manera.az
manera.az

"Üz cizgilərimdə ölüm var" - Hekayə | MANERA.AZ

📅 18.05.2016 11:27


"Üz cizgilərimdə ölüm var" - Hekayə | MANERA.AZ
Yuxudan yenə yorğun və halsız bir şəkildə öskürəklərlə oyandım.Bakı hər zaman olduğundan daha solğun idi bu sabah. Uğultulu səslə pəncərəmdən küləklər içəri dolurdu. Otaq soyuq idi, ruhumsa daha soyuq. Ağır addımlarla mətbəxə keçərkən, kalidordakı aynada özümə baxdım. Saç saqqal üzümü tutmuşdu.Çiyinlərim yerə dəyəcəkmiş kimi aşağı sallanırdı. Gözlərim içəri doğru çökmüş və qararmışdı. Saçlarımı arxaya atıb dik durmağa çalışdım. Bir anlıq yaxşı olduğumu düşünmək istədim.

Heç bir problemin olmadığını düşünməyə çalışdım, amma olmadı. Yenə də aynadan o bədbəxt adam gözlərini zilləmiş mənə baxırdı. Həmişəki kimi səhər yeməyi yerinə bir kofe hazırladım və paketdən bir siqaret götürüb pəncərənin kənarında dayandım. Bir az kücəni izlədim, bir az insanları, onların gülüşlərini və səslərini dinlədim. Çox qəribə idi. Son dəfə nə vaxt güldüyümü xatırlamıram. Saata baxdım, 3 saat sora evdən çıxmalı idim. Yuxusuz gözlərimi ovuşduraraq salona keçdim. Masanin üzərində 3 kitab var idi. Tolstoyun “DİRİLİŞ” kitabın gotürüb oxumağa başladım.Sona doğru həyacanla nə baş verəcəyini gözləyirdim. Kitabı bitirdim, kitabdakı son cümlə diqqətimi cəlb etdi. “Sabahdan etibarən geniş, dərin, yüksək duyğularla dönüb yeni bir həyata başlayacaqdı” Bu cümlə məni sevindirdi. Daha doğrusu daim yeni bir həyata başlaya biləcəyim fikri məni sevindirdi. Kitabı masaya qoydum. Başımı qaldıraraq divardakı saata baxdım, saat 10:57 idi. 3 dəqiqə sonra evden çıxmalı idim. Tələsik üzərimi dəyişdim və qapini bağladım pilləkanları sürətlə enməyə başladım. Beynimdə gedən fikirlər müharibəsi ilə addımlarımı sayaraq irəliləyirdim. Biraz sonra metroya çatdım. Qatarın nə vaxt gələcəyini öyrənmək üçün tunelin üzərindəki göstəriciyə baxdim. Qatar bir neçə saniyə öncə getdiyinə gore gözləməli olacaqdım.

