manera.az
manera.az

Zıp-zıp,hop-hop,tak-tak... | MANERA.AZ

📅 13.07.2015 11:48

Zıp-zıp,hop-hop,tak-tak... | MANERA.AZ


manera.az
Zıp-zıp,hop-hop,tak-tak... Məməlilər sinfinin kəsəyənlər tipindən olan bir dovşanın dilindən.

Heyvanları anlamaq, insanlığı anlamaqdır.


Mən Bəyaz Rex dovşanıyam.Məni bir-iki aylıq olarkən süddən kəsib satışa verdilər.Balaca bir qəfəsin içində çoxlu dovşanla bərabər olsam da çox yalnız idim.Qəfəs də çox dar.Aradan bir neçə gün keçməmiş bir oğlan məni sevgilisi üçün hədiyyə aldı.Sevinməyə başladım ki,canım qurtuldu,acımasızca qulaqlarımdan tutub dartışdıran satıcıdan.Hələ inadkarlıqla “dovşanlar qulağından tutulur”deyib dururdu.Səni qulaqlarından tutub dartsalar necə olar? Nə isə...

Sevinirdim ki,ən azından satıcıdan və bu dar qəfəsdən qurtulmaqdayam.Nə qəribədir insanlar.İnsanlar azad dünyada özlərinə qəfəs,hasar yaratdıqları azmış kimi heyvanları,quşları da qəfəsə,balıqları akvariuma salırlar.Azadlıq...Necə də azad səslənərkən zəncirlənmiş bir kəlmə.Görəsən insanlarda olan ağıldan biz heyvanlarda olsaydı biz də azadlığımızı hasarlara,çərçivələrə salarmıydıq?!Bir düşünün, quşlar səmada özlərinə ölkə qurur,digər quşlarla müharibə edir.Qaranquşlar soyuq düşəndə isti ölkələrə getmək üçün pasportsayağı birşeylər uyduralar.Yaxud Balıqlar ucsuz- bucaqsız okeanı bölüşə bilmirlər.Sərhədlər yaradırlar.Niyə insanlar quşların da azad səmada azad qanad çırpdıqlarını izləyib düşünmürlər.

Yaxşı ki, hansısa valideyn məni vəhşi uşağı üçün satın almamışdı.Şanslıydım bu sarıdan.Hələ bir dovşan qohumum vardı Holland lop cinsinden.Məndən betər gündə idi.Türkiyədə zehindən əngəllilərin məktəbində təcrübə kimi istifadə olunurdu.Satışda o qədər bolluca tüklü oyuncaq varkən bizdən nə istəyirlər.Hələ xəz dərilərin hazırlanmasından danışmayım,dözə bilmərəm.Nə anlamı var görəsən 2000,5000 xərcləyib bizi geyinmənizə.Bizi necə incidərək dərimizin soyulduğunu hiss etməyəcək qədər acımasız insansızca insanlarsınız çünki siz.Mən siz insanlara acıyıram əslində.Bilirsiz biz heyvanlar konkret instinktə malikik.Təhlükə sezdiyimiz an özümüzü qorumağa çalışırıq.Sizlər isə özünüz özünüzü qorxudan yeganə varlıqlarsınız.Nəysə mövzudan kənarlaşdım.

Sahibim bütün gün telefonda sevgilisi ilə danışır,suyumu, yeməyimi belə verməyi unudurdu.Məni bir-iki gün sığallayıb, oynadıb bezmişdi.Altımı batırırdım, heç təmizləmirdi də.

Və bir gün başı telefona qarışdığından ayağının altını görmədi məni qapının arasında qoydu.Arxa ayağım ya sındı ya çıxdı.havada qalmış tək ayaqla sürütdənə-sürütdənə dolanırdım.Dovşanlar səs çıxarmayan heyvanlar olduğu üçün əzab,ağrı çəkdiyim bilinmirdi.Səhəri gün üzülmədən məni küçəyə buraxdı.Ürkək və qorxaq bir heyvan olaraq qısıldım qaldım bir küncdə.Hər yer də asfalt.Ağac,kol da yox ki,gizlənəm özümü qoruyam.İki gün küçədə gecələdim.İt səslərindən bağrım partlayacaqdı.Bir qız məni qucağına almasaydı.Evcil və yaralı olduğum üçün qaça da bilmirdim insanlardan.Hələ çox balaca idim çünki.

