manera.az
manera.az

Sınmaz o könül ki... - ŞEİR

📅 08.09.2016 10:09

Sınmaz o könül ki... - ŞEİR
Vüsalə Vətənxan


İmanı dümdüz...

Haqqın gözü zülmətdə də görmüş, nəzər etmiş,
Münkür olan haqqdan qaçaraq həm həzər etmiş,
Tək əhli-vəhy sahibi olmuş, gəzər etmiş,
Biz də Ona ibadət edək hər gecə-gündüz,
Səccadəsi pak, alnı təmiz, imanı dümdüz.

Ayrılmayaq heç vaxt biz onun təcəllisindən,
Qopmaz ola ruhumuz bizim təsəllisindən,
İbrət ala bilsin qulağımız o səsindən,
Hər kəlməsini Quranımızdan alaq sözsüz,
Səccadəsi pak, alnı təmiz, imanı dümdüz.


Sınmaz o könül ki, onda var haqqın imanı,
Örtməz gözünü feili-şərin fitnə dumanı,
Hər kəs ki tapar könlünə sui-zənni, gümanı,
Yoxdur onun əqli, həmi qəlbi, deyil o düz,
Səccadəsi pak, alnı təmiz, imanı dümdüz.


Baxış sayı - 1 824 | Yüklənmə tarixi: 08.09.2016 10:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930