Həyatın ensiz zolağı _HEKAYƏ | MANERA.AZ
![]()
MANERA.AZ dünya şöhrətli yazıçı Boris Evseyevin hekayəsini təqdim edir:
1992-1999-cu illərdə “Литературная газета’Ма icmalçı, 1999-2000-ci illərdə «Книжное обозрение» qəzetində baş redaktorun müavini, 2001-2008-ci illərdə “Хроникёр” nəşriyyatının baş redaktoru kimi çalışıb. 2006- cı ildən Rus PEN mərkəzinin icra komitəsinin üzvü, 2008-ci ilin iyun ayından Rusiya Yazıçılar İttifaqının nəşriyyat proqramlarının baş redaktorudur.
Müxtəlif dövrlərdə Qorki ədəbi mükafatına, Y.Kazakov adma mükafata, Milli Artiya və «Yasnaya Polyana» mükafatlarına, «Новый журнал», «Литературная учёба», «Октябрь» jurnallarının mükafatılarına layiq görülüb. Buker mükafatı fınalçısıdır.
2003-cü ildən 2008-ci ilə kimi B.Yevseyevin əsərləri haqqında ölkəsində və xaricdə 100-dən artıq məqalə və rəy çap olunub.
Əsərləri ingilis, ərəb, alman, macar, polyak, xorvat və s. dillərə tərcümə edilib.
Bu hekayədə adət olunmuş süjetə təsadüf olunmur. Heç bir xilaskarlıq, heç bir yüklənmə yoxdur. Hadisələrin düyünü yoxdur və heç bir açılış da nəzərə çarpmır. Yalnız indi, hal-hazırda çox az təsadüf edilən aramsız ürək çırpıntıları vardır....
Bir insanın başqa bir insana olan, hiss olunacaq dərəcədə qabaran, köhnə, itirilmiş bacarıqlar kimi bir anlıq parlayan, sönən bağlılığı, məhəbbəti var... Bu hiss əvvəllər yaxınına, qardaşına olan sevgi, bağlılıq adlanırdı ki, mən də bu hiss haqqında yazmağı çox istəyirdim və hələ də istəyirəm ...
Buna görə də bu hekayədə yalnız zəif işıq, donuz dərisinin tükü, ağ at qılı, bir neçə tutqun, alışan sədəf lövhəcik, sadəcə iki fəaliyyət göstərən Sima, bir də gündüzlər belə pərdələnmiş pəncərənin arxasında oturan müəllif vardır... Vəssalam.... Bunlardan başqa bir şey yoxdur, olmayacaq da... Gözləməyin də heç bir mənası yoxdur... Və bir də onu qeyd eləyim ki, həmin bu pərdələnmiş pəncərədən mənim gördüyüm hər şey daralmış, çərçivələnmişdir.... Hətta mənim vərəqlərimin üstünə düşən zəif işıq da sanki daralmışdır. Yalnız bircə zolaq vardı ki, bu da ağ zolaq kimi uzanırdı... Lakin onun yanında göz qapaqlarını yuman kimi uzanıb titrəyən dar xəttlə qara zolaq uzanırdı. Bəlkə də bu o xəttdir ki, müəllif onu təptəzə olan və olduqca baha başa gələn Moskva çəpərinə bənzətmək istəyirdi, lakin sonradan bunu əhəmiyyətsiz, cılız romantizm, qadın zəifliyi hesab elədiyindən bu fikrindən daşındı.
Bax elə buna görə də həmin işıq mənimçün bu qədər dar və qaranlıqdır. Mən özüm qaranlıq və yazığam. Çünki nə vaxt ki mən pilə ardıyca pilə, müraciət ardıyca müraciət xatırlayıram, mənim daxilimdə qəribə bir istək baş qaldırır: öz qapı və pəncərələrimi taxta ilə mıxlamaq, evdən bayıra çıxmamaq, küçələrə səpilən və şəfəq saçan işıqlara baxmamaq... Qəribədir, elə deyilmi?... Onsuz da onda - mənim dərrakəmçün anlaşılmaz olan, ağlımın almadığı həmin işıqda nə qalıb ki?.. Yalnız zir-zibil, duman, sis, əxlaqsızlıq... Və çox az şey burada hərəkət edə bilir. Mən isə öz içimi didib parçalayaraq bu «az şey»in nə olduğunu özümçün müəyyən etməyə çalışıram... Cüzi miqdarda ruh yüksəkliyi, çox cüzi dostluq, çox cüzi hərislik, tamahkarlıq və çox cüzi mehribanlıq, xeyirxahlıq...
İndi isə sizə qəribə istək haqqında danışım... Bilmirəm, sizə kimsə deyibmi ki, qəribə, qeyri-adi arzuları, istəkləri və fikirləri yandırıb məhv etmək lazımdır? Hə, bunu da sizə deyiblər ki, ruslar və polyaklar dost deyillər, düşməndirlər? Həmişəlik, əbədi?.. Əlbəttə ki, deyiblər. Və bəlkə bu elə doğrudan da belədir. Bəlkə, ola bilər... Eh... bəlkələr... bəlkələr... Amma Polşa mülkədarı bu haqda heç eşitmək belə istəmirdi. Halbuki daha əvvəllər özünün də düşüncələri bu şəkildə qurulmuşdur. Lakin o, əvvəllər idi. İndi isə - bir il rus mülkədarı ilə yaxın ünsiyyətdən sonra o, artıq tamam başqa cür düşünməyə başlamışdı. Və burada əlbəttə ki, dikbaşlıq elementləri də müəyyən dərəcədə nəzərə çarpırdı. «Rus mülkədarı bütün bildiklərini mənim sayəmdə öyrənib» - bu fikirdə dikbaşlıqla yanaşı heyranlıq, mülayim rəğbət də olmamış deyildi.
