manera.az
manera.az

Astral səyahət - Hekayə | Yeni İmza

📅 25.02.2019 22:04

Astral səyahət - Hekayə | Yeni İmza
Manera.az "Yeni imza" layihəsində Zeynəb Quliyevanın "Astral səyahət" hekayəsini təqdim edir:

Yazın ilk günləri idi. Baharın xəfif mehi bütün kəndimizin havasında xos təəssürat yaradırdı. Mən atamla bərabər ovçuluq macərasına atılacaqdım. Bəli, həmin böyük gün artıq gəlmişdi. Biz ov çantamızı hazırlayıb, köhnə maşınımızla yola düşdük. Yolda fasilələrin olmasına baxmayaraq, həyəcandan vaxtın necə keçməsindən xəbərim belə olmadı. Artıq İsmayıllı rayonuna yaxınlaşırdıq.

Uzaqdan boylanan dumanlı dağlar sanki yaz təbiətinə öz məğrurluğu ilə imza atirdi. Atam məni bir az irəli çəkib saxladı. Və biz ov çantamızı yük baqajından götürərək təbiətin zəngin qoynuna atıldıq. Əslində mənim ov silahım babamdan qalma tufəng idi. Bu tüfənglə babam neçə-neçə vəhsi heyvanları ovlamış və kənd camaatının yaddaşında "mahir ovçu" kimi qalmışdı. İndi həmin tüfəngi atam mənə vermiş, özü isə əmimin tüfəngini götürmüşdü. Hə, atam dağın yamacında sanki,öz .şikarını gözləyən şahin kimi ətrafa göz gəzdirirdi. Mən atamın fikrini yayındırmadan yavaş addımlarla ətrafı dolaşırdım.

Bu vaxt nə fikirləşdiyim indi yadimda deyil. Fikirli olduğumdan ətrafda gəzərkən atamdan nə qədər uzaqlaşdığımı hiss etməmişdim. Bu zaman yeyin addımlarla bir kolluğun yanından keçirdim. Deyəsən, bu moruq kolu idi. Kolluqdan gələn xışıltı səsi məni dayanmağa məcbur etdi. Bu zaman kolluğun dibindən balaca dovşan göründü. Ürkək heyvan sanki məndən qorxmur və hətta ölümünü bilərəkdən xırda gözlərini mənə zilləmişdi. Mən tüfəngi qaldırıb bir qədər rahatladandan sonra ona tuşladım. Bu hadisəni düşünəndə mənə qəribə gələn o idi ki, görəsən, kiçik bir təhlükəni tez duyub, həmin təhlükədən ürkək addımları ilə qaçan heyvan , görəsən, indi nə ücün canını məndən xilas etməyə çalışmırdı. Axı qəribə baxışlarının səbəbi nə idi? Ova gələcəyimizi səbirsizliklə gözləsəm də, bu yazıq heyvanı vurmaq istəmirdim. Əllərim əsə-əsə tüfəngi aşaği saldım. Bu zaman ovum da tələsik canını məndən qurtarmağa nail oldu.

Mən bir qədər ətrafa göz gəzdirdikdən sonra qəfil fikrimi dəyişdim və meşənin sıxlığında gəzmək istədim. Yavaş-yavaş meşənin içərilərinə doğru getdikcə meşənin əbədi sakinləri məndən qaçır, başımın üstündə isə göylərin əbədi sakinləri ürkərək qanadlanıb uçurdular. Bunlara baxdıqca məndə qəribə suallar oyanırdı. Görəsən, heyvanlar da insanlar kimi bir-birilərinə məhəbbət və ya nifrət hiss edirlərmi? Ya da insanlara vurulan pis və yaxşı insan damğaları heyvanlarda da varmıdır? Biz insanlar quşlar kimi uçaraq bütün dünyanı gəzməyi, heyvanlar kimi azad olmağı arzulayarkən, görəsən, heyvanlar da insanlar kimi müəyyən məhdudiyyətlərlə, sevinclə kədərlə yaşamaq istərdilərmi? Bu suallar məni düşündürərkən hərdən səmaya baxırdım.

