manera.az
manera.az

Marina Svetayevanın məktubları - TƏRCÜMƏ | MANERA.AZ

Marina Svetayevanın məktubları - TƏRCÜMƏ | MANERA.AZ

GÜMÜŞ DÖVRÜNÜN QIZIL MƏKTUBLARI
ANNA AXMATOVA və MARİNA SVETAYEVA


MARİNA SVETAYEVANIN MƏKTUBLARI

Moskva. 26 aprel 1921-ci il.
Əzizim, Anna Axmatova!
O qədər deyiləsi sözüm var ki, amma vaxt çox azdır. Həyatımdakı daha bir xoşbəxtliyə - "Bağayarpağı"ya görə çox sağ olun. Mən də, Alya da kitabdan ayrıla bilmirik. Hər iki kitabı sizə göndərirəm. Avtoqraf yazın.
Düşünməyin ki, mənə avtoqraf lazımdır. Nə qədər imzalı kitabları başqalarına paylamışam. Heç nəyə dəyər vermirəm, saxlamıram. Amma sizin kitabınızı qəbrə belə yastığımın altında apararam!
Bir xahişim var: Əgər “Alkanost” (1918-ci ildə Petroqorod şəhərində yaradılmış nəşriyyat) "Qırmızı at"ı (sizə həsr olunub) götürsə və mənə onu korrektə etməyə icazə verilməsə, bunu əvəzimə siz edin. Sizin dəqiqliyinizə inanıram.
Həcmi azdır, sizin çox vaxtınızı almayacaq. Daha bir kitabça hazırlayıram: "Müasirlərimə". Kitabda sizə, Bloka və Volkonskaya həsr olunmuş şeirlər yer alıb. Cəmi 44 şeirdir. Sizə yazılanlar içərisində yeniləri də var.
Ah, sizi çox necə də çox sevirəm, uğurlarınıza görə sevinirəm, həm də halınıza acıyıram. Əgər jurnallar olsaydı, sizin əsərləriniz barədə gözəl məqalələr yazardım. Jurnallar, məqalələr - gülürəm! Dəhşətdi!
Siz mənim ən çox sevdiyim şairsiz! Mən lap çoxdan, hardasa 6 il əvvəl sizi yuxuda görmüşəm. Sizin gələcək kitablarınızı: tünd yaşıl rəngli, dəri cildli, gümüşü - "Qızıl sözlər", hansısa qədim bir sehrə, duaya bənzəyirdi və oyananda mən bilirdim ki, siz onu yazacaqsınız.
Elə çox heyfslənirəm ki, bunlar sadəcə sözlərdir - sevgidir. Mən bbütün hisslərimi ifadə etməyi bacarmıram. Mən yandırılacağım əsl atəş istəyirəm.
Sizin hər kəlmənizi başa düşürəm: bütün hisslərinizi və onların məğzini. "Sənin yüngül xışıltını" ("Uçurumun sərt kənarında..." şeirindən (1917). – Bu ifadə sevgi haqqında deyilən ən zərif sözlərdir.
Sizə kitab haqqında yenə də yazaram.
Hər üç kitaba görə çox sevinirəm! "Təsbeh", "Ağ dəstə", "Bağayarpağı". Özünlə birgə necə də yüngül yükdür! Bir ovuc kül kimi.
Qoy Blok (əgər əlyazma gətirsə) mənim “Qırmızı at”ımı sizə göstərsin (İkonalardakı kimi qırmızı). Və mütləq mənə o vaxtkından daha çox yazın. Sizin ruhunuzdan, yazılarınızdan doymuram.
Öpürəm. Ən böyük arzum Peterburqa getməkdir. Mənə özünüz haqda yazın.
Sizin hər iki - mənə və Alyaya olan məktubunuzu hər zaman üstümdə gəzdirirəm.
M.S.

______________________________________________________________

31 avqust 1921-ci il.