Rus mülkədarı bir il bundan öncə nə bacarırdı? Tamamilə heç nə... Bəs indi, hal-hazırda o, nə bacarır? Oooooo, bir çox şeylər... Polşa mülkədarı özündən kifayət qədər razı idi... Rus mülkədarından da heç bir şikayəti yox idi... O, vaxtında öz tanışlarına qulaq asmayıb rus mülkədarını özünə köməkçi götürdüyünə görə özünə «əhsən» deyir, qətiyyən peşmançılıq duymurdu. Və indi artıq hər dəfə özünün Foksal və Kopemik küçələrinin kəsişməsində yerləşən emalatxanasına gələndə dərhal işə girişməyə tələsmirdi... Sakit-sakit stollara göz gəzdirir, bir daha çölə çıxıb girişdəki lövhənin təmiz, parıltılı olub olmamasını yoxlayır, yalnız bundan sonra rahatca oturub ustalıq eləməyə - öz yay və kamanlarını düzəltməyə başlayırdı.
Polşa mülkədarı yay ustası idi. O, elə belə yox, səmtinin sirrlərini dərindən bilən, sözün əsl mənasında usta idi. Ona usta yayçı desək daha doğru olardı. O, çox az yay düzəldirdi, lakin bu yaylar bir qayda olaraq çox yüksək qiymətləndirilirdi. Hətta onları bəzən digər çox yüksək keyfiyyətli, məşhur məhsullarla da müqayisə edirdilər. Bu müqayisələrdə açıq-aşkar mübaliğələr duyulurdu və mülkədar özü də bunun fərqinə varırdı. Lakin buna baxmayaraq bu qiymətləndirmə onun xoşuna gəlir, əldə etdiyi müvəffəqiyyətin şəfəqləri onun balaca, bir az irəli çıxmış, qonur göz bəbəklərində işıldayırdı. O, yeni yaydan daha çox köhnə, qüsurlu yayları düzəltməklə məşğul olurdu: yaya tük qoymaq, vintləri kəsmək, ləbləri dəyişmək, mismarları bərkitmək və s. bu kimi işlər girmək lazım gəlirdi.
Polşa mülkədarı artıq qırx yaşına çatmışdı, artıq belə xırda işlərə yetişə bilmirdi. Həm də o, artıq kökəlməyə başlamışdı... Hər dəfə güzgüdə özünə - yumru sifətinə, yumru gözlərinə, ağarmış qaşlarına, hətta yumrulanmış ağzına nəzər salanda gülümsəməkdən özünü saxlaya bilmirdi. Təkcə bumu polşasayağı dik və cəzbedici şəkildə irəli çıxır, bütün bu yumruluq üzərində sanki hakimlik edirdi. Öz balaca, düzbucaqlı dırnaqları olan əlləri ilə özünü alqışlayan mülkədar, əynini düzəldir, təmiz qırxılmış üzünə, iyirmi ildir dəyişməyən saç düzümünə nəzər salır və ancaq bundan sonra güzgünün qarşısından çəkilirdi. Və bu zaman üzündə özündən razı bir ifadə yaranırdı.
Polşa mülkədarı daha şimala – quyruq almağa getməli olmurdu. Artıq bir çox başqa işlər kimi bu işin də öhdəsindən rus mülkədarı gəlirdi. O, öz işini səliqə ilə, bacarıqla, təcrübə ilə, eyni zamanda təmiz həyata keçirirdi. Yalnız bircə dəfə - rus mülkədarı birinci dəfə at tükü almağa gedib çürümüş malla geri qayıtdıqda, polşa mülkədarı onun üstünə çıxaraq ayaqlarını yerə çırpmış, lakin tez də sakitləşmişdi. O, düşünürdü ki birinci dəfə mal almağa rus mülkədarı ilə özü də getməli idi. Belə olan halda ona dörd yararsız madyan quyruğu sırımazdılar... Madyan ha...
İndi polşa mülkədarı bu hadisəni yadına salanda sadəcə gülümsəyirdi. Oturub yay düzəltmək üçün məmulatları kəsib doğrayan rus mülkədarı isə əməlli-başlı qəh-qəhə çəkirdi.
Rus mülkədarı hündürboy, açıqsaçlı və arıq idi. O, coşğun və qaynar xasiyyətli olsa da qaynadığını gizlətməyi ustalıqla bacarırdı. Bəzən o, əlləri ilə çox qəribə hərəkətlər edirdi. Sanki indicə şişirdilmiş topu əli ilə yaxalamağa çalışır, ayılan kimi isə əlləri boşalıb yanına düşürdü. Onun mavi gözləri, sol gözünün üstündə isə xırda xalı vardı. Çiyinləri isə uzun müddət üzgüçülük və ya gimnastika ilə məşğul olan adamın çiyinlərini xatırladırdı. Bir sözlə rus mülkədarı əməlli başlı polşa ağalarına bənzəyirdi. Lakin bumu lazım olduğundan bir az artıq qabarmışdı. «Amma bunun heç bir əhəmiyyəti yoxdur» - deyə öz-özünə düşünən polşa mülkədarı rus mülkədarının yay tüklərini qarşısına qoyub ehtiyatla hamarlamasına tamaşa edirdi. Bu tük möhkəm və çox yaxşı idi.