Qatara mindikdə vaqonun sonuna doğru yeriyib, küncdə bir oturacaqda oturdum. Kapşonumu başıma keçirdim qulaqcıqkarı taxdım. Bu qədər insanin içində Bethovenin “Moonlight Sonata” əsərini dinləyərək yalnız qalmışdım. Bunun səbəbi insanları çox sevmirdim, hətda onlarla göz-gözə gəlmək bele istemirdim. Bunun üçün yol boyu ayaqqabılarıma baxdım. Metrodan çıxdıqda qaça-qaça xəstəxanaya doğru irəliləyirdim. Gecikdiyim üçün tələsmirdim, mənə nə oluğunu oyrənmək üçün tələsirdim. Xəstəxanaya daxil olub, liftin önünə gedib düyməyə basdim. Liftin gözlədiyim o saniyələr, saatlara o saatlar ise günlərə dönməyə başlayırdı. Həkimin otağı 3 mərtəbədə idi. Liftin qapısi bağlanacaqdı ki , bir elini qapinin arasına salıb məndən üzür istəyərək işəri daxil oldu. İlk başdan içimdə onu söyməyə başladım, hətda onu məni gecikdirdiyi üçün onu yumruqlaya bilərdim. Sonra onun sinmasına diqqet yetirdikdə fikrimi dəyişdim. Çox arıq biri idi. Üzərindəki paltarlar üzərinə heddindən artıq böyük idi. Ya paltarları başqasının idi, yada çox arıqlamışdı. Dərisinin rəngi sap-sarı idi və gözləri içəri doğru çökmüşdü. Başını qaldıraraq mənə baxdı və üzündə zorla bir təbəssüm yaradıb zorla bir salam verdi. Durmadan oskürməyə başladı. İkinci mərtəbədə liftin qapısı açıldı və o endi. Tələsik liftin 3 mərtəbə düyməsini bir neçə dəfə basdım. Əslində “3” mənim uğurlu rəqəmim idi. Anamin dediyinə görə mən gecə saat 3 dünyaya gəlmişdim. İlk dəfə 3-cü sinifdə yazdığım hekayə məktəb qazetində dərc olmuşdu. Hətda universitetə 300 balla daxil olmuşumdum və evim binanın 3-cü mərtəbəsində yerləşirdi. Hekimin otağının qabağında bir neçə adam var idi. Biraz növbə gözlədikdən sora qapını döyərək içəri daxil oldum. Həkim masanın arxasında oturmuşdu ve elindəki vərəqlərdən nəsə oxuyurdu. İlk öncə eynəyini burnunun yuxarı hissəsinə qaldıraraq mənə bir saniyəlik baxdı və yenə vərəqlərə baxmağa davam etdi. Biraz sonra sanki nəsə xatırlayaraq yerindən siçrayaraq ayağa qalxdı. Bəyaqki sərt ifadəsinin yerini saxta bir təbəssüm almışdı. Mənlə salamlaşdıqdan sonra yer göstərərək əyləşməyimi xaiş etdi, özüdə əyləşdi. Dirsəklərini masaya dayayaraq əllərini üzünün önündə birləşdirdi. Nədənsə çəkinirmiş kimi üzünü gizlətməyə çalışırdı, azacıq tərləmişdi. Bir neçə dəqiqə sakitlikdən sonra sözə başladı.

- Necə deyim bilmirəm...

Bunu dedikdən sonra gözümün içinə baxdı və tez baxışlarını qaçırdaraq bir dəfə udqundu.

Mən təlaşlı bir şəkildə soruşdum.

- Nəyi həkim?

Nəsə bəd xəbər verəcəyindən artıq emin idim. Bir dəfədə udqundu və dedi.

- Bilirsən Altan ciyərindəki xəstəlik çox irəliləyib.

- Necə yəni? Əməliyyat lazımdı ?

Həkim daha çox tərləməyə başladı.

- Yox Altan əməliyyat lazım deyil.

- Onda müalicə?

- Yox Altan müalicə də fayda verməyəcək.

Mən artiq çox qorxmuşdum. Xestelik irəliləmişdi, əməliyyat və müalicədə olmayacaqdımsa necə sağalacaqdım ? Həkimin bundan sora nə deyəcəyini gözləyirdim amma çox qorxurdum eşidəcəklərimdən. O, mənə baxırdı, sanki gözlərində bir hüzün var idi. Sanki mənə yazığı gəlirdi. Gözləri ilə məni bir dəfə süzdü və sözə başladı.

- Altan çox az bir ömrün qalıb.

Bunu dedikdən sonra üzünü başqa tərəfə döndərdi. Mən yerimdəcə donub qalmışdım, heçnə düşünə bilmirdim, nə deyəcəyimi bilmirdim, bütün bədənim tir-tir əsirdi, sürətli ürək düyüntülərimi eşidə bilirdim. Sadəcə tək bir şey soruşdu.

- Nə qədər?

Həkim sakit bir tonla dedi

- 3 ay

Qulağıma inanmadım və birdə soruşdum, yenədə 3 ay deyərək cavabladı. Daha heçnə eşitmirdim. Həkim önümdə nəsə danışırdı amma əvvəllkindən daha rahat idi.