Əzizim, Anna Andreyevna! Bu neçə günü sizin haqınızda çox pis və təkzibolunmaz şayiələr gəzirdi. (A.Axmatovanın N.Qumilyevin güllələnməsindən sonrakı intiharı barədə söz-söhbətər). Sizə bu barədə yazıram. Bilirəm ki, sizə də xəbər çatacaq. Heç olmasa, sizə səhv xəbər çatdırmasınlar deyə özüm yazıram. Deyim ki, şairlər arasında yeganə dostunuz karton üzərində ölmüş öküz kimi gəzən Mayakovskidir.
Mayakovski çox dərdlidir – o, həqiqətən də belə görünürdü. O, öz tanışlarından sizin haqqınızda teleqramla sorğu göndərdi. Həyatımın ikinci böyük sevincinə görə (birinci iki il xəbərsiz qaldığım Seryoja haqqında xəbərdir) ona borcluyam. Qalanları haqqında (şairlər) sizə heç nə danışmayacağam. Ona görə yox ki, bu xəbər sizin kefinizi pozar, onlar kimdi ki, buna görə ovqatınız təlx ola. Sadəcə qələmimə heyfim gəlir.
Bu günlərdə haqqınızda bir şey öyrənmək üçün “Şairlər kafesi”ndə oldum. Oradakılar necə pis, iyrənc, alçaq və yaramazdırlar. Orda hər cür adam var: zavallılar, kişnəyən atlar, dodağı boyalı yaltalı bələdçilər.
Dünən şeir axşamı idiş Cəmi 2 rəqib vardı. Nadson və Mayakovski. Həm Nadson, həm də Mayakovski imtina edə bilərdilər. Burda qızılgüllər və pianoçu da vardı. Və qu quşunun monoton səsi (şeirlərdən biri belə başlayır). Mənim çox sevdiyim yapon qız haqqında poema da deyilirdi (mövzu Balmontun, ifa Severyaninin).
Dəniz kənarında olmuşdu
Anemonlar bitən yerdə!
Bütün zal xorla:
Şəhərlilərin bəzən
Görüşdüyü həmin yerdə!

(İ.Severyaninin "Dəniz kənarında olmuşdu.." şeirinin dəyişilmiş cümlələri)

Ancaq ən dözülməzi, pisi odur ki, paslanmış fikriləri ilə heç bir məna kəsb etməyən də deyişmə barədə hamı eyni fikirdədir. Bütün fərq ondadır ki, onlar Severyaninin əsərlərinin dəbdə olmadığını anlayıb, onu Şerşeneviçlə əvəz ediblər. (V.Q.Şerşeneviç - şair-satirik).
Estradada Bobrov, Aksenov, Arqo (Arqo - A.M.Qoldenberq - şair-satirik və tərcüməçi), Qruzinov (Qruzinov - şair - satirik). Onlar gic-gic şeirlər dedilər...
Mən Askenovun qeyd dəftərinə yazdım ki: "Cənab Aksenov, Allah xətrinə, Axmatova haqqında həqiqəti mənə bildirin" (onun Mayakovskini gördüyü barədə şayiələr gəzirdi). Düşünürdüm ki, şeir yarışmasının axırına qədər qala bilməyəcəm. Aksenov başını yellətdi.. Deməli sağsan!
Əziz Anna Andreyevna, mənim dünənki axşamımın, Alekseyevin baş yelləməsinin nə olduğunu anlamaq üçün, siz gərək mənim ötən üç günümün necə keçdiyini biləsiniz. Qorxulu yuxu - mən ayılmaq istəyirəm, amma bacarmıram. Orda hamıya yaxınlaşıb sizi soruşurdum. Bir az da keçsə mən artıq fəryad qoparıb qışqıracaqdım ki, "Cənablar, elə edin ki, Axmatova sağ qalsın!"... Məni Alya sakitləşdirdi: "Marina! Axı onun oğlu var!" Dünənki axşam mən Babrovdan Axmatovanı görmək üçün ezamiyyət istədim. Ətrafdakılar gülməyə başladılar. Onlara dedimki, on gecə sizə şeir deyəcəyəm. Mən şeir deyəndə zal həmişə dolu olur!
Bu üç günü (sizsiz) Peterburq mənimçün yox idi... Eh.. Peterburq... Dünənki gecə möcüzə idi - sanki, "şəfəq arasında bulud göründü" (A.Axmatovanın "Dua" şeirindən misra).
Bu günlərdə ilk dəfə sizin haqqınızda məruzə oxuyacam. Məruzə etməyi sevmirəm. Amma bu şərəfə başqasının nail olacağına yol verə bilmərəm. Bütün bunlara görə ancaq şükür edə bilərəm.
Məktubumu Alya atasına yazdığı məktubları bitirən kimi bitirəcəyəm.
Öpürəm, qarşınızda baş əyirəm.
M.S.
_____________________________________________________________

Bellevue, 12 noyabr 1926-ci il.

