manera.az
manera.az

"Qarabağ lətifələri" 3 dildə çap olunub

📅 06.12.2017 12:39

"Qarabağ lətifələri" 3 dildə çap olunub
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA-nın Folklor İnstitutunun Qarabağ silsiləsindən növbəti birgə layihəsi işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, lətifələr Qarabağ folklorunun ən aktiv janrlarından biridir. Klassik folklorun bir çox janrları (nağıllar, dastanlar və s.) öz auditoriyasını itirdiyi, tədricən epik dövriyyədən çıxdığı halda, lətifələr bu gün də yaşamını sürdürməkdədir.

Qarabağ Azərbaycan folkloruna Abdal Qasım, Kalvalı, Baqi, Aşıq Abbas kimi onlarla yeni lətifə qəhrəmanları bəxş etmişdir ki, bu lətifələrin bir çoxu bölgənin sərhədlərini aşaraq qonşu rayonlara da yayılıb.

"Qarabağ lətifələri" adlı təbliğat xarakterli açıqcalar toplusu azərbaycan, rus və ingilis dillərində çap olunub.

Açıqcalar toplusundan ibarət nəşr Elmi-Metodiki Mərkəz tərəfindən qeyri-maddi mədəni irs və milli adət-ənənələrin qorunması məqsədi ilə dərc olunub.

Toplu üzərində AMEA-nın Folklor İnstitutu tərəfindən filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev, Elmi-Metodiki Mərkəz tərəfindən isə İrina Özçoban çalışıblar.

Qeyd edək ki, yaxın zamanda toplunun təqdimatı F.Köçərli adına Respublika Uşaq Kitabxanasında və Horadiz rayonunda nəzərdə tutulub.


Baxış sayı - 1 825 | Yüklənmə tarixi: 06.12.2017 12:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031