Bu zaman qəflətən bir hənirti eşitdim. Qorxumun qəlbimdə hökm sürdüyü zaman qaçıb buradan uzaqlaşmaq istədim. Özümü itirmişdim, haraya gedəcəyimi bilmədən ancaq qarşıya doğru qaçırdım. Bax, bu zaman dəqiq yadımda deyil. Deyəsən, qacarkən ayağım büdrəyərək yıxılmış və başım daşa dəymişdi. O zaman keçirtdiyim həyəcandan yadımda yaxşı qalmamışdı. Hə, gözlərimə qaranlıq çökdü, istəsəm də gözümü aça bilmədim. Bundan sonra yaşayacağım hadisəni isə heç vaxt yaddan çıxartmaq mümkün deyildi. Mən qaranlıqla savaşıb gözümü açmaq istəyimə nail oldum. Göz qapaqlarımı yavaş-yavaş tərpədərək gözlərimi açdım. Günəş düz başımın üzərində idi. Uzanmış halda ətrafa baxdım, gördüyüm mənzərə qarşısında çox sarsıldım.

Meşədəki bütün ağaclar yarpaqlanmışdı. Axı ova gələndə ağaclar hələ yaz fəsli olduğundan təzə çiçəklənmişdi. Ov demişkən yadıma birdən atam düşdü axı onunla birgə gəlmişdim. Yerdən yavaş-yavaş qalxdım və özümü tez toparlayıb, atamı səslədim. Gücüm çatdığı qədər səsimi yüksəldirdim. Amma cavab gəlmirdi. Bir qədər səslədim, yenə cavab gəlmirdi. Artıq atamı səsləməkdən yorulmuşdum. Bir qədər gəzmək və nə üçün bu hadisələrin baş verdiyinə cavab axtarmaqdan ötrü gəzirdim. Bir az irəliədikdən sonra yavaş-yavaş aöaclar seyrəkləşirdi. Hələ yadımdadır ki, irəlidə bir su şırıltısı eşidirdim. ora asta-asta yaxınlaşdım və su içmək üçün əyildim. Bu zaman özümü itirdim. Çünki suyun üzərində səmada uçan quşların, yarpaqların əksi yaranarkən mən özümün əksini görə bilmirdim.

Çox məyus olmuşdum, görəsən, bu yuxudurmu?- deyə düşünürdüm. Yox bu yuxu deyil, çünki, yuxu olsaydı nəyəsə toxunanda hiss edə bilməzdim. Axı mən hər şeyi həyatda olduöu kimi hiss edir və dadırdım. Çaydan tələsik uzaqlaşdım. Bu zaman ürəyimin səsinə qulaq asdım. Qarşımda dayanan təpənin üzərinə çıxdım, hər tərəfə göz gəzdirməyə çalışırdım. Üzümü sol tərəfə çevirəndə bir qədər uzaqda balaca daxmaya oxşar bir tikili gördüm. Oraya tərəddüdlə addımlayırdım. Yavaş addımlarla bura yaxınlaşdım və tez də anladım ki, bura balaca çayxanadı. Qapı bağlı idi. Mən qapını icəri girmək üçün döydüm. Içəridən səslər gəlirdi, amma, mənim qapını döyməyimə heç kim əhəmiyyət vermirdi. Qapını bir az ehtiyatla aralayıb içəri girdim.

Burada təxminən 55-60 yaşlarında kişilər müxtəlif masalarda əyləşmiş, maraqlı söhbət edirdilər. Mən bir az təlaş hissi ilə onlara salam verdim, onlar da sanki məni çoxdan gözləyirlərmiş kimi hamısi özünəməxsus səsləri ilə salamımı alıb, mənə yer göstərdilər. Mən bir qədər təəccüblə mənə göstərilmiş stulların birində əyləşdim. Buradakı qocaları süzərkən qəflətən gözüm divardan asılmış radioya sataşdı. Elə bu zaman radionun səsi bütün çayxananı bürüdü. Radiodan qırıq-qırıq qız səsləri eşidilirdi. Qız Azərbaycan mədəniyyəti haqqında məlumat verirdi: Bəli bu gün Azərbaycan mədəniyyəti haqqında son xəbərləri dinləyirsiniz. 1929-cu ilin..... Bek Nazarovun rejissorluğu ilə " Sevil' filmi çəkilib. Bu film Azərbaycan qadının real şəkildə təsvir edir. Bu səs daxilimdə dərin vahimə yaradırdı. Necə oldu ki, 2018-ci ildə ova gedirəm gəzərkən yıxılıram və sonra radiodakı qadın 1929-cu ilin, ancaq, radioda səslər qırıq-qırıq olduğundan hansı gündəsə baş vermiş hadisələr haqqında məlumat veriridi. Getdikcə ürək döyüntülərimin səsi artır və atamın yanında olmaq istəyirdim.

