Yığıb saxlamışam gülüşlərini... - YENİ şeirlər

Manera.az Ruzbeh Məmmədin şeirlərini təqdim edir:
Yığıb saxlamışam gülüşlərini
Yığıb saxlamışam gülüşlərini
Arxanca gəzmişəmm özgələr kimi
Sən heç dəyişməmisən, dəyişməmisən
Birdən yox olursan kölgələr kimi
Yəqin sən də qalır qoşa şəklimiz
Yəqin qocalıbdı şəkil divarda
Yəqin sən də yoxsan, şəkilsən indi
Mən indi səninçün darıxmıramki
Mən indi səninçün pis darıxıram.
Qayıt hər şeyi altüst elə, get
Hələ öpülməmiş əllərini də
Mənim qollarıma qoyub elə get
Nə vaxtsa yığarsan bir axşamçağı
Qəfil pəncərədən soyuq düşəndə
Əllərim şəklinə lap ilişəndə
Sənə doğma hissdi yəqin bilərsən
Dünyada çətindir qadın gedişi...
Əgər tutacaqsa bu pis darıxmaq
Qaytar özünü qadın yerinə
Mənim hisslərimi ovutmaq olar
Bilirəm, çətindi, lap it zülmüdü
Nə olsun amma ki, qayıtmaq olar
Nə qədər arxanca qışqırmamışan
Nə qədər arxanca söyüş söymürəm
Məni öyrətmə pis vərdişlərə...
Hələki, narahat, uşaqdı könlüm
Başa düşürsən bütün uşaqlar
Qadın qoxusuna alışır öncə
Qadın qollarında böyüyür öncə...
Yığıb saxlamışam gülüşlərini
Arxanca gəzmişəm özgələr kimi
Sən heç dəyişməmisən elə o sənsən
Birdən yox olursan kölgələr kimi...
Payız şərqisi
Elə bildik bu yağışlar kəsəcək
Quruyacaq pəncərəmiz yağışdan
Ağacların yarpaqların küləklər
Dağıdacaq budaqların başından
Yellənəcək zivədəki paltarlar
Pəncərini külək vurub qıracaq
Bir pişik də tullanacaq eyvana
Bir it də ki, boynum burum duracaq
Bu səs küyə ayılacaq qonşular
Bir dul qarı keçinəcək əsəbdən
Qışqıracaq bu it-pişik səsləri,
Kilsə zəngi qoymur yataq səhərdən
Hamı bir-bir başın salıb içəri
Pəncərədən seyr edəcək yağışı
Ay çıxacaq buludların evindən
Diksinəcək ulduzların ışığı
Deyəcəklər bu yağışlar kəsəcək
Quruyacaq pəncərəmiz yağışdan...
***
Gəl elə işin kədərli yerindən danışaq
Heç kim bilməsin heç kimə demə
Gecə yarısı qəfil xatırlamaq istəyirəm səni
Gəl işin tərs tərəfindən danışaq
Heç kim duymasın, heç kimi başa salma
Mən sənin üçün darıxmaq, həm unutmaq istəyirəm.
bir də elə belə sevmək istiyirəm səni...
qaranlıq sıxıntıları.
səndən sonra heç bir işə yaramadı qollarım
demirəm ki, mənə qayıt bir də məni xatırla
xatırlasan bir qucaqlıq qollarımı xatırla
and içirəm elə mən də, yaxındakı qonşu da
narahatıq heç bilmirsən, necə olur darıxmaq
uşaq kimi darıxıram hər yerim yetim qalıb
evim də yox deyəm sənə qonağım ol gecəlik
bəzən elə işiq olmur, soyuq olur suyumuz
sizin necə suyunuz var? işiğiniz yanırmı?
bizdə gecə uzun olur, açılmır ki, səhərlər..
demişdim ki, getmə belə öyrətməmiş həyata
demişdim ki, belə getmə öyrətməmiş həyata
bütün ömrü darıxmaqdı vallah səndən sonrası
tarixin rəngsiz fotoları...
hər şey əvvəl-axır şəkillərə dönür.
adamlar şəkillərdə darıxmağı öyrənir.
ölülər üstündəki daşın böyüdülmüş
şəkilləriylə bir-birini tanıyırlar,
bir gün hamı heçə dönür,yəni yox olur
əslində onlar həmişəlik şəkillərə yox olur.
müqəddəs şəkillər,zamanı tarixə çevirir
unutdurur onun nə vaxtsa var olmasını.
gecələr ən çox darıxmağ üçündü
bu zamanın göstərişidi.
ona görə də hamı kimi olmaqda var,
olmamaqda.
hamı kimi ölmək də var,ölməməkdə
yer üzündə adamlar əvvəl unudulmağa başlıyır
sonra şəkillərdə yada düşməyə.
ən çox qoruduğumuz ayaqlardı,
onlarda tez yıxılır qollarımıza.
yer üzündə hər şeyin əvvəli olması nisbidi.
deməli yer üzündə olmamaqda var.
məsələn ana bətnində ölən uşaqlar kimi.
ən çox yaşayıb,ən gec ölənlərdi.
torpaq da insafsiz olur.
yüz ildr ki, insan bədəniylə qidalanır
heç bir cinayət də daşımır.
heç vaxt torpaq bizim anamız olmayıb,
ana öz balaıyla qidalanmır.
mən hələ insan şəkli çəkməyi uşaqlıqda öyrənmişəm.
əvvəl qabırğası görünən insan şəkli çəkib
sonra onu öldürürdüm.
dünyanın ən cinayətkar qatili mənəm,
əgər qanunlar düz işləyirsə.
oxuduğumuz kitablar bizə “qətliyam”sözünü öyrətdi.
biz də sonradan neçə-neçə ümidləri öldürüb qatil olduq.
ancaq bizim adımızı heç vaxt yazmadılar,
çünki ölən ümidlərin
kiməsəsi yoxdu,hamı onun heç kimsəsidi.
sevgi də belədi,
unutmaq istədiyin hər şeyi sevmək kimi idi.
məsələn güclə vətəni sevmək,
ona təriflər demək kimi,
qorxulu nağılları əzbərləmək kimi..
bizə indi ölümü vaxt yada salır,
məsələn tərk edilmək
kimdənsə yıxılmaq,kiminsə bədənində unudulmaq,
ölümə də belə zəyif şeylər lazımdı.
əvvəl-axır adamın özünü ilk özü unudur,
sonradan yada salıb kövrəlmək üçün.
ana da öz balasını qollarında gəzdirir ,
əclaf övlad isə qollarında böyüdüyü
anasını torpağın qoynuna atır.
tarixin sərt üzü hakimiyyətdən yox
savadsızlıqdan başlanıb.
indi də cəzası davam edir.
şəhərlər qadın kimi olub bu neçə erada.
şəhvət hissi şəhərlərdən qadınlara keçib.
indi haminin öz yıxılacağı yeri var.
yəni qadın,
yəni şəhər,
yəni torpaq...
uzun ömrün,ucuz qiyməti olur
qaça-qaça yaşamaqdısa,
yıxıla-yıxıla durmağı öyrənməkdisə
ancaq ölümə gecikməkdisə həyat,
onda yaşamaqda gərəksizdi,ölməkdə
nəfəs almaq kimi uzun-uzadı ağrımaq..
mənasız talehin izləri insanın alnında,
əllərində ucuzlaşar,
yəni insan orqanları ağrıdıqca qocalır
hər şey əvvəl-axır şəkillərə dönür.
adamlar şəkillərdə darıxmağı öyrənir...
MANERA.AZ