manera.az
manera.az

Müsadirə-Hekayə

📅 06.04.2018 14:55

Müsadirə-Hekayə


Kənddə bomba kimi partlayan bu xəbəri ilk dəfə dördyol ayrıjında topal Mehralının ağzından eşitdilər. Hamının "Azadlıq radiosu" adlandırdığı, tay-tuşlarının da onu elə bu adla çağırdığı topal Mehralı şümal çəliyinə söykənib dedi ki, bəs deməzsənmi rəhmətlik Zeynal müəllimin oğlu dəli olub. Onu dünən şəhərdə şalvarsız görüblər. "Ayə, elə şey olmaz". - Bu xəbərin doğruluğuna inanmaq istəməyən molla Rəhim barmaqlarını bir anlıq təsbehin üstündə saxlayıb qeyri-ixtiyari başını yuxarı qaldırdı.
Əli müəllimin dili dinj durmadı:
- Ay molla Rəhim, daha nə qədər dua yazsan da xeyri yoxdu. - Hırıldadı.
- Müəllim ağzını köndələn qoyub yava-yava danışma. Yəqin ki, Allah belə məsləhət bilib. - Molla Rəhim təsbehini yenidən jütləməyə başladı.
Ortaya bir səssizlik çökdü. Bu səssizlikdə molla Rəhimin qara təsbehinin şaqqıltısından savayı heç nə eşidilmədi. On saniyəyə yaxın davam edən bu jansıxıjı səssizlikdə Əli müəllimin səsi bir də eşidildi:
- Mola Rəhim, inan ki, Allahın bu işə qarışajağı yoxdu. İndi onun bütün səlahiyyətlərini yerdəki məmurlar əlindən alıblar. - Güldü.
- Axmaq-axmaq danışma. Elə bu jür danışdığına görə səni məktəbdən qovdular. Sözünə fikir ver, oğul. Heç olmasa uşaqlarına yazığın gəlsin.
- Mənə inanmırsan? - Əli müəllim jiddiləşən kimi oldu. - Vallah, Zeynalın oğlunu elə o məmurlardan kimsə dəli eləyib.
Molla Rəhim tərs-tərs Əli müəllimin üzünə baxıb güjlə eşidiləjək bir tərzdə "Allah sənə ağıl versin" deyərək təsbehini şaqqıldada-şaqqıldada hirslə ayağının altına tüpürdü.
Yenə də ortalığa ölü bir səssizlik çökdü. Amma deyəsən bu dəfə kəndin barmaqla sayılajaq başıpapaqlılarından heç biri bu dördyol ayrıjında hökm sürən səssizliyi pozmağa ürək eləmirdi. Düz üç dəqiqə heç kim dillənmədi. Kişilər düz üç dəqiqə molla Rəhimin qara təsbehinin şaqqıltısına dəqqət kəsildilər. Bu üç dəqiqə ərzində molla Rəhim də daxil olmaqla bütün kişilər rəhmətlik Zeynal müəllimin oğlunun şəhərin küçələrində şalvarsız nejə gəzdiyini gözlərinin önünə gətirərək onun halına ajıdılar. Molla Rəhim bir dua oxuyub salavat çevirdi. Əli müəllim yaşarmış gözünü silib ağlar səslə bildirdi:
- Çox dedim, eşitmədi. Dedim ki, ay bala, heç olmasa mən gözü çıxmış qardaşından bir dərs götür. Kimə deyirsən?
- Yəqin ki, ayağını yorğanına görə uzatmayıb. -Bu sözləri də Bələdiyyə Şəmil dedi.
Sanki Əli müəllimin beyninin qurdu tərpəndi. Ajıqlı səslə:
- Sən mumla, - dedi. - Get, torpağını satmaqla məşğul ol. Bu söhbət sənlik deyil.
Bələdiyyə sədrinə elə bil ki, od vurdular. Tüstüsü təpəsindən çıxdı:
- Sözünə fikir ver. Yoxsa səni kənddən didərgin salaram.
Əli müəllim gülüb heç nə demədi. Az sonra:
- Yəqin Zeynalın oğlunu da düzü-düz, əyrini-əyri yazdığına görə dəli eləyiblər. -Dərindən köksünü ötürüb dedi.: - Ay Allah, bəs sən bu haqsızlığa nejə dözürsən? Niyə göydən qara daş yağdırmırsan?
