manera.az
manera.az

Onlar bağışlanmaq istəyirlər- Tatyana Baymunduzovanın şeirləri/ MANERA.AZ

Onlar bağışlanmaq istəyirlər- Tatyana Baymunduzovanın şeirləri/ MANERA.AZ


Manera.az Oktay Hacımusalının tərcüməsində Tatyana Baymunduzovanın şeirlərini təqdim edir.

Heç kim bilmir bu gün başına nə gələcək, nə baş verəcək, xala,
O, beynində icazə alır, yuxusuzluqdan qızaran gözlərini yumub oturur işdə,
Düşünür, düşünür, üzülür, üzülür, bir tərəfi hələ də ilişib qalıb keçmişdə.
Özündən zəhləsi gedir. (Acıyır özünə). Xəbəri yoxdur yaşayacaqlarından,
Kədər içində gülümsəməkdir onun işi, səhər – axşam dalaraq xəyala,
(Heç nə düşünmür artıq). Əli üzülüb hər şeydən.
Amma bu gün səhər, baxmayaraq ki, gecəyarısı oyanmışdı yuxudan,
Baxmayaraq ki, günəşin doğuşuna tamaşa etməmişdi, amma bir tünd qəhvə ilə
Səhəri qarşılayıb, insanlarla görüşə tələsdi; ah, dostum mənim,
Kədərli və şad günlərimdəki həmdəmim!
Biz kədərli və şad günlərdə belə planla çalışırıq
Gətirmədən çəkdiklərimizi dilə.
Tanrı bizi onsuz da sınayır,
Çıxarır qarşımıza
Həyatın cürbəcür amansız sınaqlarını.
Kimlər ki, vecinə almır ətrafının qınaqlarını,
Həyatdan zövq alır, bayıra çıxır, bəzən bir küncə çəkilib yun şal toxuyur,
Bəzən heç nə fikir vermədən gülüb danışır özü ilə, hətta mahnı oxuyur.
Sonra bütün ağırlığı ilə gecə çökür həyata (Amma əvvəl dəhlizdəki paltarasana qonaq gəlir lap birinci). Cümlənin başı qız, oğlan nöqtə qoyur həyata.
Sonra əşyaları yığışdır. (Saaatlı bir bombanın üstündə oturmusan. Tərpənmə).
O, təkcə bircə xatirələrini götürür, qalan hər şey qalır yerində.
Onlar bağışlanmaq istəyirlər. Onlar bağışlayırlar. O isə üsyan edir dərində.
Onlar bağışlanmaq istəyirlər. Belə yalvara bilər ancaq uşaqlar.
Cəmi otuz yaşı var halbuki, cəmi otuz…
Uzaqlar qollarını açıb gözləyir. Ah, Tanrım, qollarını açıb uzaqlar…
***
Bu uşaq şeiri sevmir və anlamır eyni zamanda
Bircə sözü var: “cəhənnəmə ki!”
Mən də elə buna görə onu sevirəm və demək olar nifrət edirəm şeirə.
Onunla danışmağa söz tapmıram. Ancaq bu elə də vacib deyil
Başımda dairələr,
şəcərə ağacı kimi qarışıqdır beynim.
Amma bu da mühüm deyil,
Mən onun hərəkətlərini rahatlıqla izləyirəm.
O, mənimlə oynayır, sözlüklərdə olmayan sözlərlə
Yəni, məndən asılı deyil. Sözlər, zibilliklər, müharibələr
Bu oyunda heç kim heç kimə “cəhənnəmə ki” – demir
Mən şəcərəyə - filana inanmıram.
Hər şey eyniləşir axırda, bu qədər sıxıcı olmayın,
Amma yox, siz məndən daha ağıllısınız axı,
Birdən inciyərsiniz sözümdən.
Mən artıq şeir yazmayacağam, bu belə bilinə,
sən bir – iki yaxşı film məsləhət gör baxmağa.
Ağaclardan payızın ətri duyulur,
beynim uğuldayır kükrəyən dağ seli kimi,
Ona görə sözlərimə çox da fikir verməyin.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031