeyir və şər, dostluq, dürüstlük və zəhmət kimi dəyərlər bədii süjetlər vasitəsilə təqdim olunur.

Təqdimat çərçivəsində Özbəkistandakı Respublika Uşaq Kitabxanasında Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi guşənin açılışı nəzərdə tutulur.

Qeyd edək ki, bu kimi layihələr uşaqlar arasında mütaliə marağının artırılmasına, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına və Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.


Baxış sayı - 39 | Yüklənmə tarixi: 13.04.2026 10:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930