Molla Rəhim "əstəğfürullah" deyərək qara təsbehini şaqqıldada-şaqqıldada dördyol ayrıjından birbaşa çayxanaya sarı getməyə başladı.
- Zeynal müəllim sağ olsaydı bu xəbərdən ürəyi partlayardı. - Topal Mehralı yazıq bir görkəm alıb alnını qırışdırdı. Sonra da Əli müəllimin qolundan tutub bir kənara çəkdi: - Bilirsənmi o gədə niyə dəli olub? - Javab gözləmədən səsinin tonunu bir az da aşağı endirdi: - Böyük bir poliklinikanı gejə yarıdan keçmiş buldozerin ağzına verib yerlə-yeksan eləyiblər. Rəhmətlik Zeynal müəllimin oğlu da eləməyib tənbəllik… - Topal Mehralı bu yerdə susub gülməkdən özünü güjlə saxladı. Yan-yörəsinə boylanıb ağzını Əli müəllimin qulağına yaxınlaşdırdı. -Nəjisindən analiz götürülmək üçün bir banka Mayılova göndərib. - Mayılov kimdi? - Əli müəllimi maraq bürüdü. - Nejə yəni kimdi? İdarə rəisidi. Əli böyüklərin ətəyindədi. Bizim başçının əmisi oğludu. - Əli müəllim çaş - baş qalmışdı. - Heç nə başa düşmürəm. O idarə rəisinin poliklinikaya nə dəxli var? - Dəxli çoxdu. Hövsələni bas. Məni axıra kimi dinlə. -Topal Mehralı gözlərini Əli müəllimin gözlərinə dikib yenidən pıçıldadı: - Sən demə Mayılov o poliklinikanı pulla alıbmış. Yerində göydələn dikdirəjək. Zakir müəllimin curnalist oğlu da kiminlə kəllə-kəlləyə gəldiyini düşünməyib, nejə deyərlər, uşaqlıq eləyib. Bir yazıb, iki yazıb, daşdan səs çıxıb, Mayılovdan səs çıxmayıb. Axırda da nəjisini Mayılovun idarəsinə analizə göndərib. Elə bu analiz məsələsi də işləri korlayıb. Yazığı birjə saatın içində dəli eləyiblər. - Topal Mehralı susub gözlərini Əli müəllimin gözlərindən çəkdi. Sonra da qorxa-qorxa bildirdi: - Nəbadə Mayılovun adını dilinə gətirəsən. İnan ki, dilini boğazından çıxararlar. Onun dabbaqda gönünə bələdəm. Kinli adamdı. Eynən babasına oxşayıb. Yoluna çıxanı aradan götüzdürür. - Bunu sən hardan bilirsən? - Əli müəllim maraqlandı. - Ə… o, bu rayonda doğulmayıbmı? Bir vaxtlar adı it dəftərində də yoxuydu. İndi var-dövləti başını qatıb. Nə etdiyini özü də bilmir. Özünü dərk eləsə, özünü görə bilsə dəşhətə gələr, bir gün də yaşaya bilməz, intihar edər. - Bir anlıq susub yenidən danışmağa başladı: - Şimpanze şimpanzeliyi ilə güzgüdə özünü tanıyır, o isə hələ də özünü tanıya bilməyib. - Təəssüflənən kimi oldu. Əli müəllimin maraqla ona qulaq asdığını görüb dedi: - Sən hələ javansan. Mən isə onun babası gorbagoru da yaxşı tanıyırdım. Sataşmadığı qız-gəlin yoxuydu. Dava vaxtı lap ağını çıxartmışdı. Sonra jəzasını aldı. Bu Mayılov bir qarnı aj, bir qarnı tox yekələnib. Sonradan pul tapıb. Arvadının hesabına kişi olanlardandı. Özü də çox tamahkar adamdı. Tamahkar adamlar isə çox yaramaz olurlar. Bu yaramaz adam da pulu elə yığır ki, elə bil əbədi yaşayajaq, heç zaman ölməyəjək. İnan ki, onun pulundan savayı heç nəyi yoxdu. Nə qeyrəti var, nə kişiliyi, nə də vijdanı və namusu var… - Əli müəllim başını ehmalja yırğalayıb Mehralıya baxdı və dedi: - Tazının sahibi varsa, dovşanın da Allahı var, ay Mehralı kişi. Sonra da qaşlarını çatıb soruşdu:
- Sən ki, bir yanda işləmirsən. Hökumətdən maaş almırsan. Pensiyanın umuduna qalmısan. Bir həsirsən, bir Məmmədnəsir. Niyə qorxursan?
