manera.az
manera.az

Media nümayəndələri bağ saldılar - "Yaşıl qələm"

📅 10.03.2019 23:31

Media nümayəndələri bağ saldılar - "Yaşıl qələm"

Martın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bu yaz özün bir təbiət yarat!” devizi altında Bakının Zığ şosesində ağacəkmə aksiyası keçirilib.

MANERA.AZ xəbər verir ki, aksiya AzTV-də baş redaktor vəzifəsində çalışan tanınmış yazıçı-jurnalist Azər Qismətin nazirliyə etdiyi müvafiq müraciətin müsbət cavablandırılması nəticəsində həyata keçib.

Tədbir çərçivəsində nazirlik tərəfindən ayrılmış ərazidə yaşıllıq salınıb. Nazirlik və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birgə yeni salınmış yaşıllıq əraziyə “Yaşıl qələm - jurnalistlər bağı” adı verilib. Jurnalistlər bağında feyxoa, yapon əzgili və digər növ ağaclar əkilib.

Aksiya zamanı Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə müsahibəsində bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd yaşıllaşdırmanın daha da inkişaf etdirilməsidir.

Media nümayəndələri bağ saldılar - "Yaşıl qələm"

Qeyd edək ki, kampaniya çərçivəsində ümumilikdə 3 hektardan çox ərazidə 2 mindən çox ağac əkilib.

Tədbirin sonunda jurnalistlər üçün çay süfrəsi təşkil olunub.

Manera.az

Media nümayəndələri bağ saldılar - "Yaşıl qələm"
\
Media nümayəndələri bağ saldılar - "Yaşıl qələm"
Media nümayəndələri bağ saldılar - "Yaşıl qələm"


Baxış sayı - 971 | Yüklənmə tarixi: 10.03.2019 23:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031