manera.az
manera.az

"Ümid ən sonuncu pislikdir" - Fridrix Nitsşe | MANERA.AZ

"Ümid ən sonuncu pislikdir" - Fridrix Nitsşe | MANERA.AZ

MANERA.AZ Fridrix Nitsşedən deyimləri təqdim edir:
_______________________________________________

Bütün idealistlər, xidmət etdikləri iddiaların hər şeydən əvvəl dünyanın bütün o biri iddialarından üstün olduğunu düşünərlər. Öz iddialarının bir az olsun müvəffəqiyyətli olması üçün, bu iddianın bütün o biri insan cəhdlərinə lazımlı olan eyni murdar qoxulu gübrəyə açıqca ehtiyacı olduğuna inanmaq da istəməzlər.
***
İnsan ruhu etdiyi seçimlərlə müəyyənləşir.
***
Mən- iki insanın daha böyük həqiqəti tapmaq üçün, bir ehtirası paylaşdığı eşq düşünürəm.
***
Tanrı öldü, onu biz öldürdük!
***
Az bilən və az düşünən çox danışar.
***
Bir insana ediləcək ən pis şey onu utandırmaqdır.
***
İnsan o qədər acı çəkər ki, bütün canlılar arasında tək o, gülməyi icad etmək məcburiyyətində qalmışdır.
***
Mənim xəyalımdakı eşq, iki insanın bir-birini sahiblənmə duyğusundan daha çox uzaq bir şeydir.
***
Ağrımaq, zəif insanın bir xüsusiyyətidir və əxlaqsızlıqdır. Əxlaq da köləyə xasdır.Vicdan əxlaqı yerinə dahilik yəni iqtidara aparan əxlaqı qoymaq lazımdır.
***
Harda canlı tapdımsa orda güc iradəsi tapdım, xidmət edənlərin iradəsində belə ağalıq etmək iradəsi gördüm.
***
İnsanlar işığın ətrafında toplanarlar- daha yaxşı görmək üçün yox, daha yaxşı parıldamaq üçün.
***
Özün ala biləcəyin haqqı buraxma sənə versinlər.
***
Siz yüksəlmək istəyincə yuxarı baxarsınız. Mənsə aşağı baxaram.
***
Bir insanın həqiqətən ələ almış olduğu düşüncə azadlığı ilə, onun ehtirasları və hətta arzuları da gizli gizli öz üstünlüklərini göstərəcəklərini sanarlar.
***
Bütün mühakimə edənlərin gözündən bir cəllad baxar.
***
Ən insani davranış - bir insanın utanılacaq bir vəziyyətə düşməsinin qarşısını almaqdır.
***
Şübhə deyil, qətilikdir insanı dəli edən.
***
Yalnız insan cazibə qüvvəsinə ziddir - o, həmişə yuxarı yıxılmaq istəyir
***
Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır.
***
Yüksəlmək üçun ancaq öz gücünüzdən istifadə edin, başqasının sizi yüksəltməyinə icazə verməyin.
***
Bir dəfə gedilmiş bir yola düşənlərin sayı çoxdur, hədəfə çatan az.
***
Dünyada heç bir şey insanı kin saxlama duyğusu qədər köhnəltməz.
***
Kiminə görə təklik, xəstə adamın qaçışıdır; kiminə görə də, xəstə kəslərdən qaçışdır
***
Məni öldürməyən şey məni gücləndirər.
***
Bizlər arzu etdiyimiz şeydən daha çox, arzulamağa aşiqik.
***
Həmişə şagird qalan insan deməli, öz müəlliminə borcunu pis ödəyir.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031