manera.az
manera.az

On beş adda uşaq ədəbiyyatı nəşr olunub

📅 19.02.2018 20:33

On beş adda uşaq ədəbiyyatı nəşr olunub
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Bərpanəşr” layihəsi çərçivəsində 15 adda kitab nəşr olunaraq balacaların ixtiyarına verilib.

MANERA.AZ xəbər verir ki, “Bərpanəşr” layihəsi çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının qızıl fondunda 1 nüsxə qalmış kitablar - Həsən Mehdiyev “Ovçu Səməndərin hekayələri”, Xanımana Əlibəyli “Ağ çəmən”, Teymur Elçin “Balaca Aytən”, Cəfər Cabbarlı “Ölkəm”, Mikayıl Müşfiq “Əhməd, Güllü, Sara, Bəbir”, Nigar Rəfibəyli “Bir cüt xurma ağacı”, Abdulla Şaiq “Yaxşı arxa”, M.Ə.Sabir “Təmsillər”, Simax Şeyda “Təyyarə”, İlyas Tapdıq “Bir evim var”, Şarl Perro “Büllür başmaq”, “Beş qardaş” (ingilis nağılı), “Daşdəmirin nağılı”, Səməd Behrəngi “Balaca qara balıq”, Əli Səttar Atakişiyev “Priklyuçeniya İbraqima” yenidən çap olunub.

Kitablar “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.


Baxış sayı - 1 647 | Yüklənmə tarixi: 19.02.2018 20:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031