Amma onda - birinci dəfə əsl sahibkar kimi o, rus mülkədarına avaraları, tənbəlləri sevmədiyini çox nəzakətlə izah etmişdi. Pivəxanada oturub kiminsə sənə ayğır xəzinə madyan quyruğunu sırıyacağını gözləmək əvəzinə axtarıb, əziyyət çəkib kefıyyətli quyruq gətirməyi tapşırmışdı. Polşa mülkədarı düşündükcə yenə də gülümsəyirdi. O vaxt o, rus mülkədarına madyan tükünün necə və nəyə görə yaxşı ayğır tükündən fərqləndiyini çox böyük həvəslə izah etmişdi. Və hətta madyanın öz quyruğunu necə hərəkət etdirdiyini də göstərmişdi. Ayğırınsa quyruğunu necə hərəkət etdirdiyi aydın məsələ idi. Bunu rus mülkədarına göstərmək lazım deyildi. O, özü bunu göstərə bilərdi.
Pəncərənin sıx torlarından yüngül, dumanlı Varşava axşamının izləri nəzərə çarpırdı. Polşa mülkədarı italyan- sayağı «Pan Violti» adlandırdığı emalatxanasının jaluzini endirir, oranı açarla kilidləyib rus mülkədarı ilə birlikdə şəhərə çıxırdı.
Şəhər də ki nə şəhər... Polşa mülkədarının doğulduğu və burada ölməyi arzuladığı, küçələri yenicə qaranlıqlaşmağa başlayan möhtəşəm Varşavada gəzintiyə çıxmaq necə də gözəl, necə də xoşdur.... Yüngülvari duman, qışqabağı olan cüzi istilik, bir qədəh şərab və həyatdan, yaşamdan, qiymət verdiyin və bəlkə də çox sevdiyin insanla ünsiyyətdən tam zövq almaq... Sevdiyi deyəndə əlbəttə ki, kişi kimi sevməyi, kişinin kişiyə olan sevgisini nəzərdə tutmuram.
Polşa mülkədarının bu tip yeni çıxan əxlaqsızlıqdan zəhləsi gedirdi. O, rus mülkədarını peşə yoldaşı kimi sevirdi. Ona baxanda sanki özünü - başqa bir bədəndə, simada təzahür edən özünü görürdü.
Sahibkarla işçi küçə ilə yollarına davam edirdilər. Onların yolu dəyişmir, həmişə eyni istiqamətdə olurdu. Bu yol onları evə doğru aparmırdı, çünki evə yalnız gəzintidən sonra qayıtmaq nəzərdə tutulurdu. Bu gəzintidə hər şey çox gözəl olurdu. Pis olan təkcə o idi ki, polşa mülkədarı dodaqlarında uşaqlıqda anasının onun yaralı dodağına sürtdüyü qamış dadını xatırladan bir acılıq hiss edirdi. Bu dad eyni şəkildə qalmır, tez-tez dəyişirdi; gah tamamilə yox olur, gah da ki, daha da kəskinləşirdi. Və bu zaman həmişə eyni yerdə, polşa mülkədarına həddindən artıq yaxınlaşan və onun tam arxasında özünə yer eləyən və ona tam aydın olmayan narahatlıq hiss olunurdu.
Onlar hər ikisi ağır-ağır gəzişirdilər, ikisi də olduqca güclü olsalar da rus mülkədarı daha boylu-buxunlu idi. Krakov şəhərinin ətrafına vardıqlarında polşa mülkədarının narahatlığı, təşvişi demək olar ki, tamamilə ötüb keçirdi. Musiqi alətləri satılan mağazanın qarşısından keçdikləri zaman polşa mülkədarı həmişə adət elədiyi bir jesti təkrarlayırdı. Əllərini havada yelləyərək ^anki «neyləmək olar, belə gərəksiz simlər də kimlərinsə işinə yarayır» - deyirmiş kimi dodaqlarını tərpədirdi. Həmin mağazanın qarşısından ötən kimi tanış ağırlıq yenidən polşa mülkədarının çiyinlərinə çökürdü. O, həta bir neçə dəfə dönüb arxaya baxır, məlum məsələdir ki, heç nə görə bilmirdi. Miçneviçin abidəsinin qarşısına gəlib çatdıqda isə onun həyəcanı tamamilə ötüşür və o, barmağı ilə zarafatyana rus mülkədarını hədələyir, ona hansısa ehtiyatsız rus çarının - ya Nikolay, ya da Aleksandr, kim olduğunu dəqiq xatırlaya bilmir - bu heykəllə bağlı qəribə əhvalatını danışır. Bu rus çarı həmin heykəlin qoyulmasına icazə verəndə, heykəlin ətrafının da qalın, lazımsız hasarla hasarlanmasına sərəncam vermişdi ki, heç kim özülə toxuna bilməsin və heç kim nitq söyləməsin. Amma nəyə görə nitq söyləməsinlər? Əgər sözlər ürəkdən gəlirsə niyə də səslənməsinlər?..
Abidənin dərhal ardından tanış narahatlıq yenə də polşa mülkədarının canına hopur və Krulevskiy meydanınadək onu tərk etmirdi. Burada rus mülkədarı onu özünün çəhrayı, biz batmasından dırnağında qara ləkə qalmış barmağıyla zarafatyana hədələyir. Çünki bu yerə çatanda polşa mülkədarı həmişə tərəddüdlə dayanır, yolundan ləngiyirdi. Bəlkə həyəcan oradan - qəsrdən gəlirdi? Yox, oradan gələnə oxşamır... Və çox qısa tərəddüdlərdən sonra polşa mülkədarı yoluna davam edəcəkmi? Evə getməyə hələ bir saata qədər vaxt var... O, öz dostunu başından eləməyi heç düşünmədən yoluna davam edir...
