manera.az
manera.az

Yaxşı tanımadığımız rus şərqşünası - Valerian Bezobrazov

📅 14.10.2018 20:53

Yaxşı tanımadığımız rus şərqşünası - Valerian Bezobrazov
Mətbuat tariximizdə V.V.Bezobrazovun adı tez-tez hallanır.

Görkəmli mətbuat tarixçisi Ağarəfi Zeynalov onu tədqiqatçılara və ictimai fikir tariximizi öyrənənlərə Saltıkov-Şedrinin lisey yoldaşı kimi təqdim edir.
Burada yanlışlığa yol verilmşdir.
Məşhur rus yazıçısının lisey yoldaşı sonralar iqtisadçı -akademik kimi məşhurlaşan Bezorazovdur-Vladimir Pavloviç Bezobrazov(1828-1889)

Fəaliyyəti ilə tanıdığımız Bezobrazov isə Sankt-Peterburq Universitetindəşərqşünaslıq ixtisası üzrə təhsil almış
VALERİAN VLADİMİROVİÇ Bezobrazovdur.(1834-1891,dekabr).

O,əslən Saratov quberniyasındandır.Universiteti bitirəndən sonra Mostarda,İstanbulda və Təbrizdə Rusiya dövlətinin konsulu işləmiş,XIX əsrin 1878-ci ildə Təbrizdən Tiflisə ezam olunmuş,Zaqafqaziyanın ictimai-siyasi həyatında fəal iştirak etmişdir.

O ,bir müddət Bakı Bəy Komissiyasının sədri olmuş,senzor vəzifəsində işləmiş,1891-ci illərin əvvəllərində Vladiqafqazda "TERSKİYE VEDOMOSTİ" qəzetində redaktorluq etmişdir.Ömrünü də elə bu vəzifədə başa vurmuşdur.
V.V.Vezobrazov türk dilini bu dilə düşünə biləcək dərəcədə yaxşı bilirdi.

O,1885-ci ildəTiflisdə "Baramaçılıq barəsində" adlı bir kitabı Avropa dillərinin birindən Azərbaycan dilinə tərcümə etmişdir.Onun Ziya qəzetinin (1879,yanvar-1884,iyun)1880--ci ilin əvvəllərində çıxan 5 nömrəsi haqqında yazdığı geniş həcmi təqrizi (rəyi) "Kavkaz" qəzetində mətbuat tariximiz haqqında geniş müzakirəyə səbəb olmuşdur.

V.V.Bezobrazovun bu yazısı bir sıra ziddiyyətlərlə doludur.O,"Ziya"nın redaktoru Səid Ünsizadəni( 1825-1905) rus dilini yaxşı bilməmədiyini yazır,bəzi terminlərin qəzetdə düzgün işlətmədiyindən söz açır,başqa sözlə, o vaxxtlar türk dünyasına maarifçilik yolunu göstərən mətbu orqanın təsisçisinə və imtiyaz sahibinə yol göstərməyə cəhd edirdi.

V.V.Bezobrazovun bu yazısı türk və rusdilli ziyalıları ona cavab verməyə məcbur etdi.Onlar Səid Ünsizadənin müdafiəsinə qalxdılar. Bu cəhətdən görkəmli tatar ziyalısı,özünün ilk türkdilli yazılarını "Ziya"da dərc etdirən İsmayıl bəy Qaspralı daha fəal idi.O, Tiflisdə "Ziya" mətbəəsində çap etdirdiyi "TONĞUC" (1881) jurnalındakı proqram xarakterli yazısında Səid əfəndi Ünsizadənin xidmətləri çox yüksək qiymətləndirilmişdir.

V.V.Bezobrazov 1891-ci il dekabrın əvvəllərində qulağının dibindən zühur edən şişdən ölmüşdür.Onun bezdirib Azərbaycandabn didərgin saldığı Səid Əfəndi Qnsizadə isə 1890-cı ildən örünün sonunadək-1905-ci ilin ortalarınadək İstanbulda geniş maarifçilik fəaliyyətini uğurla davam etdirmiş,burada Quranın türk dilində təfsirini yazmışdır.

Nazim Nəsrəddinov,
Azərbaycan Respunlikasının əməkdar müəllimi


Baxış sayı - 1 598 | Yüklənmə tarixi: 14.10.2018 20:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031