manera.az
manera.az

Fərdi evlərə alternativ enerji veriləcək

📅 27.08.2017 16:31

Çin hökuməti Azərbaycana alternativ enerji üçün 3 mln. dollar civarında qrant ayırıb




Direktor müavini: Həmin vəsaitə 300-ə qədər xüsusi avadanlıq alınacaq


Çin hökuməti Azərbaycana 3 mln. ABŞ dolları civarında qrant ayırıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə görə, həmin vəsaitə 300-ə qədər xüsusi avadanlıq alınacaq: "Əldə edilən razılığa əsasən, Çin hökuməti texniki yardım çərçivəsində fərdi evlərdə alternativ enerji stansiyalarının quraşdırılması üçün avadanlıqlar verəcək. Ümid edirik ki, gələn ilin əvvəlində həmin avadanlıqları əldə edəcəyik".

C.Məlikov bildirib ki, avadanlılqlar "bir ev, bir stansiya" layihəsi çərçivəsində istifadə ediləcək.


Baxış sayı - 862 | Yüklənmə tarixi: 27.08.2017 16:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031