manera.az
manera.az

“Ərəb Allahıyla aram yoxdur” – İsmayıl Məmmədovla MÜSAHİBƏ |MANERA.AZ

“Ərəb Allahıyla aram yoxdur” – İsmayıl Məmmədovla MÜSAHİBƏ |MANERA.AZ
Budəfəki müsahibim Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı şeir” nominasiyası üzrə münsiflərin səs çoxluğunu qazanaraq I yerin qalibi elan edilən İsmayEl Məmmədovdur.

İsmayEL bəy, əvvəlcə sizi müsabiqədə I yer tutmağınız münasibətiylə təbrik edir, sizə yeni siz bu sözü “İsmayEl” yazmaqla nə demək istəyirsiz?

-Hər vaxtınız xeyir olsun. Mən də öz növbəmdə sizə və saytınıza həm ədəbi , həm də publisistik uğurlar arzulayıram. Oxucunuz bol, qaldırdığınız məsələlər fundamental olsun.

Adım İsmaeldir. Mobi-diksayağı bu başlanğıcı nəzərə almasaq, Yıl-ın El-ə çevrilməsi, bir qədər sözün qədim kökünə qayıtmasıdır. Hətta mən adın daha dəqiq desək İşmael kimi tələffüz olunmasının tərəfdarıyam. O ki qaldı yıl və elə mənim bildiyim qədərilə hər iki sonluq qədim türk miflərində şeytaniliyi təmsil edir. İnsan Tanrının şeytan halıdır. Şeir də şeytanidir, amma hansı şeytan? İbadət edib, qəlbindəki qüruru qoruyub saxlamağı bacara bilən Şeytanilikdir bu. Siz təsəvvür edin , görün Şeytan Adəmə səcdə etsəydi, onda dünya necə olardı? Yəqin ki,indiyə nə Adəm qalardı, nə də şeytan. Heç Tanrı da qalmazdı. O ki qaldı ərəb Allahına, mənim onunla elə də aram yoxdur.


- “Müharibə xəbərləri və ölüm” düşünmək üçün oxucuya geniş material verir. Əsgər çəkməsi altında qalan Çörəyi görən uşaq belə az qala filosof kimi düşünür və bu da müharibənin dəhşətini başa salır. Amma elə misralar var ki, çoxvariantlı yozumlara meydan açır. Qorxmursunuz ki, oxucu sizin düşündüklərinizdən fərqi şeylər ağlına gətirər?

-Yaxşı şeir odur ki, o şairi əks etdirsin, şairin mühitini, onun ətrafında olan hər şeyi, dövrün siyasi mənzərəsindən tutmuş, ictimai görünüşünə qədər, adamların göz yaşlarından tutmuş, kürəklərindəki tərə qədər hər şeyi özündə duyğu olaraq barındıra bilsin. Mən şeirimin yozumlarından qorxmuram, çünki ordakı duyğular öz formalarını dəyişə bilərlər, amma məzmunca dəyişdirilməsi real görsənmir. Ayaq altında qalan çörək, ayaq altında qalan qarışqa, ayaq altında qalan çinar yarpağı, ayaq altında qalan kitab. Bütün bunların yozumu ikidir, ya qurbanvermə, ya da qurbanvermə. Fədakarlar birincini seçəcək, üsyankarlar ikincini. Mən ikincini seçənlərdənəm. Amma ikincini seçməyimin yolu birincilərin ormanından keçib. O ki, qaldı müharibəyə, müharibə dəhşətlidir, uşaqlar, qadınlar, kişilər, cavanlar , hər kəs üçün dəhşətlidir. Amma bu dəhşəti daha gurlaşdıran şey müharibənin iştirakçılarının maraqlarını əks etdirməməsidir. Əsl dəhşətli olan bir şey var : İnsanın inanmadığı uğrunda ölməsi. Əgər bir müharibə insanların inancları uğrundadırsa bu yalnız cəmiyyətin öz çürümüşü yaralarını kəsib atmasıdır. Onu da qeyd edim ki, ekstremist, beyniyuyulmuş mübarizələrin mənim müharibə anlayışıma heç bir dəxlisi yoxdur. Siyasətçilər, dinçilərin, kapitalistlərin alovlandırdığı müharibələr dünyamızı şikəst qoymaqdan başqa bir işə yaramır və onların hamısına bütövlüklə qarşıyam.

- “Zamanla birlikdə, onu qiymətli edən hər nə varsa, ovurdlarından sürüşüb” ifadəsinin üzdə sadə bir izahı var. Yəni, insan sağ qalmaq üçün doyunca yemək üçün bütün dəyərlərini qurban verib və bu dəyər onun batıq ovudlarından sürüşmüşdür. Razısız?

-Anlaşılmaq ölümdür
Anlaşılmamaq daha dəhşətli ölüm – deyə yazmışdım bir şeirdə. Doyunca yemək yemək özü bir dəyərdir və bu dəyəri materialist yanaşma olsa da təkzibin qəti əleyhinəyəm. Bizim hedonist dünyamız var və biz bu dünyanın çərçivəsindən hələ də çıxa bilməmişik. Bununla belə əgər bu yanaşma sizindisə mənim yanaşmanıza etiraz haqqım da yoxdur.


-Gülüşlərdə üzə çıxıb kədərin cizgiləri”. Doğrudan da ən böyük kədər acı gülüşdə ifadə olunan kədərdir. “Mənim ölkəm” deyə hayqıSəs nə qədər vətənpərvər çağırış olsa da niyə siz onu yalnız orta əsrlərə aid şəkil sərgilərini doıduran səs kimi qələmə alırdınız?