Uzun sürən höcətləşmədən sonra onlar bir-birinə daha da yaxınlaşaraq qəsrə-muzeyə daxil olur və onun yanaşı cərgələri boyunca addımlayırdılar. Onlar həmişə eyni istiqamətdə hərəkət edir və həmişə də eyni zalda dayanırdılar. Əvvəllər qulluqçular və mühafizəçilər onları əyalətdən gə-lən avam adamlar hesab eləmişdilər. Lakin sonradan hərəkətlərindən və baxışlarından onların yeni başlayan kolleksiya toplayanlardan, bəlkə də dayı və bacıoğlu olduqlarını düşünmüşdülər.
Onlar adətən insan boyu hündürlüyündə, mərmər, əlində qızıl dəryaz qəbirdə qoyulan dazbaş kişinin abidəsinin qarşısında ayaq saxlayırdılar. Bu kişi sanki məşhur Varşava gecəsinə hazırlaşan kimi bəzənib bərq vururdu.
Burada rus mülkədarı «belə» deyib sakit dayanır, polşa mülkədarı isə sevgi və mehribanlıqla qocaya baxıb dodaqlarını tərpədirdi. Burada bir az dayandıqdan sonra onlar geriyə - evlərinə doğru yola düşürlər. Rus mülkədarı polşa mülkədarının dörd otaqlı mənzilinin yaxınlığında balaca bir mənzil kirayələyib yaşayırdı. Evə gedən yolda polşa mülkədarı qəribə bir hala düşürdü. Köhnə təşviş görünməmiş, msilsiz bir surətdə ona yaxınlaşır, gah güclü Alov kimi alışır, gah da gözlənilmədən sönürdü? Sanki işıqlı-qaranlıq, olmaqla-olmamaq növbələşirdi... Və onun bu təşvişi sönəndə də tam sönmür, sanki növbəti gəzintiyədək təxirə salınırdı.
Bu həyəcan bir anlıq ötüşsə də əslində tam çəkilmirdi. Daha doğrusu o, yox olmur, sadəcə yerini dəyişir, indi də yavaş-yavaş rus mülkədarının canına hopurdu. Xmelnıya yaxınlaşdıqca onun təşvişi daha da artır və həyəcanla bir neçə dəfə geriyə boylanırdı. Və hətta onun gözünə bir neçə dəfə şübhəli, kepkalı adam da görünmüşdü, hansı ki səylə onlara yaxınlaşmağa can atırdı. Lakin bəlkə də bütün bunlar onun təsəvvürünün məhsulu idi. Kepkalı adam yaxınlıqda yaşayan və onlarla heç bir əlaqəsi olmayanlardan da ola bilərdi. Amma rus mülkədarının öz vəziyyətini dərk etməsindən yaranan titrəməsi heç də gözə görünən yox, həqiqət idi. Rus mülkədarının Varşavadakı vəziyyəti yaman bərbad idi. Daimi yaşayış yeri yox idi. Və yalnız polşa mülkədarının mərhəməti, qayğıkeşliyi sayəsində o, azad, sərbəst yaşayır, sərbəst qidalanır, sərbəst yeyib-içir və sinə dolusu olmasa da demək olar ki, sərbəst nəfəs alırdı.
Rus mülkədarı bir il əvvəl buraya heç nəyə güvənmədən, heç nəyə ümid etmədən gəlib çıxmışdı. Və burada indiyədək sağ qalması onunçun təəccüblü idi. O, bəzən xəsisliklə polşa mülkədarına tankların çayın*frstü ilə uçuşan dəhşətli atəşlərindən, yamaqlanmış, nəhəng xalçaların alışıb yanmasından, mücərrəd şəkillərin, rəngbərəng evlərin məhv olmasından, qorxunc hala salınmış cəsədlərdən danışırdı. O zaman qoçaqlar nəhəng evlərin damma yığışır, itiriləsi heç nələri olmadığından son anadək vuruşur və önlərində ancaq bir yol - dar, nəfəskəsici, birbaşa səmaya aparan yol görürdülər. Rus mülkədarı özü də bu müdhiş sonluğun bir addımlığında idi, lakin son anda xilas olundu. Necə xilas olundu?.. Kim xilas etdi? O, bu barədə heç vaxt danışmırdı. Lakin polşa mülkədarı öz özlüyündə əmin idi ki, rus mülkədarını o dəhşətli atəşlərdən, ölülərin arasından qoruyub çıxaran ancaq mələk ola bilərdi...
Rus mülkədarı oradan birbaşa Varşavaya gəlmişdi. O, burada heç kimi tanımırdı və əmin idi ki, heç kim onu burada axtarmayacaq. Bu addımı atarkən heç bir şübhə onun içini gəmirmirdi. Çünki onun qarşısında yalnız bir yol görünürdü. İrəlidəki yol həddindən artıq dar, ensiz idi. Düşünmək üçün zamanı yox idi və burada düşünmək heç lazım da deyildi. Həm də kim idi ona belə gərgin bir zamanda müdriklik etməyə icazə verən?... Arxaya boylananda gözlərinin qarşısında hərbçilər və dəhşətli ölüm səhnələri canlanırdı. Rus mülkədarı isə qismətində olduğu qədər yaşamaq məcburiyyətində idi. Buna görə də o, heç tərəddüd etmədən irəlidəki yolu seçdi.
- Afrika bərbad, Afrika rəzalət - evə çathaçatda polşa mülkədarı həmişə bu mahnını zümzümə edirdi. Bu zümzümə gəzintinin başa çatdığını bildirirdi.
Özümüzə avara,
Vəhşi at alaq.
Afrika bərbad,
Afrika rəzalət.
Bu mahnı isə evdə onları ləzzətli şam yeməyi göstərdiyini bildirirdi. Mahnıya gəldikdə isə... Polşa mülkədarı hələ bir il əvvəl rus mülkədarına izah etmişdi ki, nə vaxtsa - əvvəllər polyaklar Afrikada müstəmləkəyə sahib olmaq istəmiş və hətta Fransadan Madaqaskarı satın almağı da düşünmüşlər.
