Səmayə Bayramova yazır.Uşaqlıq dövrü, insanın şəxsiyyət kimi formalaşma, sosial dəyərləri dərk etmə dövrüdür. Uşaqlıqdan qoyulan təməlin üzərində şəxsiyyətin yaranması prosesi başlayır. Bu prosesə, sosial,coğrafi,ailəvi faktorlar, həmçinin mühit təsir edir. Elm tərəfindən məlum olan faktorları hər kəs bilməkdədir. Məqalə elmi məqalə olmadığından məsələnin digər tərəfləri barədə arqumentlər gətirmək lazımdır. Bu arqumentlərdən ən böyüyü, uşağın hansı xalqdan olması, hansı xalqın içərisində göz açmasıdır. Dünyadakı bütün xalqların, dünyanı özünəməxsus dərketmə qabiliyyəti və dünyaya qatqısı var.
Bu, çox vaxt xalqların tarixində, ən zəngin dil qatından süzülərək günümüzə gəlib çatan sözlərində, ədəbiyyatında hər zaman özünü aşkar göstərir. Xalq hər zaman bəşəriyyətə xidmət etdiyi üçün, dilindən süzülərək əsirləri yara-ya gələn sözlər bəşəri mahiyyət daşıyır. Buna öz dəyərini və mənasını heç vaxt itirməyən, hər zaman bütün xalqların qoruyaraq nəsillərə ehtiyyatla ötürdüyü atalar sözləri misal ola bilər. Atalar sözləri, bitmiş fikir, ümumiləşdirmə və nəticədir.
Qədim folklor nümunələrindən biri olan Azərbaycan atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Yüksək ustalıqla deyilmiş bu sözlər sərrastlığı, aydınlığı, əhatəliliyi ilə seçilən böyük bir hikmət xəzinəsidir. Bu xəzinənin böyüklüyü ondadır ki, bu gün də öz əhəmiyyətini itirməmişdir. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. İnsan nə cür yaşamalı, ömür sürməli, çətin situasiyalarda özünü necə aparmalı, dostluqda, yoldaşlıqda, qohumluqda, qonşuluqda, sevgidə necə olmalı, ümumiyyətlə, əsl insan hansı parametrlərə uyğun olmalıdır suallarına cavab verən atalar sözləri həyat, davranış stereotipləri haqqında informasiya ilə dolu birr əxlaq kodeksidir. Bu sözlərdən böyüklərin praktik həyatlarında istifadə etməsi hamıya məlumdur. Çünki atalar sözləri, insanlar üçün müdrikliyə gedən yoldur. Bu sözlərlə müdrikliyə yalnız müəyyən bazası, təcrübəsi və bəlli dərketmə qabiliyyəti olan insan gedə bilər.
Bu prosesə qədər isə insan uşaqlıq və yetişmə dövründən keçməlidir, hansı ki, burada da atalar sözləri insanın köməyinə yetən ən tutarlı, tərbiyəvi metoddur. Belə ki, uşaqlar (burada söhbət, normal uşaqdan gedir, İQ səviyyəsi ultra güclüdən yox) məlumdur ki, hələ sözləri öyrənən zamandan o sözlərin yalnız az qisminin mənasını dərk edir. Müəyyən zaman keçdikdən sonra idrak (dərketmə) özünün aydınlanma, təzahür prosesini yaşayır.
Uşağa hansı sözləri desəniz, müəyyən müddət sonra həmin sözlər beyinlərində həzm olunaraq uşağı həmin sözün mahiyyətini daşıyan varlığa, şəxsiyyətə çevirəcəkdir. Tərbiyəvi, əxlaqi (bura, vicdan, əməksevərlik, düzgünlük, çeviklik v.s daxildir) sözlərin uşaqlara tez tez aşılanması əlbəttə yaxşı bir təməlin qoyulmasından xəbər verir. Atalar sözləri mütləq öz təsirini göstərir. Hələ bu sözlərin böyüklər tərəfindən mənalarının açılması, doğru təbliği uşağın özünü inkişafını pik nöqtəsinə qədər daşımasına səbəb ola bilər. Yəni, uşağı doğru yönləndirərək onun həm öz üzərində çalışmasına, həm də valdeynlərin əziyyət çəkməməsinə nail olmaq olar.
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.