manera.az
manera.az

“Eşq-i Nigar” tamaşasının premyerası oldu

📅 15.11.2017 18:41

“Eşq-i Nigar” tamaşasının premyerası oldu
Noyabrın 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanının motivləri əsasında “Eşq-i Nigar” tamaşasının premyerası keçirildi.

MANERA.AZ xəbər verirki, premyeradan əvvəl teatrın direktoru , Əməkdar incəsənət xadimi Mübariz Həmidov və Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım səhnəyə çıxaraq tamaşaçıları salamladılar.

İbrahim Yıldırım birgə layihənin iki ölkə arasında mədəni körpülərin inkişafına daha bir töhfə olduğunu bildirdi. Ortaq türk mədəniyyətlərinin türkdilli ölkələrdə təbliği və qarşılıqlı şəkildə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulandı.

Teatrın direktoru ilk birgə layihənin həyata keçirilməsindən məmnunluğunu ifadə etdi və bundan sonra da birgə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu vurğuladı.

Bakı Yunis Əmrə İnstitutu ilə Dövlət Gənc Tamaşaçılar Teatrının birgə dəstəyi əsasında reallaşan səhnə əsərində teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış edirdi.

Qeyd edək ki, tamaşanın səhnə redaksiyasının müəllifi Amalya Ömərova, quruluşçu rejissoru Ayla Həşimova, plastik həlli Ceyhun Dadaşovdur.

“Eşq-i Nigar” tamaşası türkdilli xalqların məşhur Koroğlu qəhrəmanına Nigarın nəzərindən baxışlarını əks etdirir. Beynəlxalq layihə əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ayla Həşimova dastanın lirik məqamlarından çox, onun bir qəhrəmanlıq dastanı olduğunu nəzərə alaraq, mərdlik, cəsarət, vətənpərvərlik motivlərini ön plana çəkmişdir.

Tamaşa yeniyetmə və gənclərə milli mənafeni qorumaq, mübarizlik, qəhrəmanlıq və sədaqət kimi duyğuları təlqin edir. Azərbaycan və türk xalqlarının nəcibliyini özündə əks etdirən tamaşa musiqisi, plastik həlli, klassik geyimləri, maraqlı rəqsləri ilə diqqəti cəlb edir.

Azerbaycan'da Aşk-ı Nigar Tiyatrosu






Baxış sayı - 1 011 | Yüklənmə tarixi: 15.11.2017 18:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031