"Lahıc əsl folklor məkanıdır” kitabı işıq üzü görüb

"Folklorun və ədəbiyyatın inkişafına yardım” ictimai birliyi "Azsaylı xalqlara məxsus folklor nümunələrinin təbliğinə həsr olunan konfransın keçirilməsi” layihəsi çərçivəsində "Lahıc əsl folklor məkanıdır” adlı yeni kitab işıq üzü görüb.
Azsaylı xalqların dilləri, adət-ənənələri, mədəniyyətləri haqqında ictimaiyyət, əsasən də, gənc nəslin nümayəndələri arasında informasiya azlığı və həmin xalqların mədəni irsinin sistemli şəkildə təbliği problemini aradan qaldırmaq məqsədi ilə nəşrə hazırlanan kitabın elmi redaktorları filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımova, tərtib edəni isə filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasovadır.
Kitabda müxtəlif məqalə və araşdırmalarla yanaşı, toplanmış folklor nümunələri və layihə çərçivəsində keçirilmiş tədbirlərlə bağlı yazılar yer alıb.
Qeyd edək ki, kitabın layihə rəhbəri AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevdir.
MANERA.AZ