manera.az
manera.az

İnsanlığın ölüm səhnələri | MANERA.AZ

İnsanlığın ölüm səhnələri | MANERA.AZ
Emin Akifoglu

Gecəqondulardan ibarət bir məhəllədə yaşayırdım . Bir maşın keçə bilən , yağış yağan kimi küçələri çirkaba qərq olan , evlərini su basan və bu kimi digər problemləri əskik olmayan məhəllənin də problemli insanları var idi . Bir - birinə bağlanmış şəkildə evlərdən ibarət o qədər də böyük olmayan bir qəsəbə idi. Əksəriyyət evlərin pəncərələri qonşudan qonşuya bir mənzərə açırdı. 18 illik zaman ərzində bu evlərin yaşayış səviyyəsi , mədəniyyəti xeyli yüksəlmişdi. Bir evin digər evə pəncərələrdən baxması ermənilərin şah əsəri idi. Sonradan köçən camaat bu pəncərələri bacardığı qədər ləğv etməyə nail ola bilmişdi. Bir sözlə özümü dərk etməyə başladığım bu qəsəbədə böyüdüyüm müddətdə insanların təsiri nəticəsində o bərbad evlər qismən də olsa insan evinə çevrilməyi bacarmışdı. Amma yuxarıda saydığım problemlər qalmaq şərtilə.
Bu ərazi məmur , nazir və dövlət işçilərinin ayağı dəyməyən torpaqlar idi. Seçkidən seçkiyə xırda dövlət işçiləri gəlirdilər. Onların ayağı asfalta çatsa da , o asfalt da ancaq məntəqəyə qədər küçələrə çəkilirdi. Asfalt deyirəm ha , asfalt atqıntısı. Şəhərin hər bir yerinə çıxışımız var idi. Amma şəhərin hər bir yerində bizə çox adam yuxarıdan aşağı baxırdı. Tam haqqlı idilər.
Biraz qəsəbənin adət - ənənəsindən danışım. Ailə tanıyırdım ki, sürdüyü maşın öz yaşadığı daxmasından baha idi.
Ailə tanıyırdım ki, adamlarını yığıb qeyrət bazarına satışa çıxarsan bir qəpik etməzdi. Ailə tanıyırdım ki, elə mehriban idilər ki, aralarından sel də keçməzdi. Pisi deyəndə gərək yaxşını da deyəsən. Adamın üstündə işıq xətləri var. Gərək vicdanla yazasan.
Gənc nəsilin inkişaf etdiyi müddətdə , dünyada və eləcədə şəhərimizdə müasir dövrə uyğunlaşma prosesi gedən bir zamanda bizim qəsəbədə və eləcə də şəhərimizdə hələ də əlində təsbeh fırladıb "razborka"dan başqa bir şey qanmayan , günü güzəranı keyfə qulluq edən nəşəxorlar , kiminsə geyiminə ilişən , yoldan keçənlərə söz atan anasının , bacısının qeyrətini qoruyan bir tayfa da yer alırdı. Belə bir şüarları da var idi "Göydə göy qurşağı , Filan yerdə Filan uşağı " , " Bizim təyyarəmiz yoxdu amma özümüz uça bilirik , hava limanımız da bu qəsəbədi ". Gecə vaxtı evdəkilərlə halallaşıb 200 metr uzaqlıqdakı dükana siqaret almağa getmək lazım gəlirdi. Ola bilər bu bıçağa güvənən xuliqanlar qabağını kəsib pul istəsinlər. Ən yaxşı halda evə siqaretsiz də dönə bilərdin. Belə bu gədələrdən bu qədər.
Əvvəllər məhəllərdə tək -tük maşınlar olurdu. Getdikcə hər ailədə maşın gördüm. Sonralar hər ailədə iki -üç maşın oldu. Biraz da keçdi balaca evlər böyüyüb iki mərtəbələrə çevrildi.
Ya kimsə oğlunu evləndirirdi , ya da kirayə verirdi. İnkişaf buna deyərəm də. Amma yenə də məhəllə problemləri öz qüvvəsində qalırdı . Buradakı inkişaf öz çərçivəsindən kənara çıxmırdı.
Xülasə , qəsəbədə seçilən məhəllələrdən biri də bizim məhəlləmiz idi. Qonşuları bir-birinə qaynayıb qarışan idilər.
Amma hər bir qaynayıb-qarışan kütlənin mütləq ki, bir ara qarışdıranı olardı. Uşaqlığımın şahidi olmuş bu məhəllənin çörəyi dizimin üstündə olar mən bu məhəlləni pisləsəm. Elə deyirdilər tənqidi yazılarımı oxuyan , duyan qonşularım. Məhəlləmizin cayılları mənim gözümün altına , çənəmə və burnuma da düzəliş etməyə hazır idilər. Sözü qanla da yumaq olur - həqiqətini qəbul etdim.
Əziz oxucularım ! Bu hekayəmin məqsədinin mustafasını çatdırmaq üçün yeni abzasdan başlayıram.
Məhəllədə hər şey öz axarı ilə gedən vaxtı axına qarşı üzən bir ailə köçdü qonşunjm kirayə veridiyi evə. Çox pozitiv enerji ilə təsir edən ailə kimi göründükləri üçün ilk tanışlığımızda şad olduq. Və günlər beləcə öz axarı ilə keçməyində olsun. Sizə bu ailəni bu axara qarşı üzən kimi göstərməyimin səbəbini açıqlayım. Bor müddət keçmişdi. Heç də normal hadisələr baş vermirdi. Gündə bir kişi gəlib gedirdi həmin evə.