Bu zaman gözlərimə qaranlıq çökdü. Başımı qaldırdım, bayaqkı yerdə uzanıb qalmışdım. Deyəsən, başım daşa dəydiyindən huşumu itirmişdim. Ətrafıma göz gəzdirdim. Quru budaqlar üzərində təzə-təzə cücərməyə başlayan çiçəklər daxilimdə hökmranlıq edən qorxumu sarsıtdı. Ayagımda artıq yavaş- yavaş sızıldamaöa başlayırdı. Görünür, ayagımı möhkəm əzmişdim. Yerimdən qalxmadan özümü bir qədər rahatladım və ucadan atamı səslədim. Bir-iki defe cəhd edəndən sonra atamın səsini eşitdim və onun yaxınlaşmasını gözləyirdim. Atam bu vəziyyətimi görüb, məni kürəyinə aşırdı. Meşənin cığırından keçdikcə uzaqdan maşınımız görünürdü. Ancaq mənim fikrim hələ də bayaqkı hadisədə qalmışdı. Axı necə oldu ki, bu qəribə əhvalatla rastlaşdım? Görəsən, atama desəm o, bunun cavabııi tapa bilərdimi? Yox heç vaxt cünki, o, nəinki bu hadisəni hətta yaşadığım qəribə hisləri də duymayacaqdı.

Bunun cavabını mütləq mən tapacaöam. Mütləq tapacağam..... ikinci hissə Yolboyu bu sual artıq mənim fikrimi dumanlandırıdı. Bu dəfə yolumuzun istiqaməti evə yox, xəstəxanaya yönəlmişdi. Yolda tıxacların çox olmasına baxmayaraq, nəhayət ki, xəstəxanaya çatdıq. tibb baciları ehtiyatla məni palataya yerləşdirdilər. Uşaqliqdan bəri daxilimdə həkim qorxusu olduöu üçün ayaöımın sızıltısı həyəcanıma qarışmışdı,Biraz gözlədikdən sonra nəhayət ki, həkim gəldi. Ağxalatlı həkim callaşmış saçlarını qarışdıraraq hərdən atama nəsə pıçıldayır, hərdən də öz dəftərçəsində qeydlər aparırdı. Mən çox yorulmuşdum ov macərasından sonra o hadisə, ayağımın əzilməsi və xəstəxana palatası..... Həkimlə atam artıq 10 dəq olardı ki, xəstəxana dəhlizinə çıxmışdılar. Ağ divarlar məni çox sıxır evə getmək arzumu coşdururdu.

Zaman sakit-sakit öz axarında dalğalanırdı.Təxminən 8-ə 10 dəq qalırdı. Palatanın qapısı yavaşca açıldı. Otağa daxil olan həkim bawımın üstünə yaxınlaşıb, saçlarımı oxşayaraq artıq evə gedə biləcəyimi atama bildirdi. Nəhayət ki, palatanın ağ divarlarından xilas olurdum. Atamla maşına minib evə doğru yola düşdük. yol boyu hec birimiz hec nə danışmır, adətən salonda səssizlik hökm sürürdü. Bu vəziyyətdən sıxılan atam radionun səsini açdı. Maşın radiosu isə son xəbərləri təqdim edirdi. Axır ki, evimizə yaxınlaşırdıq. Mən çox hətta əvvəlkindən də çox həyəcanlı idim. Evə çatan kimi başıma gələnləri danışacaq və bu hadisəni araşdıracaqdım. Uzun yoldan sonra evə çatdıq.

