manera.az
manera.az

Araz Hümbətli: "Sülhə yol tapdım"| MANERA.AZ

Araz Hümbətli: "Sülhə yol tapdım"| MANERA.AZ

Azərbaycanlı ifaçı Araz Hümbətli Fransanın TF1 telekanalında yayımlanan "The Voice" ("O səs") müsabiqəsində mübarizəni dayandırıb.

Həmyerlimiz "Duellər" mərhələsində Lena Vudsla qarşılaşıb.

Araz və Lena duet şəklində “4 Non Blondes” qrupunun “What's Up” mahnısını ifa ediblər. Münsiflər heyəti hər iki ifaçını qalib olmağa layiq olduğunu deyib. Lakin ifaçıların müəllimi Zazie Lena Vudsu seçib. Həmyerlimiz cəbhədə son günlər yaşananlar ilə bağlı narahat olduğunu qeyd edib. Araz Hümbətli yarışmadan sonra sosial şəbəkədə “Bu günlər mənim ücün çox ağir idi. Amma musiqi ilə içimdəki sülhə yol tapdım” yazıb.

MANERA.AZ xatırladır ki, Araz Hümbətli fevral ayının 6-da müsabiqəyə qatılıb. O, müsabiqədə Kris Ayzekin repertuarından “Wicked Game” mahnısını ifa edib. 25 yaşlı Araz münsiflər heyətinin hamısının rəğbətini qazana bilib. O, səhnədə çıxışı zamanı tarla ifa edib. Azərbaycanlı ifaçı zalda əyləşən tamaşaçıları da pozitiv zarafatları ilə güldürə bilib.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031