Amma... Amma... İndi isə bütün bunlar arzudan başqa bir şey deyildi... Və daha heç nə başa salmayan polşa mülkədarı söhbəti həmişə şən notlarla başa vururdu.
Səhər isə onların hər ikisi yenidən emalatxanada danışmadan oturmuşdular. Hərə öz işi ilə məşğul olur və lazım gəldikdə sözsüz də bir-birini anlayırdılar. Onlar çatla- mış əl ağaclarını yapışdırır, rus mülkədarının yığıb topladığı qalın, yağlı at tüklərini yuyur, bir tükü önə, birini sona qoyaraq növbələşdirir və bu işləri gördükcə demək olar ki, eyni zamanda onlarda belə bir fikir yaranırdı ki, insanın həyat yolu, dostu, həqiqi qadını, Allahı, işi və ömrünün layiqli sonuna olan yolu birdir, təkdi, yeganədir... Bu həqiqəti ilk dərk etdikləri anda onlar heyrət və susqunluqla baxışdılar və sonradan adi bir hal kimi bu haqda danışdılar...
- Yol çox ensizdir, - polşa mülkədarı öz-özünə danışırmış kimi dilləndi. Rus mülkədarı da başının hərəkəti ilə duyduqlarını təsdiqlədi.
- Nə yaxşı, - polşa mülkədarı yenə dindi və bu dəfə də həmsöhbəti başı ilə razılığını bildirdi Lakin bu razılaşmalar küt, mexaniki surətdə olmurdu. Rus mülkədarı fikir deyilən andaca onun tam dərinliklərinə nüfuz edərək onun doğruluğunu dərk edirdi.
- Çox pis, - polşa mülkədarı ziddiyyətli fikrini tamamladı. Rus bununla da razılaşdı və əlavə elədi ki, bu darlıq elə bir darlıqdır ki, əgər burada dönüb çıxmağa cəhd eləsən elə bir sirrli aləmə düşərsən ki, gəl görəsən.... Və bu anda onlar hər ikisi dərk elədilər ki, onlardan biri bu dar yolda artıq yerimir, qaçır və qaçana heç nə ilə, heç cür qaçıb çatmaq mümkün deyil. Digəri isə bu enli yol üzərində uçurumda olduğu kimi ayağını qaldırıb və heç cür bu sıldırımı aşıb keçə bilmir. Onlar əllrindəki işi kənara qoyub şəhər kənarına yemək yeməyə yollandılar.
Bəlkə də onlar həmişə beləcə, ətrafa baxa-baxa, çox az söhbət edə-edə gəzişərdilər. Əlbəttə əgər bir gün polşa mülkədarı naxoşlamasaydı.
Yumrusifət, qarabuğdayı, özünün düşündüyü kimi desək çox da ağır olmayan, əksinə yüpyüngül olan polşa mülkədarı öz emalatxanasındaca yerə yıxıldı...
Rus mülkədarı o qədər həyəcanlandı ki, alnına bağladığı qara lenti də açmağa unutdu. O, həmişə iş görəndə bu lenti alnına bağlayırdı ki, sarışın saçları gözünün üstünə düşməsin və işini bitirib küçəyə çıxdığı zaman onu çıxarmağı heç vaxt unutmurdu. Bu dəfə isə unutdu... Beləcə, alnında qara zolaqla küçəyə, xəstəxanaya aparılan polşa mülkədarını yola salmağa götürüldü. Rus mülkədarı həddindən artıq həyəcanlansa da hər şeyin qaydasında olduğuna özünü inandırmağa çalışırdı. Doğrudan da hər şey yaxşı qurtardı. Üç gündən sonra polşa mülkədarı artıq xəstəxanadan evə aparılmışdı. Və həmin saat emalatxanaya zəng vurmuş və demişdi ki, rus mülkədarı bu gün işdən bir saat tez çıxa bilər.
Onlar hələ də ilk görüşdə olduğu kimi bir-birini adsız səsləməkdə davam edirdilər. Bəlkə bilərəkdən aradakı məsafəni azaldır, darlaşdırır, bəlkə də həyatda hər şeyi öz adı ilə çağırmaqdan çəkinir, ehtiyat edirdilər. Həyatın çox zərif, kövrək bir şey olduğunu isə rus mülkədarı polşa mülkədarının işdə olmadığı qısa zamanda bir daha anlamışdı...
Polşa mülkədarının xəstəxanada olduğu ikinci gün, Foksal və Kopernik küçələrinin kəsişməsində yerləşən emalatxanaya iki nəfər soxuldu. Onların hər ikisinin əynində sarınmış, yaşıl və gümüşü cızıqları olan qara gödəkçə və bir-birinə oxşayan kepka vardı. İkincisinin də çox da hündür olmayan boyu, kök bədənləri və möhkəm əzələləri vardı.
- Biz səni bax burda saxlayırıq - onlardan biri rus dilində danışmağa başladı. Bu, cod tüklü, qısa burunlu, burun məsamələri geniş açılmış, gözlərində mənasız, qəribə, qupquru bir ifadə olan adam idi. Qara, dırnağı qoparılmış işarət bannağını havada yelləyərək davam elədi - Sənə nə deyilsə onu da edəcəksən. Mütləq edəcəksən. Anladın?
