manera.az
manera.az

Səlim Babullaoğlunun Macarıstanda şeirlər kitabı çap olunub

Səlim Babullaoğlunun Macarıstanda şeirlər kitabı çap olunub
AYB-nin beynəlxalq məsələlər üzrə katibi, şair Səlim Babullaoğlunun Macarıstanda şeirlər kitabı çap olunub.

"AB ART Kiado" nəşriyyatında "Lyra Omnis" seriyasında çap olunan və şairin seçilmiş şeirlərinin toplandığı "Avqust" toplusu müəllifin macar dilində çap olunan ilk kitabıdır.

Səlim Babullaoğlu MANERA.AZ-a bildirib ki, kitaba toplanmış şeirlər onun rumın dilində nəşr olunmuş eyniadlı kitabından götürülüb və şeirləri rumıncadan macar dilinə Balasz Boroka tərcümə edib: "Xanım Boroka gənc olmasına rəğmən xeyli dərəcədə təcrübəyə və populyarlığa sahib tərcüməçidir, hərçənd daha çox nəsr tərcüməçisi ilə məşğul olub. Mənə yazdığı məktubda ölkəsindən uzaq bir başqa ölkənin mədəniyyəti, orda yaranan bədii təcrübə, təsəvvürlər, oxşarlıqlar, varlıq və qəlb barədə düşüncələrlə tanışlıqdan məmnunluğunu ifadə edib.

Bu seriyada dünyanın, o cümlədən Avropanın, xüsusən Şərqi və Cənubi Avropanın, eləcə də ABŞ-ın müasir və bilinən şairlərinin kitabları dərc olunub. Həmçinin bir neçə il əvvəl Məmməd İsmayılın kitabı da həmin seriyada nəşr olunub.

Seriyanın redaktorları: Attila Balaş və Halmosi Sandordur. Attila Balaş kitaba "son söz" də yazıb...".

Səlim Babullaoğlunun Macarıstanda şeirlər kitabı çap olunub


Baxış sayı - 792 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031