manera.az
manera.az

Bertold Brextin “Seçilmiş əsərləri” Azərbaycan dilində

📅 18.02.2019 17:33

Bertold Brextin “Seçilmiş əsərləri” Azərbaycan dilində
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – məşhur dramaturq, şair, nasir, teatr nəzəriyyəçisi Bertold Brextin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Kitaba dramaturqun, dünyanın bir sıra teatrlarında tamaşaya qoyulmuş ən məşhur dörd pyesi – “Kuraj ana və uşaqları”, “Qalileyin həyatı”, “Üçquruşluq opera” və “O əsgər olmasın, bu əsgər olsun” əsərləri daxil edilib.

XX əsrin əvvəllərində Avropada teatr islahatçısı kimi tanınan Brextin başlıca yaradıcı ideyası – tamaşaçının romantik emosiyalarını “cilovlamaq”, onu real həqiqətlərə dayaqlanmayan duyğusal aləmdən ayırmaqdır. Yazıçı, əsərlərində süni gərginlik yaradan qarşıdurmalardan imtina edir, dramatizmin sonqlar (nəğmələr) və parodiyalarla, birbaşa publisistik müdaxilələrlə təmin edilməsinə üstünlük verir.

Əsərləri dilimizə İlqar Əlfioğlu tərcümə edib.

Kitabın redaktorları Salam Sarvan Nəriman Əbdülrəhmanlıdır.

MANERA.AZ


Baxış sayı - 1 551 | Yüklənmə tarixi: 18.02.2019 17:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031