Rus mülukədarı cavabında heç nə demirdi, yalmzca gülümsəyirdi. O, bunların hər ikisini bircə dəqiqədə məğlub edib yıxa bilərdi. O, öz ərazisində idi, əlində iti bir biz vardı və ümumiyyətlə o, öz əsgəri həyatında döyüş barədə çox şey öyrənmişdi. Bundan başqa bu iki nəfər körpüdəki tank atəşlərindən sonra gülən adamlara oxşayırdılar. Hansıları ki, rus mülkədarı alışıb yanan evdən binoklla baxanda görmüşdü və onların siması ömürlük onun hafizəsinə həkk olunmuşdu. O, yenidən gülümsündü və bu gülüşdən həmin iki nəfər gücünü və arxayınlığını hiss etdilər. Və bu hissdən həyəcanlanmağa başladılar. Qarayanız, sifətində qıpqırmızı yanaqları çox qəribə görünən ikinci adam dili topuq vura- vura danışmağa başladı;
- Qulaq as, nə qədər ki, o keçi burada olmayacaq biz səni məhv edərik. Burada sizin bəzi şeyləriniz var - pul, sədəf, gümüş və yəqin ki yenə nəsə tapılar... Bir bunları bilirik. Qorxma, sənə toxunmarıq. Lazım olan bir şeyi iyləyib bir saatlıq aləmdən təcrid olunacaqsan. Ayılandan sonra polis çağıra bilərsən. Bizə maşınla buradan lazımi qədər uzaqlaşmağa bir saat kifayət eliyər. Nə deyirsən? Polis yuxu dərmanını gördükdə sənin günahsızlığına şübhə qalmayacaq. İşin içindən tər təmiz çıxacaqsan. Əks halda isə - özün yaxşı bilirsən... Alnında qara zolaq var, bəlkə də oralardansan... Belə çıxır ki, terrorçusan... Tərslikdən polyaklar terrorçuları heç sevmirlər... Qalır bircə yolun... Özün fikirləş... Sabah hər şeyi eləməliyik... Gözlə ha... Bizi aldatmağa heç cəhd də eləmə...
Rus mülkədarı sirrli və mülayim şəkildə gülümsədi və bəlkə də onlar onun susmağım qəfil itaətkarlıq kimi qəbul elədilər. Onlar bilmirdilər ki, mülkədar hələ o zaman - Moskvada olarkən birdəfəlik susmuşdu və ondan sonra ancaq zəruri olanda danışırdı. Amma indi o, buna görə gülümsəmirdi. Ona görə gülürdü ki, bu yekəqarın, tamahkar xuliqan təsadüfən çox mühüm məsələdən söz açdı. Bəli, yol birdir... Onun da, bunu anlayan, ya da heç olmasa hiss edə bilən hər kəsin yolu birdir. Başqalarının isə ümumiyyətlə heç bir yolu yoxdur. Yol mövcud olanda da çox dar və hər zaman sarsıdıcı, yorucu olur...
Növbəti gün rus mülkədarı ilə birlikdə Foksal və Kopemik küçələrinin kəsişməsində yerləşən, parıldayan italyan yazılı lövhəsi olan emalatxanaya iki qonşu polşa mülkədarı gəldilər. Onlar polşa mülkədarının xəstəxanada yatdığı və evdə olduğu hər gün bura gəlirdilər. Və buna görə də quldurlar növbəti dəfə oraya soxulanda peşman oldular və qalın Varşava dumanında həll olub itdilər. Amma gedərkəq rus mülkədarını hədələməyi də unutmadılar; «Biz sən^ gününü göstəririk... Sən hələ bizi xatırlayacaqsan».
Və indi - polşa mülkədarı ilə birlikdə şirin, tərkibində yüngül cinayətkarlıq duyulan Varşava dumanını ciyərlərinə çəkə-çəkə Xmelnıya yaxınlaşanda rus mülkədarı nədənsə həmin iki nəfəri xatırlayırdı.
Polşa mülkədarının sağalmağı uzun sünnədi. Və onlar yenə də öz müştərək yürüşlərini davam etdirməyə başladılar. Rus mülkədarının dili ilə desək İsa Peyğəmbərin doğum günü bayramına (polşa mülkədarı onu mülkədar İsq adlandırırdı) hələ çox qalsa da onlar bəzən yollarını bir balaca dəyişir, hədiyyə və naxışlı bəzək əşyaları satılaq mağazaların vitrinlərinə nəzər salırdılar.
Yerusəlim xiyabanında olan mağazalar heç də onlarıq yolu üstündə deyildi, amma onlar hətta ora da gedib çıxırdılar. Burada böyük, üç mərtəbəli, möhtəşəm univermaq vardı. Polşa mülkədarı buranı gördüyü andaca bəyənmişdi Məhz buna görə də onlar tez-tez yollarını buradan salırdılar. Belə gəlişlərin birində polşa mülkədarı özünün yeddi yaşı, oğlanları üçün «Mini Lista» adlı uşaq gitaraları aldı, bunlar adı gitaralara heç uyğun gəlmirdi. Rus mülkədarı ikinci mərtəbədən özünə yeni qalstuk və kağız üçün qovluq aldı. Bundan sonra isə onlar aşağı endilər.
Burada birdən-birə polşa mülkədarının ürəyi yenə do sıxılmağa başladı. Onun ürəyi bu anda sanki yaxşı yay üçüq nəzərdə tutulan nazik, daralmış oxu xatırladırdı. Və o, mağazanın çıxışında, elə bil ki, xüsusilə onun üçün orada qoyulmuş hündür bir qutunun üzərinə çöküb oturdu. RÜS mülkədarı isə heç nə demədən mağazadan sıçrayıb keçidə tərəf cumdu. Və bu andaca polşa mülkədarının ürəyi yenidən sanki genişləndi, o, rahat nəfəs almağa başladı. Darlıq yox oldu və o barmaqlarını həmişə emalatxanada nə isə sifariş verəndə elədiyi kimi cingilti ilə şaqqıldatdı. Heç bir musiqi alətində ifa eləməyi bacarmadığına baxmayaraq rus mülkədarının çox iti duyma qabiliyyəti vardı və buna görə də o, ağasını sanki duyubmuş kimi geri döndü. Çevrildikdə polşa mülkədarının yaxşı olduğunu görüb nahaq yerə bu qədər həyəcanlandığını anladı və dərindən nəfəs aldı. Son zamanlar özünü onun böyük dostu adlandıran polşa mülkə-darının ürəyini rahatlatmaq üçün baş barmağını havaya qaldırıb «əla» işarəsini verdi. Sonra polşalı dostunun uşaqları üçün ürəkşəkilli şarlar almaq qərarına gəldi və bunun üçün keçid boyunca düzülən qayıqlara tərəf irəlilədi.