- İndi qorxulu vaxtdı, müəllim. Yerin də qulağı var. Bir də gördün qamarlayıb basdılar qoduqluğa. Görmürsənmi ijra başçısı nə oyunlardan çıxır? O günü rayonun düz mərkəzində yaşlı bir kişini salıb təpiyinin altına. Nədi-nədi yazıq kişi iki aylıq işıq pulunu ödəməyibmiş. Yaşımın bu vaxtında istəmirəm ki, ağrımayan başıma dəsmal bağlıyam.
- Haqlısan, ay Mehralı kişi. Anjaq biz nə vaxta kimi əlimizi əlimizin üstünə qoyub oturajağıq? Rayonda başçı fironluq eləyir, susuruq, polis rəisi ağını çıxardır, susuruq. Bələdiyyə torpağı dədəsinin qiymətinə satır, susuruq, işə girmək üçün bir ətək pul istəyirlər, susuruq. Pasport almaq istəyirik rüşvət tələb edirlər, dinmirik, sürüjülük vəsiqəsi almaq istəyəndə bir ton kartofun pulunu tələb edirlər, dinmirik… Hansı birini deyəsən?
- Darıxma, ay müəllim. Görünür, yuxarıdakıların bu rayonda nələr baş verdiyindən xəbərləri yoxdur. Vaxt gələr, sənin də pozulmuş hüquqların bərpa olunar. Yenə də öz doğma məktəbində müəllimlik eləyərsən.
- Ay Mehralı kişi, mən beş-on günə çıxıb rusetə gedirəm. Daha oturub gözləməyə səbrim qalmayıb. Uşaqlar quş balaları kimi ağızlarını açıb yemək istəyirlər. Arxa su gələnə kimi qurbağaların gözü bərələ qalır axı. - Əli müəllim ürəyini boşaldıb o da molla Rəhimin arxasınja çayxanaya sarı üz tutdu.
… Çayxanada ağız deyəni qulaq eşitmirdi. "Azadlıq radiosu" adlandırılan topal Mehralıdan savayı kəndin barmaqla sayılajaq kişilərinin hamısı yenə də çayxanaya yığışmışdı. Mehralı çayxanada olmasa da yenə də onun söhbəti gedirdi, daha doğrusu Zeynal müəllimin oğlunun dəli olması xəbəri müzakirə mövzusuna çevrilmişdi. Hər kəs bu xəbəri özünəxas bir şəkildə izah etməyə çalışırdı.
Əli müəllim içəriyə göz gəzdirərək gedib pənjərəyə yaxın bir yerdə əyləşdi. İçəridə çayçı ilə birlikdə on iki nəfər vardı, amma əvvəllər burda oturmağa yer tapılmazdı. Dörd nəfərlik stolun arxasında altı kişi əyləşərək armudu stəkanlarda çay içərək şirin-şirin söhbət edirdilər. İndi kişilərin söhbətində o şirinlikdən əsər-əlamət qalmamışdı, əksinə, dolanışıq dərdi çayxana söhbətlərinin başlıja mövzusuna çevrilmişdi. Kişilər daha Qarabağ barədə də danışmırdılar, heç Amerikadan da, İraqdan da, İzrailin atdığı mərmilərdən çəyirtkə kimi qırılan fələstinlilərdən də söz salmırdılar. İndi onları ən çox narahat edən məsələ unun qiymətinin kəllə-çarxa qalxması, qiymətlərin günü-gündən artıb jeyran belinə minməsi idi. Getdikjə artan bahalıq çayxanada saatlarla müzakirə olunurdu. Həmişə olduğu kimi dünən də bu bahalıqdan şikayətlənməyən Mehralı axırda dözə bilməyib demişdi: "Bir-iki günə ijra başçısının dalından dəyəjəklər". - Kəndin barmaqla sayıla biləjək kişiləri bahalıq söhbətini bir anlıq yığışdırıb "azadlıq radiosu"nun daha nə deyəjəyini gözləməyib bir ağızdan dilləndilər:
- Gələn də gedənin tayı olajaq də… Bununla nə dəyişəjək ki?
