manera.az
manera.az

Kamal Abdulla: " Eko Azərbaycana gəlməyə razılıq vermişdi" _MANERA

Kamal  Abdulla: " Eko Azərbaycana gəlməyə razılıq vermişdi" _MANERA
MANERA.AZ Kamal Abdullanın "Umberto Ekoya vida" yazısını təqdim edir:

Unudulmaz Umberto Eko ilə Milanda onun evində keçən görüşümüzü bir daha xatırlayıram. Onun və xanımının səmimi qonaqpərvərliyini, həqiqətən, unutmaq mümkün deyil. Dəyərli söhbəti, sevdiyi və sevmədiyi ədəbi məqamlar və hadisələr barədə, nəhayət, mənim «Yarımçıq əlyazma»mla bağlı qiymətli sözləri, tövsiyələri indi də onun yumşaq intonasiyasının müşaiyətilə qulaqlarımda səslənir.

Vergilinin, Servantesin, Coysun əlyazmaları və kitabları, dünya ədəbiyyatının möhtəşəm adlarının müəllifi olduğu yüzlərlə, minlərlə kitabla dolu əsl kitab dünyası… Ekonun məşhur kitabxanası… Sonsuz, bəlkə özünün belə təsəvvür etmədiyi dillərdə tərcümə edilib nəşr olunmuş əsərlərinin toplandığı «Studio»su… Bu kitabxananın bir guşəsi…

Onu bu kitablardan aralı təsəvvür eləmək müşkül işdir.

Umberto Eko xanımı ilə birgə Azərbaycana gəlməyə razılıq vermişdi. Əcəl imkan vermədi.

Ustad artıq əbədiyyətə qovuşdu. Qızılgül ləçəkləri torpağı olsun…

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
1234567
891011121314
15161718192021
22232425262728
293031