manera.az
manera.az

Gerçək əlifba sorunu- Xanəmir Telmanoğlu yazır...

Gerçək əlifba sorunu- Xanəmir Telmanoğlu yazır...


Xanəmir Telmanoğlu yazır.

Ey dili qafil fil faili məchul fani f...

Ermənilər də ətrafa yəhudilər kimi eyni tarixi ovqatın məhsuldarlığını səpiblər. Ermənilər də, yəhudilər də ibadətgahlarını xalqın gələcəyi, yaşamı, realliğı, başqa toplumların inkişafı fonunda, digər etnosların mədəniyyət imkanlarının sürprizləriylə kifayət qədər bəsləniblər. Onlar öz müqəddəs kitabları haqqında yaradılışdan verilərək ruhani şüura deyil, dünyəvi şüurua yönəldilməsi istiqamətində düşüncələrini formalaşdıra bildilər. Ruhani sistemlərini də yazılar vasitəsi ilə qoruyub, mühafizə etdilər. Yeri gələndə də başqalarıyla üz-üzə adını hallandırdığım – din, iman, ruhani sistemlərinin yazılı tavrını, yazılı gücünü işə cəlb ediblər. Bizlər tarix boyunca dini içimizə çəkdik. Kimliyimizi əsrlərdir içimzə gömdük.

Mədəniyyətimizi çox ağir akkordlar üzərində bəstələdik. “Ancaq onlar dediyimiz bu tarixin əllərində, təfəkkürlərində əsir-yesir qaldiği etnoslar inanclarını dişlərinə çəkib büründülər, dünya oyunlarını, mədəniyyətlərə sürtünüb qığılcım yaratmaqla, gözdən pərdə asır, tarixin hər hansı bir dönəmdəki ortamını allaq-bullaq etdirdilər.

Ermənilər də yəhudilər kimi kimliklərini uzun müddət gözə soxmadilar. Ermənilər böyük toplumlar içində fağir- fakir obrazlarını təqdim edərək, hizmətkar görkəmlərindən uzun əsrlərə yunanların, türklərin, farsların, fransızların içərisində əridib yerdə qalan eqoizmlərini, kin və kaprizlərininin rüşeymlərini böyütdülər. Zatən yaradılışdan fərd və etnoslarin hər birində bu vasiflar varolub ki, əskik olmayib.

Ancaq deyəlim hindlər, türklər, yaponlar bu yaradılış vasıflarını işə salmamış, yaxud bu yaradılış vasıflarının bəşəriyyətə yönəlik aktivləşmədiyindən, yaxud bu dəyərin üzərində zaman-zaman şəxsiyyət, fərd, öndərlik nəzarəti etnos, millət, mədəniyyət nəzarətinə keçdiyindən zərərli yöntəmlər üzə çıxmamışdır.

Daha dəqiq desək, bu regionda mahiyyət etibari ilə dilə gətirilsə, erməni və türk qarşidurmasında ermənilərin əlifba sistemində atddıqları addım, düzgün var olmaları baxımdan izaholunası, müzakirələrə mal olası, düşüncə yaradası, fikir irəli sürüləsi bir ehtiyacı da yanında gətirir.

Guya latın, ərəb, fars, rus əlifbası olmasa batıb gedərik eləmi? Bu millət necə ki, Orhun-Yenisey əlifbasi, yaxud bir o qədər türk əlifbalarından istifadə etməyəcək, öz içini özünə deyil, digərinin ona qarşı yönəlmiş kin, nifrət gücünə qarşı sərf eləməyə yönəldəcək.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728