manera.az
manera.az

Səlim Babullaoğlunun şeirlər toplusu ingilis dilində

Səlim Babullaoğlunun şeirlər toplusu ingilis dilində
Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, istedadlı şair Səlim Babullaoğlunun “Cənub küləyi” adlı seçilmiş şeirlər toplusu ingilis dilində çap olunub.

MANERA.AZ xəbər verir ki, şeir mətnlərinin tərcüməçisi və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlidir. Kitab tərcüməçinin “Müasir Azərbaycan poeziyası ingilis dilində” layihəsi çərçivəsində işıq üzü görüb.

“Bizim məqsədimiz müasir Azərbaycan və türk ədəbiyyatının tanınmış nümayəndələrini, onların yaradıcılığından seçdiyimiz poetik nümunələri beynəlxalq aləmdə təbliğ etmək, poetik düşüncə tərzimizi dünyanın yarıdan çoxunun danışa bildiyi dilə - ingilis dilinə çevirməklə daha geniş auditoriyaya tanıtmaqdır”, - deyə yazıçı-tərcüməçi Kamran Nəzirli bildirib.

Son 15 ildə onun tərcümə və tərtib etdiyi, “Ön söz” yazdığı bu seriyadan iyirmidən çox kitabın işıq üzü gördüyünü söyləyən K.Nəzirli, həmçinin əllidən çox türk şairinin şeirlər toplusu və ya yaradıcılığından nümunələrin müxtəlif ölkələrdə dərc olunduğunu diqqətə çatdırıb: “Bundan başqa, Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi və təqdimatı ilə 50 Azərbaycan və 50 türk şairinin şeirləri mənim tərcüməmdə antologiya formatında Ankarada nəşr olunub. Ədəbiyyata, mədəniyyətə, bütövlükdə Türk dünyasına gücümüz çatan şəkildə xidmət edirik. Bu istiqamətdə görüləcək işlərimiz çoxdur, növbəti kitablar da artıq hazırdır. “Müasir Azərbaycan nəsri ingilis dilində” layihəsi çərçivəsində də işlər gedir. Son illər bu silsilədən olan kitablar da az olmayıb. Hazırda Azərbaycan yazıçılarının 3 romanı tərcümə olunub və çapa hazırdır”.

Topluda “Ön söz”lə yanaşı, şairin qısa bioqrafiyası da verilib.

K.Nəzirlinin sözlərinə görə, Səlim Babullaoğlunun bu kitabına daxil edilən 32 şeir əsasən sərbəst vəzndə yazılıb. Bu nümunələrin diqqətçəkən cəhətlərindən biri onların bədii-fəlsəfi fikir ifadə etməsi, süjetli və obrazlı olmasıdır, onları tərcümə etmək çətin olmur. Şeirlərdəki səmimiyyət və orijinallıq bugünkü əcnəbi oxucu üçün maraqlı ola bilər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031