Anam ayağımı görüb, çox narahat olmuşdu. Həyəcanla başıma nələr gəldiyini atamdan soruşurdu. Ancaq mən buna heç əhəmiyyət vermirdim. Əşyalarımı yük baqajından götürüb, yavaş-yavaş evə doğru qalxırdım. Bizim evimiz babamda qalma iki mərtəbə idi. Aşagı salonumuzda ən sevdiyim əşya piano idi. Çünki, hərdən bu sirli alətde çalıb öz fikirlərimin torundan asanlıqla xilas olurdum. Bütünlüklə evimiz anamın zövqünə uyğun döşənmişdi. Ancaq mən otağımı öz zövqümə uyğun döşənməsini xahiş etmişdim. Pəncərənin sağ küncünde çarpayı, sol küncünde kitab rəfi, pəncərənin qarşında isə iş masam yerləşirdi. Otağın qapıya yaxın hissəsi isə boş idi. Gələcəkdə nəsə qoymaq üçün buranı boş saxlamışdım. Otağa daxil olandan sonra əşyalarımı yerlərinə yerləşdirdim. Bir qədər ayaq üstə durğun vəziyyətdə nə edəcəyim haqqında fikirləşirdim. Bu hadisəni anama danışmaq, ondan məsləhət almaq istəyirdim.

Amma çox qorxurdum. Bəlkə, mənə inanmaz, məni danlayardı. Belə qənaətə gəldim ki, bunu araşdırmamış hec kimə deməyəcəyəm. Bunları fikirləşərkən ayağımdakı zədənin sızıldadığını duydum. Bu hadisəni araşdırmagı sabaha saxlamaq istəyirdim. Çarpayıya uzanaraq fikrimdə cövlan edən suallara cavab tapmağa calışırdım. Amma, nə qədər çalışsam da bunu bacara bilmədim. Üçüncü hissə Ertəsi gün Günəşin parlaq şüaları otağıma işıq saçırdı. Mən dərin yuxudan yavaş-yavaş oyanırdım. Həyatım sankı dəyişilmiş, yeni səhifə açılmışdı. Amma bu səhifədə yazacağım mürəkkəbi həyatıma necə təsir edəcəyindən xəbərsiz idim. Yatağımda düşüncələrin əsirliyindən anamın mehriban səsi xilas etdi. Məni səhər yeməyi üçün süfrəyə çağırırdı. Yatağımdan ayrılaraq səhər yeməyi üçün güzgüdə özümü tarazaladım. Həlim addımlarla aşağıya endikcə salon gözümdə daha da genişlənirdi. Süfrə başında səhər yeməyimizi yedikdən sonra vaxt itirmədən otağıma doğru irəlilədim. Iş masamın arxasına keçərək ov əhvalatında başıma gələn bütün macəraları kağıza köçürtdüm. Mürəkkəblə boyanmış vərəqi bir daha nəzərimdən keçirtdim, görünür, hər şeyi yazmışam.

Komputeri tez işə saldım. Artıq, vaxt itirmək gərəksiz idi. Ancaq qarşıma çıxan axtarış sistemində hansı sual yazacağımı bilmirdim. Axı mən nə yazmalıyam ki, ürəyimdəki suallara cavab tapa bilsin. Biraz fikirləşəndən sonra ağlıma gələn ilk sualı-" insan şok zamaını nə keçirir?' sistemə daxil etdim. Bu zaman qarşıma maraqlı cavablar çıxdı. Amma cavablardan biri diqqətimi daha çox çəkdi. Burada yazılmışdı ki, astral ruhun- astral bədənin cismani bədəndən cixmasıdır. Araşdırmalar nəticəsində əsl ruhun insan bədənindən kənarlaşması hələ ki, elmə məlum olmayıb. Astral səyahət hər hansı travma şəkilində reallaşa bilər. Məsələn, ağır yol qəzası keçirtdikdən sonra insan ani olaraq travma keçirir və bu şok neticəsində ruh( şərti olaraq) bədəndən ayrılır. Bu zaman da Astral səyahət gerçəkləşir. Deməli, mənim yaşadığım hadis Astral səyahət imiş. Bundan sonra, artıq, asanlıqla Astral səyahət nədir?- sualını verə bilərdim. Fikrimdəki bu sualı birbaşa sistemə daxil etdim. Axtarış sistemində bir neçə mövzular qarşıma çıxdı. "Insan ilə ruh gümüş ip ilə baglanır. Ciyə gümüş və ya boz olduğu üçün "gümüş ciyə' deyilir. Və gümüş ciyənin yerləşdiyi nahiyədə geniş enerji axınları vardır. Astralda ruh bədəndən nə qədər uzaqlaşsa da bu bağ heç vaxt qırılmır. Amma insan dunyasını dəyişərkən ruh bədəndən həmişəlik ayrılaraq bir daha geri dönmür ".