Elə bu zaman memar Qasımın gur səsi çayxanada oturanların səsini batırdı:
- Deyirlər benzin yenə qalxajaq - Rəngi bozarmış "ciquli"sini səhərdən - axşama "taksi" kimi işlədən memar Qasım rəngi ağarmış halda dilləndi.
- Ay Qasım, o boyda institut qurtarmısan, - deyə çayçı Səlim söhbətə qarışdı. - Sovet hökuməti dağılana qədər bu rayonun baş memarı olmusan, anjaq hələ də düz-əməlli ağıl yiyəsi döyülsən. Bilmirəm Allah ağıl paylayanda sən harada idin?
- Bu nə deməkdir? - Memar Qasımın sağ yanağı titrədi.
- Yaxşı, yaxşı əsəbləşmə. Hələ sən mənə de görüm adamın birini bazara neçəyə aparırsan? - deyə çayçı Səlim soruşdu.
- Bir manata. - Memar Qasım dərhal javab verdi.
- Amma üç ay bundan əvvəl 60 qəpiyə aparırdın. Eləmi? - Javab gözləmədən əlavə elədi. -Çünki öz şəxsi maşınındır, neçəyə istəyirsən, o qiymətə də aparırsan. Düzdürmü? - Yenə də Memar Qasımın nə deyəjəyini gözləmədən danışmağa başladı: - Benzinin də öz yiyəsi var. Kefi neçəyə istəyir, o qiymətə də satır. Heç kim də "qıqq" eləyə bilməz. "Qıqq" eləyəni də… - Çayçı Səlim susub üzünü yana çevirdi.
Əli müəllim gülümsəyib bir siqaret yandırdı və sağ künjə qoyulmuş stola baxdı. Bu stolun arxasında bir vaxtlar işdən çıxarılandan sonra Zeynal müəllim oturardı. Armudu stəkanda pürrəngi çaydan içə-içə ağlına nə gəldi danışardı: "Bir yerdə ki, ijra başçısı bazarda xiyar satan xalasıoğlunu gətirib rayonun baş memarı eləyir, bir yerdə ki, qoyun otaranı yol polisində işə düzəldirlər… o yerdə yaşamaq çox təhlükəlidir. - Bu sözləri Zeynal demək olar ki, hər gün deyird. Həm də deyirdi ki, mən bu rayonda yaşadığıma və nəfəs almağıma görə xəjalət çəkirəm. Sonra da deyirdi ki, mən elə bil ki, bu ölkənin vətəndaşı deyiləm, çünki bütün hüquqlarımı əlimdən alıblar. - Zeynal müəllim həm də ona əsəbiləşirdi ki, onun yerinə ijra başçısının əmisi oğlunun altı ay vergi idarəsində katibəsi olmuş, Qazaxda texnikumu qiyabi qurtarmış və 19 yaşından 22 yaşına kimi 4 dəfə abort elətdirmiş bir qadını məktəb direktoru qoymuşdular. O, həm də deyirdi ki, bir rayonda ki, qırx ilin müəllimini kiminsə məşuqəsiylə əvəz eləyirlər o rayonda ala qarğa bala çıxartmaz. Mən ölü, siz diri. Tezliklə bu rayonda vijdanı olan bir başıpapaqlı qalmayajaq.
Günlərin bir günü Zeynal müəllim təzəjə giley-güzar eləməyə başlamışdı ki, iki polis çavuşu çayxanaya girib onun qolundan yapışaraq bayıra çıxartdılar. Zeynal müəllim bir də 3 il altı aydan sonra kəndə qayıtdı. Onun sol gözünü polis şöbəsində çıxartmışdılar. Ağzında bir dənə salamat dişi yox idi. Zeynal müəllim ötən il infarktdan keçindi və öz vəsiyyətinə görə Bakıda "Vijdan" qəzetində işləyən oğlu atasının başdaşına bu sözləri yazdırdı: " Nəhayət, mən xoşbəxtəm".