Əziz Anna Andreyevna,
Sizə gəlişinizlə bağlı böyük sevinclə yazıram. Mənim və bir çoxlarının sərhədsiz arzusu nəticəsində burda hər şey qaydasında olacaq. Bilmək istəyirdim ki, siz tək gələcəksiniz, yoxsa ailənizlə (ana və oğul), necə istəyirsiniz gəlin, ürəkli olun. Sizə burda necə yerləşəcəyiniz barədə təfsilatıyla danışmayacam, amma hamının iştirakını təmin edəcəyəm.
Və bir də: Hər şeyi siz necə istəsəz, elə də edəcəyik. Sizə heç kim, heç nəyə məcbur edə bilməz! Necə ki məni edə bilmədilər!
Təsəvvür etdiyiniz həyati mübarizənin inadından əl çəkin və mənə tez yazın: - Nə vaxt gəlirsiniz? Tək, yoxsa ailənizlə, qərar, yoxsa arzu?
Bilin ki, sizi qatar stansiyasında gözləyəcəyəm.
Sizi çox sevirəm və öpürəm, artıq 10 ildir ki, sizə bu cür münasibətim var. (1916-ci ilin yayı. Aleksandrov qəsəbəsi, müharibəyə hərbi qatar yola düşürdü).
Bilirsinizmi ki, mənim 1 yaş 9 aylıq oğlı oğlum var? Adı Georgidir. Balaca Alya isə demək olar ki, böyüyüb boyu boyuma çatıb. (13 yaşı var).

M.S.
____________________________________________________________
ANNA AXMATOVANIN MƏKTUBLARI

Əziz Marina İvanovna!
Xoş xatirələr və ikonalara görə təşəkkür edirəm. Sizin məktubunuz çox yorğun vaxtımda mənə çatdı, ona görə də fikirlərimi cəmləyib sizə cavab yazmaq çox çətin oldu. Ancaq onu deyə bilərəm ki, bu uzun illər ərzində mən bütün doğmalarımı itirdim, Levsə boşandıqdan sonra atasının ailəsiylə qaldı.
Mənim son şeirlərimdən ibarət kitabım bu günlərdə işıq üzü görəcək. Sizə və gözəl Alyaya göndərəcəyəm. Başqa işlərim haqqında heç bilmirəm nə deyim. Çox pərişanam, yaxşı olmağım üçün də bir səbəb görmürəm.
Özünüz haqqında yazdıqlarınız həm qorxuludur, həm də sevincli.
Sizə bundan sonra da belə ruhi dostluq arzu edirəm. Ümid edək ki, biz nə vaxtsa görüşəcəyik.
Öpürəm Sizi.
Sizin Axmatova.
______________________________________________________________________

Əziz Marina İvanovna,
Çoxdandır ki, mənə əziyyət verən tale məni heç vaxt bugünkü kimi kədərləndirməmişdi. Çünki sizinlə danışmaq istəyirdim.
Mən heç vaxt, heç kimə məktub yazmıram. Amma sizin xoş münasibətiniz mənimçün çox dəyərlidir. Bu münasibətə və ithaf etdiyiniz poemaya görə təşəkkür edirəm. İyulun 1-nə qədər mən Peterburqda olacağam. Yeni şerilərinizi oxumaq arzusundayam. Sizi və Alyanı öpürəm.
Sizin Axmatova.

Marina Svetayevanın məktubları - TƏRCÜMƏ | MANERA.AZRus dilindən tərcümə edən:
XANIM AYDIN

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930