Bu araşdırmanı oxuyandan sonra bir daha anladım ki, Allah, təkcə, bizi cismimizlə bağlamır. Eyni zamanda ruhumuzla cismimizi də bir-birinə bağlayır. "......Bəzi insanlar astral səyahəti özü istəyərəkdən edir, lakin, bəzi insanlar isə astral səyahəti istəməyərəkdən yaşayır. Astral səyahəti həyata keçirmək üçün mütləq çakralar(enerji) aktiv olmalıdır. Lakin çakraları aktiv etmək üçün əsas şərtlərdən biri insanın müsbət auraya sahib olmasıdır. Bir insan nə qədər stressiz, xoşxasiyyətli, səbirli, pozitiv olarsa, həmin insanın ruhu da qidalanar". "Elə insanlar var ki, astral səyahətə keçmək üçün günlərini, aylarını hətta illərini də həsr edirlər. Lakin unutmamaq lazımdır ki, yer üzü möcüzələrdən ibarətdir. Dünyada elə insanlar var ki yuxuda olarkən astral dunyasına keçirlər. Bu insanlara Tanrı tərəfindən verilmiş xüsusi isteddadır. Bu insanlardan bəziləri astral səyahətə keçdiklərini anlamır, hətta bu hadisəni psixoloji problem kimi qiymətləndirirlər". Bu mənim üçün çox maraqlı məlumat oldu. Məndə də bu istedadın olmasını arzulayarkən bir daha anladım ki, həyatda heç nə asan başa gəlmir. Bir məqsədə nail olmaq üçün nə qədər çalışsaq, həmin məqsədin şirinliyini bir o qədər anlayarıq.

Sonrakı məqalə astral səyahətə keçməyin yolları haqqında idi. Astral səyahətə keçmək çox asan deyil. Astral dünyasına keçmək istəyən insanda gərək buna qarşı xüsusi maraq yaxud istək olsun. Astrala keçən üçün səhər və axşam ən yaxşı vaxtlardır. Astral səyahət üçün 1-ci üsul: (bütün üsullarda göz bağlı olmalıdır) Bu zaman biz evimizdəki ən səssiz və rahat otaq seçməliyik. Həmin otaq az işıqlandırılmalıdır.Çünki işıq şüaları bu istəyə mane ola bilər. Otağı bir qədər də buna uyğun etmək üçün çakra daşları almaq olaq. Astrala keçmək üçün insan şimaldan cənuba doğru uzanmalıdır. Çünki şimaldan cənuba doğru enerji axını olduqca güclüdür. Bu da keçidi daha da asanlaşdırmağa yardımçı ola bilər. Uzanandan sonra bütün oynaqları rahat vəziyyətə salmalıyıq. Bunun ardınca hər hansı bir mənzərəni təsəvvür etməliyik. Və beynimizdə həmin təsəvvürü canlandırmalıyıq. Bunu o qədər canlı etməliyik ki, həmin mənzərənin havasını, qoxusunu və s... hiss edə bilək.