Sanki o bəyaqdan mənim öləcəyimi yox, ölüm xəbərimi necə verəcəyini düşünürdü. Mənim ölməyim yox, sadəcə bu ağır xəbəri vermək ona çətin idi. Oda her kes kimi məni önəmsəmirdi. Əminəmki artıq vecinə belə deyildim. Ömrümə 3 ay qalmışdı. Axı 3 mənim uğurlu rəqəmim idi, o mənə belə bədbəxtlik gətirə bilməzdi. 3 ay sora öləcəyimi bilə-bilə indi necə yaşaya bilərdim axı ? Ölüm burnumun dibindəykən necə yaşaya bilərdim ? Fərqində olmadan bu sualları səsli vermişdim özümə. Həkim bu vaxtdı mənə ailəmlə ve yaxınlarımla keçirtməyi məsləhət gördü, ancaq mənim heç kimim yox idi. Hec dostum yox idi. Ailəmi isə 2 il bundan öncə maşın qəzasında itirmişdim. Tək öləcəkdim mən. Tək ölməyə məcbur idim.

Eyni öskürəklərlə yuxudan oyandım yataqdan çıxmaq belə istəmədim. Bakı binaları yerindən çökəcəkmiş kimi küləkli idi. Pəncərənni açıb ölüm havasın doldurdum otağa, bir siqaret yandırıb mətbəxə keçdim. Yenə özümə bir kofe hazırladım pəncərənin önündə dayandım. Tək öləcəyim fikri məni yeyib bitirirdi.Durmadan bunu düşünürdüm və düşündükcədə əsəbdən və çarəsizlikdən nə edəcəyimi bilmirdim. Saat baxdım saat 3 idi. Artıq bu rəqəmə nifrət edirdim. Əlimdəki fincanı saata tərəf tulladım. Saat yerə düşdü və fincanın qırıqları bütün otağa yayıldı. Yerə əyilib qırıları toplamağa başladım. Şüşə parçalarından ən böyüyün əlimə aldım və biləyimə doğru yaxın laşdırdım. Əgər tək öləcəkdimsə indi ölməyimində heç bir fərqi yox idi. Bu əzabbı uzatmağın mənası yoxdu deyə düşündüm. Ya indi ölüm yada 3 ay sonra nə farqi var idi axı ?

Biraz da düşündükdən sonra fikrimdən yayındım. Sanki 3 rəqəminə yenə də güvənirdim. Bir tərəfim hələdə onun uğurlu rəqəmim olduğuna inanırdı sanki. Mətbəxi təmizlədikdən sonra salona keçdim gözüm masanın üzərindəki kitaba sataşdı. Dünən bitiriyim kitaba. Onu əlimə aldım və yenidən vərəqləməyə başladım son sətrini bir daha oxudum. “ Sabahdan etibarən geniş, dərin, yüksək duyğularla dönüb yeni bir həyata başlayacaqdı “ YENİ BİR HƏYAT. Artıq mənim ücün bu cür bir ehtimal yox idi ! Mən ÖLƏCƏKDİM ! Seçim şansım yox idi.

Evdən çıxmağa qərar verdim. Bu gün Bakını gəzəcəm. Son günlərimdə bu şəhəri sevməyə çalışacam. Evdən çıxdım, ayaqlarım yorulana qədər durmadan küçələrdə yeridim, daha çox İçəri Şəhərdə gəzdim. Yerimək yorucuda olsa buranin küçələrini çox sevirdim, həmişə burda bir evim olsun istəmişəm. Birazda gəzdikdən sonra halsız düşüb dincəlməyi qərara aldım. Bir kafe tapıb içəri daxil oldum. Bura kafedən çox kitabxanaya bənzəyirdi. Divardakı rəflər kitablarla dolu idi. Hətda tavandan iplə bir neçə kitabda asılmışdı. Həmişəki kimi küncdə pəncərənin yanında çoxda diqqət çəkməyən bir yer tapıb oturdum. Kofe sifariş verdim, kafedə demək olarki heç kəs yox idi. Asta tonda səslənən Beethoven-nin “ Moonlight Sonata” əsərini saymasaq məkən səssizliyə bürünmüşdü. Bura çox xoşuma gəldi. Biraz keçdikdən sonra ön masada iki qız gəlib əyləşdi. Onlari önəmsəməyərək başımı pənçərəyə tərəf döndərərk küçəni izləməyə davam etdim. Amma onların danışıqlarını eşidirdim. Arxası mənə dönük olan qız bir şeir haqda danışırdı. Dediyinə görə şeiri yazan çox qeribə bir adam idi. O , adamla tanişmaq istədiyinidə dedi. Sonra sohbət esnasında şeirin adını dedi.

