manera.az
manera.az

İllər sürətli qatar...- Şeir

📅 15.06.2019 12:12

İllər sürətli qatar...- Şeir
"Yaşadım"

Yaşadım, yalan çıxdı
nağılda dedikləri.
Nənəm ölməz deyərdim,
yumuldu kiprikləri.
Böyüdüm, böyüdükcə
xoşbəxtliklər kiçildi.
Şərəfsiz olanlarçun
Şərəfələr içildi.
İllər bir-bir apardı
doğmanı, həm də yadı.
Uşaqlıq elə qaçdı.
bir də geri baxmadı.

Yaşadım,damla-damla
həyat hey mənimsədi.
Ağrıma ağlamaqdan,
elə hey gülümsədi.
Üzlər elə dəyişdi,
qəfildən nə oldu ki?
Doğma-doğma adamlar
nədən çox yad oldu ki?
Həyat sürüyəndən
gəlməmişəm özümə.
İllərə dayan dedim.
Baxmadılar sözümə.

Yaşadım, yaşamaqsa.
İllər sürətli qatar...
Ömür boyu qaçırsan
Əşşi ona kim çatar?
Vətən də özgə oldu.
Nə çəməni o çəmən,
Nə də, dağı o dağdı.
Üç alma gözləyirdik,
Göydən lənətlər yağdı.
Şərikli çörək kimi
Ömür düşdü əlimə
O da demə borc imiş
Qaytaracam ölümə.

Rüzgar Mövsum


Baxış sayı - 1 756 | Yüklənmə tarixi: 15.06.2019 12:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031