manera.az
manera.az

Ağasadıq Gəraybəylinin 120 illik yubileyi keçiriləcək

Ağasadıq Gəraybəylinin 120 illik yubileyi keçiriləcək
Görkəmli teatr və kino aktyoru, xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçiriləcək.

MANERA.AZ-ın Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə 200-ə yaxın rolda səhnəyə çıxan sənətkar həm teatr, həm də kino aktyoru kimi unudulmaz obrazlar yaradıb.

Bu il anadan olmasının 120 ili tamam olan xalq artistinin keçiriləcək yubileyində, onun mənalı ömür yolundan, yaratdığı təkrarsız obrazlardan, sənətkarlıq xüsusiyyətlərindən danışılacaq. Bununla yanaşı böyük sənətkarın çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq. Həmçinin sənətkarın həyat və yaradıcılığına həsr olunmuş fotosərgi də təşkil olunacaq.

Yubiley gecəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Cəfər Cabbarlı adına Dövlət Teatr Müzeyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək.

Tədbir 27 Oktyabr saat 16:00-da Cəfər Cabbarlı adına Dövlət Teatr Müzeyində keçiriləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930