Polşa mülkədarı bundan sonrakı hadisələri sanki yuxuda görürdü. O, bu yuxudan canını qurtarıb qaçmağa çalışırdı. Amma məgər yuxudan qaçmaq olur? Qışqırmağa can ataraq çırpınır, amma yuxulu ağlıyla dərk eləmirdi ki, bu vəziyyətdə qışqırmaq heç də ona kömək olmayacaq. Harada görünüb ki, yuxuda qışqırmaqla canını qurtara biləsən?..
Rus mülkədarına bir nəfər yaxınlaşdı... Balaca, çəlimsiz, avara və polşa mülkədarının onu gördüyü an düşündüyü kimi desək azğın bir adam... Həmin yaramaz adamcığaz sanki burnunun yerində olub olmadığını yoxlamaq üçün hər dəqiqədən bir əlini bumuna aparır, başını tez-tez yana əyir və bezdirici bir surətdə rus mülkədarından söz almağa çalışırdı. Rus mülkədarı isə bu zaman sanki oyun oynayırmış kimi sağ əlini tapança şəklində ona tuşlayıb işarət barmağı ilə onun köksünə vurdu. Yöndəmsiz adam sanki indicə əsl güllə ilə vurulmuş kimi yerə yıxıldı və bir göz qırpımında xiyabanın mağarətrafı tinlərindən rus və polşa dilində çığırtılar, fəryadlar eşidilməyə başladı.
- “Öldürdülər! Quldur, cinayətkar”.
Elə həmin dəqiqə rus mülkədarının yanında polislər peyda oldular. Lakin ən qəribəsi bu deyildi. Qəribə olan o idi ki, polşa mülkədarı öz gözlərinin üstünə salınmış, gah gözlərini tamamilə örtən, gah da sürüşüb düşən örtükdən görürdü ki, həmin, tez-tez yöndəmsiz bumuna toxunan yaramaz adam doğrudan da ölmüşdür. Və tezliklə onun üstünü ağ mələfə ilə örtüb sanitar maşınana qoyaraq apardılar. Polislər isə hələ də gəlməkdə davam edirdi... Onların bir neçəsi heç bir təqsiri olmayan rus mülkədarının əllərini vəhşiliklə qandallayır, digərləri isə artıq şahidləri sorğu-suala tutmağa başlamışdılar. Şahidlər də sanki bir-biri ilə sözləşiblərmiş kimi boz gödəkçədə olan rus mülkədarına işarə edərək nəsə deyirdilər..
Polşa mülkədarı ayağa durmaq, bütün bu səfehliklərə aydınlıq gətirmək, hər şeyin qurulmuş bir şey olduğunu qışqırıb hər kəsə bəyan etmək istəyirdi. Hətta o, bunun kim tərəfindən təşkil olunduğunu da təxmin edə bilirdi. Lakin onun ürəyi hələ də daralır, sıxılırdı... O, bir azca dikəlib əli ilə rus mülkədarını göstərə bilsə də əlindən başqa heç nə gəlmədi və yenə də öz aləmsinə qapıldı.
Onun bu hərəkəti də diqqəti cəlb elədi və tamamilə əks nəticə verdi.
- Mülkədar! - kimsə ona sürtüldü - Budur, ağa, iyləyin, bu naşatrdır. Budur, bu da pambıq! - yay ustasının ətrafında kimsə, polyakca danışmağa çətinlik çəkən biri vurnuxmağa başladı. Ayağa qalxmağa müvəffəq olan polşa mülkədarı rus mülkədarına tərəf getmək, onu basıb saldıqları maşından çəkib çıxarmaq, bu da alınmasa girov qoyub zaminə götürmək üçün ona tərəf addım atmağa çalışdı. Lakin burun deşiklərinə yaxınlaşan naşatrın təsirindən o, öz dərketmə qabiliyyətini bir anlaq itirdi, daha nə isə görmək və ya eşitmək iqtidarında olmadı.
O, ayılanda hələ də mağazanın çıxışındakı qutuya oturmuşdu. Çox pis bir şeyin baş verdiyini anlamaq üçün ona bircə baxış kifayət idi. Ətrafda heç nə gözə dəymirdi: nə rus mülkədarı, nə polis, nə maşınlar, nə camaat - heç nə və heç kim! Olan təkcə qaranlıq gecə idi... Həm qaranlıq-dan, həm də keçirdiyi həyəcandn onun canına qəribə bir qorxu hopmuşdu. Onun ürəyi bu qaranlıqda aramsız olaraq döyünür, bu qaranlıq onu qorxudur, hətta bəzən hiddətləndirirdi..
