manera.az
manera.az

Molla Cümənin 160 illik yubileyi | MANERA.AZ

📅 10.11.2015 10:41

Molla Cümənin 160 illik yubileyi  | MANERA.AZ


Dekabrın 4-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında aşıq məktəbinin görkəmli nümayəndəsi Molla Cümənin 160 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Teatrdan verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq tədbirdə sənətkarın XX əsr aşıq poeziyasındakı xidmətlərindən, həyat və yaradıcılığından söz açılacaq.

1854-ci ildə Şəkinin Aşağı Ləyisli kəndinə doğulması ehtimal edilən sənətkar klassik ədəbi poeziyada Azərbaycan və İslam dünyası ilə bağlılığı olan çoxsaylı şeirlərin müəllifi kimi tanınır. “İsmi Pünhan” təxəllüslü sənətkar hər şeydən əvvəl məhəbbət aşığıdır. O, özünü ən məşhur, cəfakeş, əzabkeş aşiqlərin cərgəsində görür və Qeys, Fərhad, Yusif, Tahir, Kərəm, Qərib, Vərqa, Qənbər, Şeyx Sənan kimi aşiqlərlə müqayisə edirdi.

Mola Cümə 1920-ci ildə vəfat edib.


Baxış sayı - 1 647 | Yüklənmə tarixi: 10.11.2015 10:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031