Əli müəllim bir müddət Zeynal müəllimin çayxanada boş qalmış yerinə baxıb istər-istəməz onun bu sözlərini xatırladı: "Mən ölü, siz diri, tezliklə bu kənddə bir başıpapaqlı qalmayajaq". - "Yazıq düz deyirmiş" - Əli müəllim köksünü ötürüb yenidən bir siqaret alışdırdı. Kənddə olub-qalan birjə həkim vardı ki, onu da nəinki kənddən, rayondan didərgin saldılar. Adını da qoydular ki, İjra başçısının dədəsinin goruna söyübmüş. Bunu da İjra başçısına tibb bajılarından kimsə çatdırıbmış. Kəndin olub-qalan həmin o həkimi indi Rusiyanın Surqut şəhərində işləyirdi, böyük bir xəstəxananın baş həkimi idi. Əli müəllim demişkən indi kənd "bir mal doxdurunun umuduna qalmışdı". Əli müəllim bir dəfə də demişdi ki, qoyunlara elə mal doxduru lazımdı. Bu sözünün üstündə onu da məktəbdən didərgin salmışdılar. O, məktəbdən qovulandan sonra xariji pasport almaq üçün sənədlərini hazırlayıb Gənjəyə yollanmışdı. İndi o da bir həftədən sonra işləmək üçün Rusiyaya gedəjəkdi. O da Rusiyaya gedəndən sonra kənddə başıpapaqlılardan biri də azalajaqdı. Bir dəfə söz düşəndə Əli müəllim demişdi ki, bu gedişlə kəndin ölüləri basdırılmaq üçün arvadların çiynində qəbiristanlığa gedəjək.
Çayxananın qapıya yaxın tərəfində həmişə Süleymanla Məmməd oturub domino oynayardılar. İndi Süleyman yoxdu. Keçən il onu Moskvada başıqırxıqlar bıçaqla deşik-deşik elədilər. Məmməd də keçən ay Bakıda öldü. Dörd uşaq atası iyirmi bir mərtəbəli binanın on doqquzunju mərtəbəsindən təpəsi üstə kubik daşlarının üstünə düşüb o dünyalıq oldu.
Əli müəllimin birdən-birə ürəyi sıxıldı. Yerindən durmaq istəyirdi ki, qapı jırıldayıb açıldı. Topal Mehralı idi. Əlinin işarəsiylə onu bayıra çağırıb geri döndü. Əli müəllim bir andaja ayağa durub çölə çıxdı. Topal Mehralının üzündə bir təbəssüm vardı: "İndijə öyrənmişəm. Rəhmətlik Zeynal müəllimin oğlu dəli-zad olmayıb". - Sevinjək bildirdi. - Sən demə Mayılov o nəjis məsələsindən bərk qəzəblənərək birjə saatın içində mhkəmə qurdurub. Ona düz iki il iki ay iş kəsdirib. Bununla da ürəyi soyumayıb hələ onun ev-eşiyini də müsadirə elətdirib. Müsadirə deyəndə yazığın nəyi varıydı ki? Kirayədə qalırdı. O da eləməyib tənbəllik, elə məhkəmə zalındaja şalvarını çıxararaq atıb vəkilin üstünə və deyib ki, mənim bu şalvarımdan savayı müsadirə olunası heç nəyim yoxdu. Bu şalvarı apar ver o idarə rəisinə, soxsun gözünə. - Topal Mehralı bu sözləri deyib Əli müəllimin nə deyəjəyini gözlədi. Əli müəllim isə heç nə demədi. Susdu. Sonra da qeyri-ixtiyari olaraq əlini ürəyinin üstünə qoydu. Topal Mehralı onun qolundan tutub soruşdu: " Ay müəllim, ürəyin ağrıyır?" - Əli müəllim yenə də susdu, başını qaldırıb göyə baxdı. Elə bil ki, onun yerinə bu suala Allah javab verəjəkdi.
Gün batar-batmaz Əli müəllimin ölməsi xəbəri bütün kəndə yayıldı.
Əli müəllimin ölümündən ən çox təəssüflənən topal Mehralı oldu. Saqqalı aşağı süzülən göz yaşlarını silib dedi: - Bu rayonda kişilik üç-dörd nəfərin çiynində daşınırdı ki, onlardan biri də Əli müəllim idi. Heyf ondan.

Vaqif İsaqoğlu
Manera.az


Baxış sayı - 1 386 | Yüklənmə tarixi: 06.04.2018 14:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031