Gənc bəstəkarların əsərlərindən ibarət konsert olacaq

Fevralın 22-də Bakıda tanınmış gənc bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.
Manera.az xəbər verir ki, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında reallaşacaq konserti Fuad İbrahimovun dirijorluğu ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Konsertdə respublikanın tanınmış istedadlı gənc incəsənət ustaları bir-birindən parlaq ifalar təqdim edəcək. Konsert çərçivəsində xalq mahnıları və təsniflərin də ifa olunması nəzərdə tutulur.
MANERA.AZ