manera.az
manera.az

Muğam festivalının qalibləri məlum olub | MANERA.AZ

📅 28.05.2016 17:13

Muğam festivalının qalibləri məlum olub | MANERA.AZ
Beynəlxalq Muğam Mərkəzində Xan Şuşinski adına 3-cü muğam festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Festival Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünasliq üzrə Elmi-Metodiki Mərkəzi tərəfində iki ildən bir təşkil olunur.

Tədbirin əvvəlində Xan Şuşinskinin həyat və yaradıcılığını əks etdirən videoçarx təqdim edilib.

Sonra Xan Şuşinski Fondunun rəhbəri və görkəmli xanəndənin qızı Bəyimxanım Verdiyeva çıxış edib.

Daha sonra münsifləri Xalq artistləri Zabit Nəbizadə, Gülyaz Məmmədova, Əməkdar Artist Firuz Səxavət olan və iki qrup üzrə keçirilən müsabiqənin qalibləri elan olunub.

Birinci qrup üzrə Qran-pri mükafatını Kanan Bayramlı, birinci dərəcəli diplomu Elnur Musazadə qazanıb. Qələm Qocamanova ikinci dərəcəli diplomla mükafatlandırılıb. Xaqani Şahbazov, Ağamusatafa Şirinov, Asif Yusifov, Rəvanə Vəliyeva və Ayan Şükürlü isə üçüncü dərəcəli diplomla təltif ediliblər.

İkinci qrup üzrə birinci yeri Elmira Hüseynova, ikinci yeri Xəyalə Hüseynova və Nuranə Tanriverdiyeva, üçüncü yeri isə Atlas Mehdiyeva tutublar.

Mükafatlandırma mərasimindən sonra "Aypara" instrumental ansamblının çıxışı olub.


Muğam festivalının qalibləri məlum olub | MANERA.AZ


Baxış sayı - 1 569 | Yüklənmə tarixi: 28.05.2016 17:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031