Çox dəhşət yorulmuşam - Vasif Ayanın şeirləri

Vasif Ayan
***
Üfüqdə bir ümid var!
Yenə qəlbimdə,
Əcaib bir hüzün,
Yenə boş qədəhlər,
İki əldədir üzüm,
Qarşımda uzun bir yol,
Qısadır addımlarım,
Bərbad bütün doğmalar,
Mücəvhərdir yadlarım,
Sərnişini olmayan,
Boş vaqon xəyal elə,
Vergül qoymaq istərdim,
Bütün son nöqtələrə,
Relslər addım-addım,
əritdi uzun məsafələri,
Səndən uzaq ellərdə,
Tükətmişdim, xatirələri,
Ümüdlər məhvə gedir,
Adi, rahat şəkildə,
Sevgilər qətl edilir,
Heç tapılmır vəkil də!
Çox dəhşət yorulmuşam,
Bu həyat nə biçim?
Büs-bütün boğulmuşam,
İcazə verin, keçim,
Üfüqdə bir ümid var,
Mən orda doğulacam,
Bütün mənasızlıqlara,
əbədi son qoyacam..!
***
Qadınsızlığım ...
Darıxdığım qadın,
Darıxıldığım qadın,
İkiniz də oyuncaq,
İkiniz də unutqan,
İkiniz də burulğan,
İkiniz də bir qandan,
İkiniz də yalandan!
Naxoş xəstə kimiyəm,
Sağalacam,
Sağalacam,
Sağalacam, zamanla...
***
Yorulmuşlar...
Arzular,
Ölü uşaqlar kimi doğulur,
Bu şəhərin hüzünlü səssizliyində,
Bəzən, zibil yeşikləri ətrafında,
Bəzən də, paxıl qəssabların dükanının önündə,
Dövrə vuran, naümid pişiklər kimiyik,
Yaşamaqdan yorulanda ...
MANERA.AZ