manera.az
manera.az

Sabir Bəşirov vəfat edib

📅 24.09.2018 13:00

Sabir Bəşirov vəfat edib
Tənqidçi-esseist, filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü Sabir Bəşirov vəfat edib.

Sabir Bəşirov çalışdığı Yardımlı rayon Peştəsər kənd orta məktəbində ürək tutmasından 62 yaşında dünyasını dəyişib.

O, ucqar kənddə yaşasa da Azərbaycan ədəbi proseslərinin fəal iştirakçısı olub. Peşəkar tənqidçi kimi tanınıb və ədəbi mühitin istiqamətlənməsində əvəzedilməz rol oynayıb.

Qeyd edək ki, Sabir Bəşirov 15-dən çox kitabın, 100-ə qədər elmi məqalənin, "Anar" (1994), "Əlabbas: Sözün köhnə kişisi" (2005), "Sabir Rüstəmхanlı: Sərhədsiz ruhumuzun yolçusu" (2006), "60-cılar nəsrinin etik problemləri" (2006), "Yaradıcılıq şəхsiyyətlə üst-üstə düşəndə..." (2010), "Nizami Cəfərov: Şəхsiyyət və yaradıcılıq fenomeni" (2010), "Nəriman Əbdülrəhmanlı: işıq adamı" (2010), "Xanəli Kərimli: Bir ömrün nağılı" (2011), "Firuz Mustafa: İdrakla hissin vəhdəti" (2012), "Əjdər Ol: nəsrin imkanları" (2014) "Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti" (2015) kimi monoqrafiyaların müəllifidir.

1989-cu ildə "Metodist müəllim" və "Qabaqcıl maarif xadimi" adlarını qazanmışdır.

Allah rəhmət eləsin!

MANERA.AZ


Baxış sayı - 1 554 | Yüklənmə tarixi: 24.09.2018 13:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930