Sizə kimdən danışım,yeni sahibimdən.Heyvansever bir qıza bənzədiyini sezdim.Mənə su,kök, bolluca göy-göyərti, meyvə verdi.Deyəsən özü də meyvə tərəvəz sevəndir.Sonra dərhal internetden baytar həkimlər axtarmağa başladı.Məni bel çantasına qoydu.Həmin gün xeyli yol getdik.Aftobusta arada çıxardıb su verirdi.Hamı da bizə baxırdı görməmiş kimi.Baytar həkim mənə iki iynə vurdu.Eşitdiyimə görə biri ağrı duymayım deyə digər iynə isə qurd və bakteriyalara görə.Həkim ayağımı gipsə qoyanda sahibim az qalırdı ağlasın.Onu sevməyə başlamışdım.Evə gələndə zoo mağazadan hər növ dovşan yeməyi almışdı. Qorxduğumu hiss edib gecəni yanında yatırtdı məni.İlk gecə utanırdım sakitcə qalmışdım.Hələ tam tanımırdım yeni sahibimi. Bəlkə məni kəsib yeyəcəkdi.Amma yox ət yemirdi deyəsən.Səhər bir də gördüm ki,sahibim erkəndən durub internetdə heyvan ensiklopediası oxuyur.Dovşanların qidalanması,təmizliyi və mənə baxamaq üçün bilgilər toplayırdı.Həm ən əsası qəfəsdən də qurtulmuşdum.Gündüzləri həyətdə oynayır,tullanır,zıp-zıp zıplayırdım.Gecələr isə sahibimlə birgə yatırdım.Qorxurdu ki,pişik yeyər məni. Həyətə buraxmırdı gecələr.Deyəsən xoşbəxtlik üzümə gülümsəmişdi.Onun heç “budilnikə”də ehtiyacı qalmamışdı.Hər səhər ayağının altını qıdıqlayıb oyadırdım.O da əsəbləşirdi.Məni həyətə buraxıb təzədən yatırdı.Semiçkasını,meyvəsini ağzından alırdım.məni əhilləşdirmişdi.Adımı da Pamuk qoymuşdu. Hər kəs mənə “qeyri adi dovşandır”deyirdi.

Bir dəfə kompyuterinin şunurlarını gəmirib yararsız hala salmışdım.Xeyli xərcə düşmüşdü.Axı nə edim bünyəm bu cür.Mən gəmiriciyəm.Amma mənə heç əsəbləşmədi də.İnanın.

Bir gün sahibim məni alıb isti bir gündə həyətə düşdü.Mən çox qorxmağa başladım.Neçə gündür mənim haqqımda araşdırma aparması məni çox sevməsindən deyilmiş.O da digər sahiblərim kimi insansızca oldu demək ki. İki ildir beynində yazdığı romanın tibbi araşdırmalarını mənim üzərimdə yoxlayacaqdı.Çox qorxurdum.Çünki mən də insanlarda olduğu kimi albinizm daşıyıcısı idim.Gün işiğında çox qala bilmirdim.Çünki melonin piqmenti çatışmazlığından əziyyət çəkirdim.Bilməz sanmışdım amma artıq gec idi.Məni həyətə çıxarıb günəş şüaları düşən tərəfə qoydu.Və məni izləyib bir neçə qeyd apardı.Qorxdum ki, indi məni kəsib doğrayacaq.Xoşbəxtlikdən heç nə etmədi.

Biz bir-birimizə çox alışmışdıq.Artıq sentyabr ayı idi.Dərslər başlamışdı.Sahibim dərstən sonra iştə olurdu.Axşam gəlirdi.Mənsə üzgün qapının ağzında onu gözləməkdə idim.Qapıdan içəri girən kimi başına dolanıb, oppanıb düşürdüm.

Və bir gün...Bir gün sahibim 3 gün evə gəlmədi.Sən demə nənəsini ziyarətə gedibmiş.Mən dözə bilməyib qapının açıq olduğunu görüb çıxdım küçəyə.Qoxlaya-qoxlaya dostumu tapmağa getdim.Sürətli olsam da maşın yolunda özümü itirib təkərlərin altında qaldım.7aylıq birgəlikdən sonra sahibim yoxluğuma gec alışdı.Günlərlə ağladı.Yaşadığı qəsəbənin hər küncünü bucağını axtardı,elan yapışdırdı divarlara.Amma gördüm deyən olmadı.Bir dəfə aftobustan asfaltın üstündə cəsədimi görüb elə aftobustaca hönkürdü.Mənsə onu kənardan izləyirdim.Deyirlər heyvanların ruhu olmur.Onsuz insanların ruhu da olmur deyənlər var.Amma sahibim inanır ki,biz bir gün hardasa qovuşacıyıq.Elə mən də inanıram.

Ey insanlar son sözüm sizə.Şanslıyam ki,sizlərlə danışa bildim.Digər heyvanların da adından səslənirəm.Nə olar ağaclara heyfiniz gəlmir bu qədər anlamsız kitablar çıxarırsınız. Heç olmasa biz canlılardan əl çəkin.Gedin özünüzü hasarlayın. Özünüzə çəpər çəkin. Əl çəkin!

Dəniz Pənah


Baxış sayı - 3 424 | Yüklənmə tarixi: 13.07.2015 11:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031