“ Üz Cizgilərində Ölüm Var”

Yaşamaq ölmək üçündür ancaq
Budur tək məksəd
Ölməkdir
Onun üçün üz cizgilərimdə ölüm var
Hər şeyini götürüb, hər şeyi geridə qoymaqdır.
Ölüm anlatmaqdir insana deyəri.
Yaşayana deyer verməyi
Onun üçün üz cizgilərimdə ölüm var
Bax üzümə
Ölümü hiss et ruhunu sökərkən
bədənindən
Ölüm budur
Gülərkəndə üz cizgilərində ölüm var
Çünki üz cizgilərimdə ölüm var...


Bu şeir mənim şeirim idi. 2 ay öncə yazmışdım. Amma bu şeirdən heç kəsin xəbəri yox idi, heç kəs oxumamışdı. Bəs bu qız necə oxuya bilmişdi. Yanına gedib soruşmaq istədim amma edə bilmədim. Həmdə hardan tapmışdısa tapmışdı bunu fikirləşəcək vəziyyətdə deyildim. Amma soruşmasaydımda maraqdan öləcəkdim. Ayağa qalxdım və onların masasına doğru yeriməyə başladım. Masanın yanında dayanıb başımı aşağı salaraq ona baxdım. Üzünü ilk dədə idi görürdüm nə deyəcəyimi unutdum. Sadəcə ona baxırdım, danışa bilmirdim dilim tutulmuşdu sanki. Ürəyim çox sürətlə döyünürdü. Uzun saçları, qıyıq gözləri və balaca dodaqları ilə çox gözəl görünürdü. O, an mənə bir şey oldu. Onun gözlərinı baxdıqda öləcəyimi belə unutdum. O, təəcüblə mənə baxırdı, mənsə heyranlıqla ona. Qaşlarını qırışdıraraq dedi:

- Bağışlayın sizə nəsə lazım idi?

Kiçik bir təbəssüm ilə ona baxdım. Əlini üzümə yaxınlaşdırıb sağa-sola salladı:

- Hey burdasan?

Əlimlə qızın önündəki vərəqi işarə etdim və soruşdum.

- Onu hardan tapmısan?

- Metroda oturacağın üzərindəki boş bir dəftərin içində idi. Niyə soruşursan ki?
Sözlər ağzımdan çətinliklə çıxırdı. O, gülümsəmə nə qədər çalışsamda üzümdən getmirdi. Qızın qolundakı saata gözüm sataşdı Saat 3 idi. Buda təsadüf idi görəsən? Bu qedər təsadüf ola bilməx axı. Hələdə anlamırdım 3 mənə uğur, yoxsa ugursuzluq gətirirdi ? Təəcüblə qalxmış qaşlarımı yendirib gülümsəyərək dedim.
- mənlə danışmaq istəyirdin?
- bu nə deməkdi?
Gözlərini birazda qıyıb heç nə anlamamışcaına soruşdu
- sənlə danışmaq?
- aha
Bir azda düşündü və sonar əlindəki şeir yazılı olan vərəqə baxdı.Nə demək istədiyimi axırki anlamışdı.
- Hə bu şeiri sən yazmısan?

- Hə mən yazmışam

- Buna necə əmin ola bilərəm?

