manera.az
manera.az

Bu şəhərdə heç gedə bilmədim özümə sarı - Yeni şeirlər

📅 25.07.2024 14:44

Bu şəhərdə heç gedə bilmədim özümə sarı - Yeni şeirlər
Samir Kərimoğlu

***
Bir söz
boyunca
yüyürür ürək ...
hərdəm
kül üfürür,
ümidin gözunə ...
bax, beləcə,
hər gün
ömür uçulur,
bir az ...


***
barmaqlarımın ucunda
yanır rəsmin ...
yarımcıq
bir qədəh
səni gözləyir ...


***
hər gün
hara getsən,
qayıdırsan özünə ...
onsuz da,
xaraba ağasısan,
dünya
nə vecinə ...
bir qırmızı yanaq,
son qurtum şərab ...
kim,
çatar ərkinə ...
baxmadan
heç kimin gözünə
səsini
çırpırsan,
güzgünün üzünə ...


***
Ola bilsin ki,
bu sabah
mənsiz açılacaq ...
bəlkə də
hec nə dəyişməyəcək.
bir pəncərə boşalacaq,
bir küçə
yetim qalacaq ...
bir cüt əl
boşalacaq ...
bir cüt göz boğulacaq ... vallah,
ölümlə əylənməyin də öz ləzzəti var ...
heç kimə
qulaq asmadan,
bir gecədən
nigaran keçib gedəsən ...
susmaq,
ölümün
tənha rəsmidir ...


***
boş çərçivəyə
şəklimin əvəzinə
bulud qoyun ...
səsimi də
nəyə istəsəniz bükün ...
məni
gözləyənə
gül verin
və deyin :
bağışlayın, qoxusu yoxdu...


***
bir saatlıq
payız gətirdim,
yanında
qocalan ağaca ...
budağlarından
keçmişi
yarpaq-yarpaq
düşürdü ...
mən isə
fikirli-fikirli
budaqlarına
qalxırdım ...


***
bu
şəhərsiz küçədə
bütün yagışlara
qulaq asdım
sən,
yox idin ...


***
darıxmaq,
yeridi
bu şəhər ...
sağ küçəsi azadlığım,
sol küçəsi məhkumluğum ...
ruhumu
dəfn edən qadın
yaylıq
belə bağlamamışdı ...
bilirəm,
geci-tezi var
məni
sevgisiz dəfn edəcəklər ...


***
bu şəhərin
ruhu
ölüb içimdə ...
yuxusuna
gedə bilmədiyim
duyğular
məni bağışlasın ...
öldüyüm günləri
tez-tez xatırlayiram,
yagış
yagsa belə ...
eh, bu şəhərdə
heç gedə bilmədim,
özümə sarı ...

MANERA.AZ


Baxış sayı - 726 | Yüklənmə tarixi: 25.07.2024 14:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031