Təsəvvür etdiyimiz mənzərədən sonra ( bu təbii ki, bir az vaxt alacaq) ürəyimiz əvvəl döyündüyündən daha çox döyünməyə başlayacaq, qulağımızda ritmə uyğun qırıq-qırıq səslər eşidəndən sonra sanki, ayağımızda qarışqaların gəzdiyni hiss edəcəyik. Bu zaman çalışmalıyıq ki həyəcanlanmayaq, əgər həyəcanlansaq bədən qorxuya düşəcək və səyahət gerçəkləşməyəcək. 2-ci üsul: Bu zaman yenə şimaldan cənuba doğru uzanırıq. Bu dəfə yaxınlığimıza ən çox sevdiyimiz əşyanı və ya insanın şəklini qoyuruq. Məsələn, nümunə kimi şəkli götürsək, həmin şəkildəki adama diqqətlə baxır və onun hal-hazırda nə etdiyini düşünürük. Düşünərkən yaratdığımız təsəvvür səhv ola bilər bu, neticəni dəyişmir. 3-cü üsul: Bu üsul da uzanmış vəziyyətdə olmalıdı. Bu zaman gecə mənzərəsi təsəvvür etməliyik.

Mənzərəmizdə bir ulduzun üzerində olmalıyıq. Həmin ulduzdan digər ulduzları seyr etməliyik. Biz o qədər bu mənzərəni təsəvvür etməliyik ki, gözümüzün qarşısında ulduzlar qabarmalı və müxtəlif şəkillərə düşməlidir. Əgər bunlara nail ola bilmişiksə, deməli, Astral dünyasına keçid başlamışdır. 4-cü üsul: Bu üsulu digər üsullardan fərqli edən əsas cəhət budur ki, biz həddindən artıq yorğun olmalıyıq. Bu zaman qarşımızda istədiyimiz bir əşyanı qoya bilərik. Bu stəkanda su olsa daha yaxşı olar. Belə ki biz suyu biraz uzaq məsafəyə qoyuruq və sonra uzanırıq. Bundan sonra isə qəlbimizdə bu suyu içmək arzusu oyadırıq.

Qoyduğumuz suya doğru getmək üçün çabalamalıyıq, amma bunu edərkən qalxmamalıyıq. Nəhayət, çəkdiyimiz əziyyətdən sonra bədənimiz yorulacaq və Astral bədən cismimizdən azad olmaq istəyəcək. Bununla da istəyimizə nail ola biləcəyik". Bu məlumatı oxuyan zaman astral səyahəti gerçəkləşdirmək üçün tələsirdim. Amma qorxurdum ki, birdən bunu bacara bilmərəm. Elə bu vaxt qarşımda maraqlı məlumatla rastlaşdım. " Astral səyahətin yaxşı cəhətləri ilə yanaşı pis cəhətləri də vardır.

Belə ki, Astral dünyası bu dünyadan çox fərqlidir. Burada biz müxtəlif varlıqlarla da rastlaşa bilərik. Əslində onların müəyyən forma və ölçüləri yoxdur. Amma bu varlıqlar enerjinin gücü ilə gözümüzdə müəyyən forma ilə görünürlər. Hətta bu dünyada biz ölmüş insanları və astrala çıxmış insanları görə bilərik. Amma çalışmalıyıq ki, qorxamayaq, əks halda astraldan ayrılarkən psixoloji problemlərlə rastlaşa bilərik. Bu da bizim gələcək həyatımıza mənfi təsir göstərə bilər. Bu problemlərin olmaması üçün astral səyahətdə tanış olmayan varlıqlara soyuqqanli yanaşmalıyıq. Və dünyaya keçmək üçün sadəcə öz bədənimizi arzulamalıyıq. Məlumatları oxuduqdan sonra komputeri bağladım, özümdən asılı olmayaraq düşüncələrə qapıldım. Həmin hadisəni yaşamasaydım bu məlumatları bilməz və dünyada belə bir möcüzənin olduğundan xəbərsiz olardım. Bir daha əmin oldum ki tesadüflər yaşanmış zərurətlərdən yaranır.

Zeynəb QULİYEVA
Neftçala rayonu Z.Əsgərov adına
Aşağı Surra kənd tam orta məktəbinin 11-ci sinif şagirdi

MANERA.AZ


Baxış sayı - 2 217 | Yüklənmə tarixi: 25.02.2019 22:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031