Bir neçə saniyəliyinə duruxdum, şeiri tam yadıma salıb başdan sona qədər oxumağa başladım.Beethoven pianoda ifa edir, mən isə üzərinə şeiri oxuyurdum. Onun baxışları artıq dəyişmişdi. Gülümsəyərək dinləyirdi məni. Şeir bitdikdə məni onlarla oturmağa dəvət etdi. Məndə qəbul etdim.onunla uzun-uzun axşama qədər söhbət etdik. Hər şeydən danışdıq. Kitabdan, şeirdən, filmdən ağla gələ biləcək hər şeydən. Öz həyatımızdan danışdıq. Ailəmin öldüyün dediyimdə gözləri doldu. Ağlamamaq üçün zorla dayanmışdı. Əlimi tutdu təsəli vermək üçün.İnasanların mənə təsəli verməyindən nifrət edirdim amma bu səfər elə olmadı. O danışdıqca, ona qulaq asdıqca dahada rahatlaşırdım. Bir anlıq öləcəyimi unutmuşdum. Ölüm haqqında fiirləşmirdim. Fikirləşdiyim sadəcə o idi. Sadəcə o idi. Artıq axşam olmuşdu. evə gətməli olduğunu dedi. Onu evə ötürməyi təklif etdim amma qəbul etmədi. Qapıdan çıxarkən onu izələyirdim. Hər addımını sayırdım.qapıdan çıxdı, bir neçə deqiqə keçdi. Nömrəini almadığımı xatırladım və tələsik cibimdəki pulları masaya tullayıb qaçaraq kafedən çıxdım. Ətrafa baxdım, küçələri dolandım bir az amma onu tapa bilmədim. Küçədə bir daşın üzərində oturdum. Bakının ulduzsuz, qaranlıq göylərinə baxdım. Düşündüm, bu qızın arxasınca niyə qaçdığımı düşündüm. Onu niyə bu qədər önəmsadiyimi düşündüm.Butun bu suallar tək bir cava çıxırdı o qadını sevirdim. Mən həyatımda ilk dəfə idiki sevirdim və 3 ay ömrüm var idi.3 ay ömür. Lənətə gəlmış 3 ay. Ölmədən öncə bunu ona deməli idim. Amma onu sevdiyimi desəm 3 ay ömrümün qaldığını deməyə məcbur idim. Mən öləcəkdım amma yaxşı tərəfdən baxmaq olar,sevərek öləcəkdim. Amma öldükdən sonra, sevginin nə mənası var axı. Hər nə olur olsun ona hər şeyi danışacam.
Səhər ölü öskürəklər içində oyandım. Bu gün bakı günəşli idi pərdələri çəkib pəncərini açdım. Otaq sanki ona ruh verilmişcəsinə canlandı. Mətbəxə keçərkən karidordakı aynada özümə baxdım. Üzümü saç-saqqal örtmüşdü. Çiyinlərim yenə aşağı sallanmışdı. Tək dəyişiklik üzümdəki təbəssüm idi. Bu təbəsüm ya dəliliyin yada sevginin əlaməti idi. Mətbəxə keçdim həmişəki kimi özümə bir kofe hazırladım. Bir siqaret yandırıb pəncərənin kənarında dayandım, insanlara baxdım. Məndən daha uzun yaşayacaq insanlara. Bir siqaretdə yandırıb ayaqlarımı sürüyərək alona keçdim. Tolstoy un kitabı hələdə masanın üzərinda idi. Kitabı əlimə aldım son səyfədəki cümləni bu səfər yükək sələ oxudum. “ Sabahdan etibarən genış, dərin duyğularla yeni bir həyata başlayacaqdı” və birfə təkrardan oxudum daha yüksək səslə. Gülməli idi bu cümlə hər sabah başqa məna verirdi. 3 ayda yeni bir həyata başlaya bilərdim. 3 ay sonra öləcəkdim düzdü amma bu vaxt yeni bir həyat üçün kifayət edirdi.

Evdən çıxıb dünənki kafeyə getdim. Aygünün yenidən ora gələcəyini güman edirdim. Başqa çarəm yox idi. O, gələnə qədər gözləyəcəkdim. Artıq 5 saat idiki burada idim. Aygün hələdə gəlməmişdi. Məndə ümidi üzmüşdüm artıq. Ayağa qalxıb stulun üzərinə asdığım qara uzun paltomu götürüb geyindim. Bu zaman arxamda qapının açıldığını eşitdim və döndükdə Aygünü gördüm. Qapının yanında dayanıb o gözəl gözləri ilə mənə baxırdı. Tesadüfən raslaşmışıq kimi edib yanına yaxınlaşıb salam verdim. Bir-birimizə çox yaxın dayanmışdıq. Gözlərimə baxırdı gülümsəyərək. Qolumdan tutub məni kafedən çıxartdı. Nə etmək istədiyini anlamırdım. Sakit və qaranlıq küçəyə keçib dayandıq. Bu an onu sevdiyimi demək üçün ən yaxşı vaxt idi. Hər deyəcəyim cümləni gün boyu milyonlarca dəfə fikirləşmişdim. Heç birimiz danışmırdıq sadəcə bir birimizə baxırdıq. Onunda mənə nəsə deyəcəyini anlamişdim artıq. İkimizdə eyni anda sözə başladıq.

- Danışmalıyıq

- Danışmalıyıq ...