O evin də balaca pəncərəsi yan qonşumun həyətinə baxırdı. Həmin kişiləri bəzən də qadınları qohum zənn etmişdik. Həmin evin pəncərəsi qonşunjn həyətinə açılırdı. Mən əmin idim ki, qonşu nəsə bilir , amma demir.
Bir gün bir yerə təcili gedəsi oldum . Evlə sağollaşıb yol aldım taksi dayanacağına. Taksi sürücülərindən bir tək Mehman kişi ilə aram yaxşı idi. Yaş fərqimiz çox olsa da əla xasiyyəti var idi. Mehman kişini tapıb sorğu - sualsız əyləşdim və məni təcili İçəri şəhər metrosu yaxınlığına aparmasını dedim. Tərpəndik . Mehman dedi :
- Mərdiməzarı axtarmaqla deyil ki, özü gəlib tapır da .
- Nolub ay Mehman ?
- Bu heyvərə Cəfəri tanıyırsan da , bu qəsəbədə gəzmədiyi kirayə qalmıyıb . Sizin məhəllənizə köçən Cəfəri deyirəm də .
- Hə , bu qohum əqrəbası çox olanı deyirsən .
- O necə olur?
- İnanırsan ki, mən də bilmirəm . Qonaqlı - qaralı evdi. Görünür Cəfərin ailəsinin xətrini çox istəyirlər. İki saf , şirin uşaqları da var. Sən niyə əsəbləşmisən axı ? Danış..
- Bu biqeyrət , mənimlə yer davası edir ki, bu yer mənim maşınımın yeridir . Bu gün dözmədim və axır ki, bir yumruq ilişdirdim və qohum-əqrəbalarını iki üç - sözlə yad elədim.
- Biqeyrət dedinə ona. Niyə ?
- Bilirsən necədi? Bu çox əclaf adamdı. Arvadı gündə birini salır evə. Bu biqeyrət də bilə-bilə heçnə eləmir. Hətta, bu Cəfərində qıraq da saxladığı, gəzdiyi bir xaxol qızı var. Başa düşdüyün kimi o qohum-əqrəbaların əsl tərəfi budur.
Söhbət kəsildi və ünvana çatdım. Mehmanla biraz qol güləşdirəndən sonra gediş haqqını oturacağa qohum düşdüm maşından.
Neçə gün keçdi. Artıq Cəfərgilin pəncərəsindən gələn səslərin nə səs olduğunu Qonşum Mamed kişigilin ailəsi anlamışdı və bu söhbət bütün məhəlləyə sızmışdı. Qonşular qərarə gəldilər ki, ev sahibinə şikayət edib Cəfərgili qovdursunlar. Belə də oldu . Cəfərgil adəti üzrə başqa bir məhəllə köçdülər.
Xeyli müddət keçdi. Dilənçilərin mərsiyələrin oyatdığı səhərlərin birində telefonuma zəng gəldi. Köhnə iş yoldaşımın qəzaya düşdüyüm dedilər. Bu iş yoldaşı dediyim şəxs mənə həm də dost kimi dəyərli insanlardan idi. Xeyli müddət idi ki, işsizlik ucbatından köçmüşdü Moskvaya. Nə isə. Xəbəri alan kimi üz tutdüm sürücü Mehmanın yanına. Ondam məni tez Filan xəstəxanaya çatdırmasını xahiş etdim. Yol boyu biraz hal-əhvallaşdıq.
Mehman soruşdu :
- Eşitdim , o biqeyrəti uzaqlaşdırmısınız məhəllədən.
- Hə , qonşular xəbər tutdular və qovdurdular.
- Xeyirdimi , xəstəxanaya?
- Dostum qəzaya düşüb , onun yanına gedirəm. İsmayıllıya istirahətə gedirmişlər.
- Yastığı yüngül olsun. Yeri gəlmişkən , elə bu gün Cəfərgil də qəzaya düşüblər.
Elə bu an xəstəxanaya çatdıq və mən pulu Mehmana uzatdım . O isə təkidlə əlimi geri qaytardı.
- Darıxma , qayıdan baş verərsən.
-Niyə ? Çünki, səninlə bir yerdə xəstəxanaya gedirəm.
Təəccübləndim , amma tələsdiyimdən heçnə söyləmədən xəstəxanaya daxil oldum. İnformasiya şöbəsində oturanlardan birindən Samir Filankəsov Filankəs oğlunun hansı palatada olduöunh soruşdum. Yerini biləndən sonra qalxdıq ikinci mərtəbəyə . Palataya daxil olduq. Samiri gülümsəyən görəndə sevindim. Hal-əhvallaşdım. Mehman isə xəstəxanaya daxil olandan bəri susmuşdu. Samirdən qəzanın necə baş veridiyinj soruşanda Mehman dilləndi :
- A kişi , dostun palataya yeni köçürüb , yorma onu. İmkan ver , dincəlsin. Mən bu saat sənə hər şeyi danışaram . Yenə də təəccübləndim.
Mehman dedi :
- Deməli, bu qardaş Bakıdan İsmayıllıya gedən zaman Cəfərgil ötmə əməliyyatı edən zaman qabaqdan gələn Samir imiş. Cəfər toqquşmamaq üçün maşını sağ yola çəkmək istəsə də idarəetməni itirmiş və maşın aşaraq yol kənarında ağaca çırpılmışdı. Samirin maşını isə Cəfərin arxasından gələn maşınla yüngülvari toqquşub. Cəfərgilin maşınında isə gəzdiyi qız , arvadı və arvadının məşuqlarından biri və iki körpə uşağı olub. Qəzadan yalnız uşaqlar sağ qaldılar .
Mehmanın bu sözlərindən sonra neçə gün özümə gələ bilmədim. Bu hadisə insanlığın ölüm səhnələrindən biri idi.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031