Ürəyi indi olduğu kimi əvvəllər də heç vaxt onu yanıbmamışdı. O, bu hadisədən dərhal sonra rus mülkədarının harada ola biləcəyini aydınlaşdırmağa başladı və tezliklə onun yerini müəyyən etməyə nail oldu. O, əvvəlcə polis məntəqəsinə, sonra isə məhkəməyə-müstəntiqin qəbuluna ayaq döyməyə başladı. Müstəntiq isə öz növbəsində bir neçə gündən sonra ona üzdə dərin təəssüflə, daxilində isə sanki həzz alaraq bildirirdi ki, onun axtardığı adam xəbərsiz-ətərsiz yoxa çıxıb. Həm də əlavə elədi ki, polşa türməsində rus quldur dəstəsi ağalıq edir. Və polşa mülkədarının bu qədər sevib qayğısına qaldığı adam cüzi bir mərhəmətə belə layiq deyil və ən yaxşısı onu unutmaqdır. Həm də nəzərə alanda ki, tünnədəki adamın birdən-birə yoxa çıxması halı polşa cəmiyyəti üçün olduqca xoşagəlməz haldır, o adamın yaddan çıxarılması yeganə çıxış yoludur.
Lakin polşa mülkədarı yenə də uzun müdət özünə gələ bilmir, ora-bura vurnuxur və Bakoveçdəki köhnə türmədən rus mülkədarının hara yox oldununu artıq təxmin edirdi. Amma o, öz təxmininə inana bilmir, daha doğrusu inanmaq istəmirdi. Qarşıda onunçün yalnız bircə yol görünürdü; onunçun mənasız görünən və heç də rahat olmayan bir yol... Və o, bu yolla getmək məcburiyyətində olduğunu anlayırdı...
O, bir az yubandığına görə özü-özünü danlayaraq hazırlaşdı və Rusiyaya yola düşdü. Onun əlində olan yeganə ipucu natamam bir ünvan idi. Və əgər bu yarımçıq ünvanda ya rus mülkədarının özünü, ya da onun haqqında nəsə bir məlumat tapa bilməsə, deməli o, artıq bu sonsuz, qupquru və artıq qış küləklərinin hökmranlıq etdiyi torpaqda yox idi.
Yumru sifət, solğundodaq, qara və şatttaya baxmayaraq sadə saçlı, kələ-kötür, sanki mərmər boynu olan polşa mülkədarı hasarın yanında donub qalmış və hasara bağlanmış qara zolağı əli ilə sığallayırdı. Zolağı o özü hasara, cilalanmış taxtaların üstünə dərin iftixarla indicə bağlamışdı. O, hasardan içəri, ağacların arasından görünən tutqun, ağımtıl binaya baxır və düşüncələri onu buradan çox uzaqlara aparırdı. İndi ona elə gəlirdi ki, onun həyatı artıq çox genişlənib və genişlənməyə davam edərək öz çərçivəsinə sığmır, aşıb daşırdı. O, indi Varşavaya qayıtmalı, özünə yeni bir köməkçi tapmalı, ona hər şeyi öyrətməli, bir sözlə hər şeyi yenidən başlamalı idi.
Lakin onun artıq işə marağı qalmamışdı. İtkin düşmüş yeganə dostu ilə birlikdə ustalıq etmək istəyi, canfəşanlığı, anlayışı, ümidi və hətta sevgisi də onu tərk etmişdi.
Axı rus mülkədarı onun nəyi idi? Əlbəttə ki heç kimi... Bəs nəyə görə onu xatırlayır və hələ də axtarır, səsləyirdi?
Polşa mülkədarı dostundan çayxananın adını eşitdiyindən bu ad onun zövqünü oxşamış və avamlığındanmı, sadəliyindənmi onu qadın adı kimi qəbul eləmişdi... Və yarımçıq ünvana gedəndə orada rus mülkədarının yolunu gözləyən vəfalı sevgili, yaxud da onun özü kimi ağsaçlı, nurani anası ilə qarşılacağını düşünmüşdü. O, tez-tez çayxanada qarşılaşdığı üzləri təmiz qırxılmış, hərbi geyimdə olan, sirrli, azdanışan, açıq-aşkar nəsə pis fikirləri olan adamları xatırlayırdı... nəyə görə?... Bunu heç özü də bilmirdi.
- Qardaş, qardaş - o, öz-özünə danışır, sanki bununla da ağlına gələn fikirlərdən, lazımsız suallardan yaxa qurtarmağa çalışırdı.
- Qardaş... axı sən sevgidən güclü, qadından irəlisən... qardaş, xahiş edirəm səs ver.... Yalvarıram səs ver...
Polşa mülkədarı qara, ensiz zolağı sığalladıqca get- gedə daha da tutqunlaşan yumru sifətində iki dar göz yaşı ensiz cığırla hərəkət edərək iz salırdı. Yanağı boyunca uzanan yaşların biri uzun, o biri isə nisbətən ondan qısa idi... Bu qısa, sanki lazım olan yerə çatmadan qırılan Rus mülkədarının ömrünə bənzəyirdi. Bəlkə də bütün bunlar polşa mülkədarının ürəyindən keçənlər idi.
Polşa mülkədarı bu düşüncələrə daldığı zaman soyuq külək, şaxta belə ona təsir etmir, nə vaxtsa rus mülkədarını qoruyan mələk sanki indi də onu qorumağa çalışırdı.
Lakin polşa mülkədarı indi nə onu Tanrı tərəfindən unudulmuş Rusiyaya qədər gətirən mələyi, nə də dənizkənarında olan, sanki qəsdən küləyin tutduğu yerdə dayanıb titrəyən insanları görürdü. O, heç nəyi və heç kimi görmür, ətrafında baş verənlərin fərqinə varmırdı... Heç kimi görmək istəmirdi, çünki onunçun indi yer üzündə heç kim rus mülkədarından daha əziz ola bilməzdi...
Bəs nəyə görə o, belə düşünürdü?... Bunu indi kim bilə bilər ki?... Yəqin ki, heç kim...
Tərcümə: Səbinə Məmmədova
MANERA.AZ