Gülüşdük. Nə deyəcəyini həyacanla gözləyirdim. Ona görə ilk onun sözə başlamağını islədim.

- Eşidirəm.

- Yox sən danış mən deyəcəm.

- Necə deyim bilmirəm. (üzündən sıxıldığını hiss etdim və istəmsiz bir şəkildə dedim.

- Səndən xoşum gəlir və deyəsən səni sevirəm.

Bunun arxasınca 3 ay onra öləcəyimi deyəcəkdim ama deyə bilmədim. Başını qaldırıb mənə baxdı və şirin bir gülümsəmə ilə dedi.

- Mən də...

Nə dəmək istədiyini başa düşürdüm, amma yenə də soruşdum:

- Mən də nə?

- Mən də səni sevirəm...

Sevincimdən nə edim bilmədim. Aygünü qucaqladım qolarımın arasına alıb dönməyə başladım. Bu sözü heç evməsəmdə həqiqətəndə həyat qəribə idi. Onunla məni bir ölüm şeiri birləşdirmişdi. Belə görsənirdiki ölümdə ayıracaqdı. Həmin axşam saatlarca gəzdik. Bir neçə dəfə həqiqəti deməyə cəht etdim, amma bacarmadım. O, gülən gözlərlə mənə baxarkən, öləcəyimi deyə bilməzdim. O, buna laiq deyil.

Son nəfəsimi verirmiş kimi öskürəklərlə yuxudan oyandım. Kalidordan ayaq səsləri eşidilirdi. Bu Aygün idi. Qaçaraq mənə su gətirdi. Ölümümə çox az qalıb. Öskürəklər dayanmaq bilmir. Öləcəyimi hələdə Aygünə deməmişdim. Məni bir neçə dəfə həkimə aparmaq istəmişdi. Hər gün bir bəhanə uydururdum. Durmadan soyuq su içirdim ki , elə bilsin öskürəklərim bu səbəbdəndir. Mənim üçün çox narahat olurdu. Amma ona həqiqəti deyə bilməzdim. Bu onun üçün çox ağır olardı. Onu özümdən uzaqlaçdırmaq qərarı aldım. Ondan ayrılmaq tək çıxiş yolum idi. 2 ay məndən uzaq qalsa, ölümümə o qədərdə üzülməz. Bəlkədə heç xəbəri belə olmaz. Bunu edəcəkdim başqa heç bir yolu yoxdur. Artıq xəstəlil çox irəliləmişdi. Həddindən artıq çox arıqlamış və gücsüzləşmişdim. Hekimin verdiyi dərmanlarda artıq kar etmirdi. Bədənimdəki ağrılar sakitləşmək bilmirdi. Aygünə bildirməməyə çalışırdım, amma oda mənə nəsə olduğun oda anlamağa başlamışdı sanki.

Aygünlə evdən çıxıq. Gəzib biraz hava alacaqdıq. Bu gün ayrılacaqdım ondan. Bu işi yubatmaq lazım deyil. Artıq bir neçə saat idi ki gəzirdik. Evdən çıxandan heç danışmırdıq. Sanki bakının bütün səs küyünə inad susurduq. Sadəcə ona deyəcək son sözlərimi fikirləşirdim. Bu ölüm səssizliyini pozacaq, ondan ayrılacaq və əbədi susqunluğum üçün gün sayacaqdım. Birazda gəzdikdən sonra daha öncə getmədiyimiz bir küçəyə getdik. Ölüm səssizliyi burdada hökm sürürdü. Saçlarını oxşayıb onu opmək istəyirdim. Amma eyni vaxtdada ona nifrət etmək istəyirdim. Egər ona nifrət edə bilsəydim ayrılmaqda o qədər çox əzab verməzdi. Qolundan tutub onu saxladım və “danışmalıyıq” dedim. Əslində onunda bu sözü deməyin istıyirdim. İlk dəfə ona sevgimi etiraf etdiyimdə olduğu kimi. İstirdimki oda məndən istədiyini desin. Amma o sadəcə mənə baxırdı. Qorxduğun gözlərindən hiss edə bilirdim. Sanki çətində olsa, bütün cəsaretini toplayib cavab verdi.

- Nə haqda danışmalıyıq?

Bunu dedikdə səsi titrədi. Bu susqunluğum onu daha çox qorxudurdu. Artıq sözə başlamalı idim.

