manera.az
manera.az

- İnsan kimdir? - Quqquluquuuuuuuuu..... qarışqa.| MANERA.AZ

📅 19.01.2017 11:30

- İnsan kimdir?  - Quqquluquuuuuuuuu.....  qarışqa.| MANERA.AZ


“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara şair Xanəmir Telmanoğlu cavab verir.


-Niyə varsan?

- Quqquluqu... Allahın bu zil qatı qaranlıqda varlığını təsdiqləmək ecazına qapılıram.

-Niyə yox olacaqsan?

- quqquluquu... Allahın bu qaranlıqda mənə göstərdiklərindən bolluca seçib mənimsədiklərimi daşımaq, aparmaq, gəldiyim yerə çatdırmaq həvəsindəyəm.

-Niyə yazırsan?

- quqquluquuu.. ... Allahın məni əbədi həyatım boyunca qoruması istəyindəyəm.

- Yaşamaq nədir?

- quqqquluquuuu.... həmd, şükür, səbr, dua, zikr, namaz və bu saydıqlarımın sayəsində varlığıma sığan kainata hər an nəzarət etmə zehniyyətimdir .

- Ölüm nədir?

- Quqquluquuuuu..... Özümü bir daha Allahın qatında və nəzdində (doğulmağımdan da betər şəkildə) bütün qazandığım tərsliklərimi ayaqlarım altına gömərək təsdiqləməyim olacaq yəqin.

- Ədalət nədir?

- quqquluquuuuuu....Səni Yaradını son nəfəsinə qədər duymaq, bilmək, tanımaq imkanı, yaxud bu təmasdan yarımçıq da olsa, toxdaqlığındır.

- Azadlıq nədir?

- Quqquluquuuuuuu.....Ona qarşı şükranlığımın daşqınlığı, coşqunluğu müqabilində ekstaz qısqanclığımın qənirsizliyində qovrulan qəbahətimi də Qibləyə yönləndirmək heysiyyatımın sərsəriliyidir.

- Yaradıcılıq nədir?

- Quqquluquuuuuuuu... Allahın izinə düşmə instiktinin sözlə manipulyasiyası, yaxud da bu izə düşmə sürəcində yanan ocağın alovunu, odunu,atəşini,közünü,qorunu ,qəlyəsini, külünü tüstüsündə rahatladıb əsir edərək , “yuxarıları çirkləndirdim”- derkən, ətrafı isitmək şəhadətimdir.

- İnsan kimdir?

- Quqquluquuuuuuuuu..... qarışqa.

Tural İsmayılov,
MANERA.AZ


Baxış sayı - 1 497 | Yüklənmə tarixi: 19.01.2017 11:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031