manera.az
manera.az

Heç kimə haqqından çox dəyər vermə, yoxsa... - ŞEİR | MANERA.AZ

Heç kimə haqqından çox dəyər vermə, yoxsa... - ŞEİR | MANERA.AZ

Fridrix Nitşe

"Ya çarə sizsiniz, ya da çarəsizsiniz!"

Həyat

Gedənə qal deməyəcəksən...
Gedənə qal demək yazıq kəslərə,
Qalana get demək tərbiyəsizlərə,
Qayıtmayana qayıt demək aciz kəslərə.
Layiq olana get demək əsillərə yaraşır.

Heç kimə haqqından çox dəyər vermə, yoxsa...
Həmişə dəyərsiz sən olacaqsan...

Düşün kim incidər səni, səndən başqa?
Kim doldurar içindəki boşluğu sən istəməsən?
Əgər hazır olmasan, xoşbəxt edilə bilərsən?
Kim yuyar, köhnəldər səni, sən icazə verməsən?
Axı kim sevər səni, sən özünü sevməsən?
Səndə başlayır hər şey, səndə də bitir.

Ən əsas ürəkli ol,
Tükənmə,
Tükətmə,
Tükətdirmə içindəki yaşamaq sevgisini.
Ya çarə sizsiniz,
Ya da çarəsizsiniz!

Elə yaşadım ki, həm cənnəti gördüm, həm cəhənnəmi,
Elə bir sevdim ki, həm ehtiras gördüm, həm əl çəkməyi(təslim olmaq).
Çoxları izlərkən həyatı öndən,
Özümü səhnədə tapdım.
Oynadım.
Elə rol idi ki, oxudum, oxudum,
Anlamadım.

Öz-özümə danışdım hərdən evimdə,
Həm hirsləndim həm güldüm vəziyyətimə.
Sonra da dedim ki, söz ver özünə.

Dənizləri sevirsənsə dalğanı da sevəcəksən,
Sevilmək istəyirsənsə, sevməyi də biləcəksən,
Uçmağı bilirsənsə, yıxılmağı da biləcəksən,
Qorxaraq yaşayırsansa, ancaq həyatı izləyəcəksən.

Elə həyat yaşadım ki, son səfərləri daha tez tanıdım,
Elə dəyərlidir ki zaman, tələsmədim buna görə,
Anladım.



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031