- Aygün!

- Hə eşidirəm !

- Mən ayrılmaq istəyirəm !

Sözümü bitirdikdın sora mnə bir sillə vurdu. Ağlayırdı və göz yaşları qəlbimə axırdı, soyuqdan çiyinlərini qısmışdı. Heç üşüməyə qoymazdım onu. Həmişə zorlada olsa paltomu ona verərdim. İndi isə onu bir dəfəlik tək qoyuram. Ən ağırı onu qucaqlamaq istəyərkən, bunu edə bilməmək idi. Getməyini istəyirdim, birazda burda qalsa zarafat edirem deyib boynuna sarılacaqdım. Bu səfər ucadan qışqırdım.

- Biz ayrılmalıyıq mən sevmirəm səni ! Basa düşürsən ? Sevmirəm səni !

Onu bu qədər üzdüyüm üçün özümə nifret edirdim. O qeder nifret edirdimki özümə, öləcəyim günü artıq səbirsizliklə gözləyirdim. Başıni qaldıraraq son dəfə mənə baxdı. Sanki son ümidlə baxırdı. Sanki bu deqiqə onu sevdiyimi desəm, hər şeyi unudub yenidən boynuma sarilacaqmış kimi baxırdı. Əllərimdən çıxıb qaçaraq uzaqlaşdi ordan və daha görə bilmirdim onu. Arxada buraxdığı sadəcə bir cesed var idi, yaşayan bir cəsəd.

Həyat sadəcə ölmək üçündür və mən də ölmək üçün yaşayıram. Hər kəs bunun üçün yaşayir. Məni onlardan ayıran bir tək fərq var. Mən nə vaxt öləcəyimi bilərək yaşayıram. İnsanlar bir gün öləcəklərini bilirlər, amma bilmədikləri bunun nə vaxt olacağıdır. Bunun üçün çox önəmsəmirlər ölümü, bəzən hətda unudurlar ölümü. Mən isə hər an ölümlə burun-buruna yaşayıram. Hər saniyə hər dəqiqə hər saat hər gün keçdikcə önümdə dayanan ölümü daha aydın görürəm ona bir addım daha yaxınlaşıram. Amma məni narahat edən bu deyil Aygündü. Durmadan onu fikirləşirəm. 1aydır hər gün o kafeyə gedirəm. Bəlkə onu görərəm deyə, amma ora heç gəlmir. Deyəsən istədiyim oldu. Məni tam unutdu.

Yuxudan oyandım. Həmişəki öskürəklər boğazımda kəndir olub məni asır. Sinəmdəki ağırlıq heç keçmir, bədənim çox gücsüzdür. Yatağımda uzanmış halda boş-boş tavana baxıram. Yataqdan zorla qalxdım. Salona keçib bir siqaret yandırdım. Tolstoyun kitabını əlimə aldım. O son cümlə artıq mənim üçün mənasını itirmişdi. Onun üçün kitabı heç açmadan, divara çirpdım. Kitab parçalandı, sözlər otağa dağıldı. Bir boşluqdan asılmışdım, boynumda bir belə olmadan. Boğulurdum. Bu qədər böyüklükdə bir dünyada nəfəs ala biləcəyim tək bir yer qalmışdı. Oda Aygünün yani idi. Dünən həkimin yanına getmişdim. Dediyinə görə, bəlkədə ömrümə bir aydanda az qalıb. Artıq tək yaşamamalı olduğumu, öldükdə yanımda birinin olmalı olduğunu bildirdi. Yoxsa insanların öldüyümdən xəbəri belə olmayacaqdı. Evin içində cəsədim aylarca qalıb çürüyə bilərdi. Amma menim heç kimim yox idi və yalnız öləcəkdim.


Qapı döyülməyə basşladı. Yarı yuxulu halda ayağa qalxıb qapıya doğru halsız bir şəkildə yeriməyə başladım. Qapiya yaxinlaşarkən öskürməyə başladım. Qapının arxasında biri hönkürtülü bir şəkildə qışqırırdı. Bu Aygünün səsi idi.

- Altan nə olar aç qapını.

Qapını aça bilməzdim. İstəmirdim məni bu vəziyyətdə görsün. Hönkürtülər içəndə danımağa başladı.

