manera.az
manera.az

Elçinin romanları Almaniyada çap olunub

📅 14.11.2018 19:16

Elçinin romanları Almaniyada çap olunub
Bu günlərdə Berlinin "Pem Verlaq” nəşriyyatı bir-birinin ardınca Azərbaycanın Xalq yazıçısı Elçinin "Ağ dəvə” və "Ölüm hökmü” romanlarını nəşr edib.

Qeyd edək ki, "Ağ dəvə” romanı Qərbi Almaniyada ilk dəfə hələ 1989-cu ildə nəşr olunub. "Ölüm hökmü” romanının isə ilk nəşridir. Əsəri alman dilinə Karl Hermann Kiel tərcümə edib. Nəfis şəkildə çap olunmuş kitabın tərtibatçısı rəssam Yohn Viliam Vaterhousedir.

Xatırladaq ki, bu, Elçinin Almaniyada nəşr edilmiş sayca altıncı kitabıdır. Belə ki, 1980-ci illərdə Xalq yazıçısının "Mahmud və Məryəm” romanı nəşr olunmuş, sonradan həmin roman "XX əsrin məşhur romanları” seriyasından yenidən çap edilib.

Bu ilin əvvəllərində isə Xalq yazıçısı Elçinin Almaniyada "Baş” romanı çap olunmuşdu.

Hazırda isə ədibin seçilmiş pyeslərindən ibarət kitabı alman dilində nəşrə hazırlanır.

MANERA.AZ


Baxış sayı - 1 071 | Yüklənmə tarixi: 14.11.2018 19:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031