manera.az
manera.az

Bakıda Çaykoviskinin məşhur operası nümayiş ediləcək

📅 13.09.2023 12:18

Bakıda Çaykoviskinin məşhur operası nümayiş ediləcək
Oktyabrın 1-də Azərbaycan Akademik Opera və Balet Teatrı Pyotr Çaykovskinin üçpərdəli “Qaratoxmaq qadın” operasını nümayiş etdirəcək.

MANERA.AZ xəbər verir ki, səhnə əsərinin quruluşçu dirijoru Xalq artisti Fəxrəddin Kərimov, quruluşçu rejissor Aleksey Smirnov, xormeysteri Xalq artisti Gülbacı İmanova, konsertmeysteri Yuliya Kərimova, quruluşçu rəssamı isə Elena Bodrovadır.

Görkəmli rus bəstəkarı P.Çaykovski 1890-cı ildə Florensiyada olarkən “Qaratoxmaq qadın” operası üzərində işləməyə başlayıb.

O, çox qısa müddət ərzində - cəmi 44 günə operanı tamamlayıb.

Operanın librettosu dahi rus şairi Aleksandr Puşkinin eyniadlı povestinin motivləri əsasında qələmə alınıb.


Baxış sayı - 513 | Yüklənmə tarixi: 13.09.2023 12:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930