manera.az
manera.az

Sən mənəm! - Günay Əmirova yazır... | MANERA.AZ

Sən mənəm! - Günay Əmirova yazır... | MANERA.AZ
Günay Əmirova

Yaxından uzağa salamlar olsun Şəhzadəm...
Gözəl bir payız günlərindən birindəyəm. Özüm-özümlə tək qalanda səni düşünməyə başlayıram. Axı sən mənəm. Elə bil qağayıların qanad çalmağının səsi ürərimdə çırpınır. Hardansa fövqəltəbii iradə sənin gələcəyinə məni inandırır, ruhlandırır. Ey məhəbbət mücəssiməsi mən səninlə qarşılaşdığım ilk saniyədən anlayacağam ki, bu sənsən. Ürəyimin döyüntüləri bunu mənə dərhal anladacaq. Qan damarlarımda tez-tez axmağa başlayacaq.


Gözlərimdə günəş çıxacaq, ətrafı işıldacaq. Məhəbbət əlçatmaz dağların zirvələrində yurd salsa da, sənin gəlişinlə reallaşacaq. Deyirlər insanın hər yerdən əli üzüləndə məhəbbət budağından yapışar. Mən artıq ümidimi sənin gəlişinə bağlamışam Şəhzadəm!

İnanırsan, mən tantal əzabı çəkirəm. Həsrət çəkib, tez-tez yuxularımda görə bilmədiyim şəhzadəmin heç bir vaxt gələ bilməməyindən qorxuram, ağır bir əzab duyğusu çəkirəm.
Beynimi gəmirən fikirlərin pəncəsindən qurtulub səni görmək istəyirəm. Bütün qızlar kimi “fərqi yoxdur, qarşıma çıxan hər hansı biri ilə ailə qurum, təki yaxınlarım toyumu görsün” fikri məni dəli edir.

Ailə qurmaq xətrinə ailə qurub, səni daima yuxularımda, fantaziyalarımda, xəyallarımda yaşadacağımdan çox qorxuram. Bəzən düşünürəm ki, mənim fikirlərim üfunətli suda bir damla şehdi.

Xəyal tüstü kimi yox olub gedir. Amma o gördüyüm yuxu qəfildən bir şimşək kimi mənim beynimi işıqlandırmışdı. Amma unutmaq olmaz ki, əgər əlində hər zaman çəkic saxlayırsansa, onda ətrafı mismar kimi görəcəksən. Ona görə fikirlərimi neqativ hisslərlə məşğul etmək istəmirəm. Şəhzadəm, sən mənim baş alıb gedən xəyallarımın dəli covlanısan. Mən boz güvə əvəzinə, rəngdən-rəngə çalan kəpənək olmaq istəyirəm. Və nə vaxtsa, bir gün məhəbbət lirikasının böyük aləminin qapıları üzümüzə taybatay açılacaq!!!

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031