- Altan xais edirəm aç qapını. Hər şeyi öyrənmişəm. Səni xəstəxanaya girərkən görmüşəm dünən. Sora həkiminlə danıdım mənə öləcəyini dedi. Bunun üçün ayrıldın hə Altan? Öldükdə belə məni düşündüyün üçün ayrıldın.

Hər şeyi öyrənmişdi, çünki dünən ayın 3 idi. Anlamırdım bu uğurum idi yoxsa uğursuzluğum?


Ona bir neçə dəfə çıx get burdan dedim, amma heç yerə getmədi. Sonra mecbur qalıb qapını acdım. İlk öncə qapını azacıq araladım. O, gözəl gözləri yaşla dolmuşdu. İçəri girib məni qucaqladı. Mənsə əllərimi yanıma salıb dayanmışdım. Sonra əllərimi yavaşca belində birləşdirdim. Onu özümə sıxdım. Başımı çiyninə dayayıb ağlayırdım. Artıq nefes ala biləcəyim tək yerdə idim.


Ömrümün son günlərinə doğru yaxınlaşırdım. Hər sabah yuxudan oyandıqda, görəsən bu gün öləcəm deyə özümdən soruşurdum. Artıq yaşamaq işgəncəni uzadırdı. Yaşamaq çox çətin idi. Ölmək üçün tələsirdim. Ölümə çatmaq üçün tələsirdim. Bunuda bilirdimki Aygün üçün çox ağır olacaq. Amma bu qaçınılmaz SON idi. Aygün məni tək qoymurdu. Hər zaman yanımda olurdu. Bəzən məndən gizlin bir kənara çəkilib ağlayırdi, bəzən isə məni güldürməyə çalışırdı, bəzən birlikdə ağlayırdıq, bəzən isə birlikdə gülürdük. Həyatımın ən gözəl anlarini yaşayırdim və əlbətdəki bu həyatımın son anları idi.


Yucudan oyandım. Gülümsəyərək yanımda uzanan Aygünün saçlarını öpüb qoxladım. Buna həsrət qalacaqdım. Bu gün son gün idi. Bu gün 3 ay tamam olurdu. Təxminimdən daha çox yaşamışdım. Aygünə görə yaşamışdım. Amma bu gün öləcəyimə əmin idim artıq. Bunu hiss edə bilirdim. Ruhumun bu bədəndəki son gün idi. Bütün bədənim ağrıyırdı. Çox çətin nəfəs alırdım. Şüurum yarı qapalı idi sanki. Saçlarını oxşayarkən Aygün oyandı. Gözlərimin içinə baxdı və ölümü gördü orda. Bu günün son gün olduğunu anlamışdı. Heçnə danişmadıq, bir müddət bir-birimizi izlədik. Sona doğru çatırdıq. Çox az bir vaxt qalıb. Birazdan gözlərim əbədi olaraq yumulacaq. Aygün artıq ağlamağa başlamışdı. Mən ağlamırdim. Bu günə artıq 3 ay idiki hazırlaşırdım. Sadəcə bir neçə cümləm var idi deyəcək. Başqa heçnə. Son sözlərimi deyib öləcəkdim.

- Aygün səni sevirəm. Səni hər şəydən çox sevirəm. Sen meni öləcəyimi bilə-bilə xoşbəxt etdin.
Aygün ağlayırdı. Əlləri əlimdə tir-tir əsirdi. Sözümə davam etdim

- Mən gedirəm və ruhumu sənə bağışlayıram. Sənsə yaşayacaq və mənimdə ruhumu yaşadacaqsan. Xoşbəxt olacaqsan, birdə sevəcəkən. Həyatına davam edəcəksən, ruhumuz bir olacaq hər zaman.

Səni sevirəm!

Bədənim artıq keyimişdi. Heçnə hiss etmirdim. Çox çətinliklə hərəkət edirdim. Üzərimdə çox ağır bir qaya vardı sanki və indi həqiqətən üz cizgilərimdə ölum var idi. Aygünün göz yaşları üzümə düşərkən o şeir ağlımda təkrarlanır və gözləri yavaş-yavaş qararırdı...

Cəfər Kəngərli,
MANERA.AZ


Baxış sayı - 1 850 | Yüklənmə tarixi: 18.05.2016 11:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031