-Bu dünyanı gülüş xilas edəcək. Deyəsən əlahəzrət filosoflardan biri əsərində gülüşə bu cür yanaşır. Amma gülüşün bətni əzabdır. Gülüş əzablardan doğulur. Necə ki, əzabların yuvası da gülüşün məskunlaşdığı çökəklərdir. Tragediya komediya cütlüyü bəşərin ən möhtəşəm ikilisidir. Məsəlçün yaxşı bir əsər haqqında deyirlər ki, Kədərli hadisədir, amma güldürməyi də unutmur. Bəs biz niyə ədəbiyyatda uduzuruq? Bizdə kifayət qədər ağrı şeir dili var, amma orda farslardan demək olar ki, istifadə olunmur. Biz bütün əhvalatlarımız şahından vəzirindən və çobandan ibarətdir. Hər üçü kifayət qədər ciddi adamlardır. Bəs bizim ədəbiyyatımızda cüvəllağı uşaqlar, lağlağaçı əyyaşlar hardadır? Söhbət əyyaş kimi görsənib imam kimi danışan adamlardan getmir. Əyyaş dili yoxdur ədəbiyyatımızda, cırcıramalar yoxdur. Hamımız qarışqa həvəsindəyik. Ozanlarımızın meşşanlardan elə böyük fərqi yoxdur. Həyatı sevdiyini deyib, qalstuk vurub, gül-çiçəyə divan qoşan adamlar var. Mən onlara baxanda təəccüblənirəm. Həyatı sevən nəfəs alış-verişindən başqa anlamı olmayan bu xurafata dözə bilməz. O ki qaldı vətənpərvərliyə. Vətənin nə olduğu bilməyən adamlar uyudurublar bu sözü. Vətəni bir obraz kimi götürsək o çox eqoist bir obrazdır. O hətta Tanrıdan da qəzəbli, hətta tanrıdan da qurbanpərəstdir. Vətən bizi ancaq qurban gözüylə görür və biz aramızdan çıxan bu qurbanlara qəhrəman deməklə özümüzü ovuduruq. Mənim vətənim insanın içində olandır. Hamının anladığı formada Vətənpərvər çağırış mənim şeirlərimə yad ünsürdür. Həmin ünsürün bircə bəzəyi var qan, qan, yenə də qan. İnsan inancsızlıqlar, manipulyasiyalar uğruna tökülmüş bu qanları görəndə dəhşətə gəlir,əzab çəkir.

- Qürubun dərdi ilə doğrudanda yalnız daş dilində yəni sükut dili danışmaq olar. Bəs niyə quş qürub həsrəti ilə qanadlarını cilayır? Həm də ki, niyə "cilalayır"? Axı o qanadlarını dincəltməlu idi! Bəlkə o da təlaşlıdır?

-Quş qanaddır, quş ümiddir, quş azadlıqdır. Müharibənin qonaq gəldiyi yerdə quşların lələkləri yalnız ölüm hökmünü yazmağa yarayır. Ya quş uçub getməli, ya da günəşin altında qovrulan daş kimi , yanıb yox olmalıdır. Hərçən quşun daş qədər dözümü yoxdur. Bəlkə daş quşun sonrakı halıdır, bəlkə də, əvvəlki halı.
Daşlaşmış yumurtalara ümid edək.
Daşlaşmış yumurtalıqlardan yaxamızı qurtarmaq üçün.


- "Əsirlik qorxusundan bir fincan çay istəyən müharibə" artıq varlığımıza hakim kəsilib demək. Bəs o qorxunu niyə gözlərdə, səslərdə yox, əllərdə görürsünüz?

-Əllər mənim üçün doğmadır. Sırf bunun səbəbimi özümə çox sual vermişəm. Bəlkə də , uşaq vaxtı rastlaşdığım bir inthar hadisəsində parçalanmışın parçalanmış əllərindən öpən bir qadın olub buna səbəbkar. Bəlkə də yaşlı başqa bir qadının əsən əllərimdə ölümü ilk dəfə dərk etməyim. Gözlər və səslər zamana tabe deyillər, amma əllər zamanın elçiləridir. Bunu saçlara da aid etmək olar.Amma saçın zamaı quru zamandır, onda bəlağət və peotiklik çox azdır.

-Şəhidlərin bayrağa yox, anasının kədərinə büküıdüyü müharibələrdə cənnət bağının cəhənnəm nidalarıyla dolması əla təsvirdir. Amma bu nidaları üsyan nidaları kimi ifadə edirsiniz. Üsyan nəyə qarşıdır?

Ümumiyyətlə, təsvirlərimin əla, pis və sair olması kimi fikirlər düşünmürəm ki, nə mənə də oxucuya maraqlı olsun. Əvvəlki fikrimə qayıdıram.İnsan istəmədiyi şey uğrunda ölümə göndərilirsə bu artıq faciədir. Həmin faciənin xoru isə anaların nalələridir. Analar simvolikdir, bacılar, sevgilər, övladlar hamısı bu xoru əmələ gətirərək faciənin dördüncü divarını yaradırlar. Dediyim kimi üsyanım: İnsanların xoşbəxtlklərini kreslolara, məqsəd vasitəyə bəraətdir deyən müstəmləkəçilərədir.

Mən bu şeirdə qurbanların tərəfində olmuşam. Qurbanları qəhrəmanlaşdıran saxta göz yaşlara adamlara ikrahımı küncütlü qoğalın tapdalanmağında əks etdirmişəm. Bu arada üsyanın mahiyyətini isə El və yıl sonluqlarının izahatında da vermişəm. Qısamüddətli üsyanımız zalımlara, uzunmüddətlisi isə zamana qarşıdır...

Şəhla Aslan,
MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI